Egey dənizində 2 balker toqquşub

212

Egey dənizində “LEVANTES” və “CLIPPER COMO”  quru yük gəmiləri toqquşub.

“Seanews.az” xəbər verir ki, qəza Türkiyənin Bozcaada adasından 10 dəniz mili cənub-qərbdə baş verib.

Marşal adaları bayrağı altında üzən gəmilər əks istiqamətdə hərəkət ediblər. “LEVANTES” teploxodu  buğda yükü ilə Rusiyadan Dardaneldən keçməklə Misirə gedirmiş.

“CLIPPER COMO” balkeri, Mərakeşin  Yorf Lasfar limanından Türkiyənin Samsun limanına fosfat aparırımış.

Toqquşma nəticəsində “CLIPPER COMO” balkerinə böyük ziyan dəyib.

“LEVANTES” isə toqquşmadan sonra qonşu Yunanıstanın Lemnos adasına istiqamət götürüb.