“Ocean Network Express” (“ONE”), Asiya-Yaxın Şərqdə xidmət sıralarında dəyişiklik edir.
“Seanews.az” xəbər verir ki, şirkət sentyabrın 21-dən etibarən yeni “Asia Gulf Express 4” (AG4) xidmətinə başlayacaq.
Eyni zamanda, “ONE”-nin yeni xidmətinə start veriləndən sonra “Asia Gulf Express” (AGX) xidməti dayandırılır.
“COSCO Shipping Planet” konteyner gəmisi sentyabrın 21-də yeni xidmətlə ilk səfərinə çıxacaq. Gəmi Sindao – Şanxay – Ninbo – Nanşa – Sinqapur – Jebel Ali – Abu-Dabi – Dammam – Abu-Dabi – Kelanq – Sindao xətti üzrə hərəkət edəcək.