“ONE” yeni xidmətə hazırdır

206

“Ocean Network Express” (“ONE”), Asiya-Yaxın Şərqdə xidmət sıralarında dəyişiklik edir.

“Seanews.az” xəbər verir ki, şirkət sentyabrın 21-dən etibarən yeni “Asia Gulf Express 4” (AG4) xidmətinə başlayacaq.

Eyni zamanda, “ONE”-nin yeni xidmətinə start veriləndən  sonra “Asia Gulf Express” (AGX) xidməti dayandırılır.

“COSCO Shipping Planet” konteyner gəmisi sentyabrın 21-də yeni xidmətlə ilk səfərinə çıxacaq. Gəmi Sindao – Şanxay – Ninbo – Nanşa – Sinqapur – Jebel Ali – Abu-Dabi – Dammam – Abu-Dabi – Kelanq – Sindao xətti üzrə hərəkət edəcək.