Misir avqust ayında Süveyş kanalından təxminən 563 milyon dollar gəlir əldə edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 20 faiz çoxdur. Keçən ilin avqustunda həmin rəqəm 468 milyon dollar olub.
“Seanews.az”-ın məlumatına görə, Süveyş kanalının gəliri son bir ildə əhəmiyyətli dərəcədə artıb. Beləliklə, 2020-2021-ci maliyyə ili hesabatında gəlir 5.84 milyard dollar göstərilir. Bu, kanalın tarixində ən yüksək göstəricidir. Ondan əvvəlki hesabat ilində gəlir 5,72 milyard dollar olub.
2021-ci ilin birinci yarısında isə Misirin kanalın istismarından əldə etdiyi gəlir 3 milyard dollar təşkil edib.