“Golden Ray” avtomobildaşıyanı iki il əvvəl gəminin dayanıqlığının düzgün hesablanmaması səbəbindən çevrilmişdi.
“Seanews.az”-ın məlumatına görə, hadisə 2019-cu il sentyabrın 8-də Sent Saymons boğazında baş vermişdi. Xoşbəxtlikdən maşın şöbəsinin 40 saat qapalı şəraitdə qalan dörd dənizçisi də daxil olmaqla, 24 heyət üzvünün hamısı xilas edilmişdi. Baş verən yanğın və qismən suyun gəmiyə daxil olması nəticəsində avtomobildaşıyan gəminin özünə ciddi ziyan dəymişdi. “Golden Ray” 4,1 min avtomobil daşıyırdı, itkilər 142 milyon dollar qiymətləndirilmişdi.
Məlumata görə, operatoru “G Marine Service” olan gəmi yükləndiyi Bransuik limanından çıxdıqdan 40 dəqiqə sonra heyət cüzi əyilmə hiss etmişdi. Dənizçilərin tarazlığı düzəltmək cəhdləri nəticə verməmişdi, əyilmə getdikcə artmışdı və 200 metr uzunluğunda gəmi çevrilmişdi…