“Xəzər” Yelkənli Qayıqlar İdman klubunun fəaliyyətinə hər zaman yaxından köməklik göstərən Fuad Kərimov vəfat edib

171

“Xəzər” Yelkənli Qayıqlar İdman klubunun uğurlu fəaliyyətinə hər zaman yaxından köməklik göstərən, yelkənçilərin dostu Fuad Kərimov vəfat edib.

Fuad Kərimov 1965-ci il avqustun 19-da Bakıda anadan olub. 1982-1985-ci illərdə Bakı Dənizçilik Məktəbində təhsil alıb. 1987-1990-cı illərdə Makarov adına Ali Dəniz Mühəndisliyi Məktəbində təhsilini davam etdirib. 1990-2014-cü illər ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) işləyib. 2004-cü ildən burada sığorta şöbəsinin rəisi vəzifəsini icra edib. 2016-cı ildən isə “CMS Properties” MMC-də layihə üzrə menecer vəzifəsində çalışırdı.

ASCO və “Xəzər” Yelkənli Qayıqlar İdman klubunun kollektivi adından Fuad Kərimovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.