ASCO ailəsinin üzvü Teymur Teymurov 60 illik yubileyini qeyd edir

63

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Audit departamentinin Baş auditoru Teymur Teymurov 60 illik yubileyini qeyd edir.

Teymur Teymurov 1 oktyabr 1961-ci ildə Ağsu rayonunun Padar-Çöl kəndində anadan olub.

1982-1990-cı illərdə maşınqayırma zavodunda fəhlə işləyib. 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakÜltəsinin axşam şöbəsinə qəbul olub. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnib. 1990-cı ilin yanvar-aprel ayları ərzində Xəzər Dəniz Gəmiçiliyinin Mərkəzləşdirilmiş mühasibat şöbəsində mühasib, 1990-1992-ci illərdə Azərbaycan Yerli Sənaye Nazirliyinin Hədiyyələr və Bədii Məmulat üzrə Xalq İstehlakı Malları İstehsalat Birliyinin nəzdindəki “İlqar” istehsalat müəssisəsinin Baş mühasibi, 1992-1992-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin 5 saylı Tədris İstehsalat Müəssisəsinin  Baş mühasibi vəzifələrində işləyib. 1992-2002-ci illərdə “Aznefkimyamaş” Dövlət Şirkəti Səttarxan adına  neft maşınqayırma zavodunun Baş mühasibi vəzifəsində, 2002-2007-ci illərdə “Azəriqaz”-ın  Mərkəzi Mühasibat şöbəsində Baş mütəxəssis, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları” qrupunun rəhbəri, qurumun Yeraltı Qazsaxlama İstehsalat İdarəsində Baş mühasib vəzifələrində işləyib. 2007-ci ildən 2009-cu ilədək ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda Baş mühasibin müavini vəzifəsində, 2009-cu ildən 2014-cü ilədək ARDNŞ-nin Audit Departamentinin XDND üzrə daxili auditoru vəzifəsində çalışıb.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının yenidən təşkil olunması ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra Teymur Teymurov Cəmiyyətin idarəetmə aparatında 2014-2019-cu illər ərzində daxili auditor, 2019-cu ildək indiyədək Baş auditor vəzifələrində çalışır.

ASCO ailəsi olaraq həmkarımız Teymur Teymurovu təbrik edir, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.

seanews.az