Asiyada qazın qiyməti tarixi maksimuma çatıb

220

Asiya-Sakit okean bölgəsində qazın qiyməti cümə axşamı bazarda təklif çatışmazlığı və qış ərəfəsində tələbatın artması səbəbindən 2009-cu ildən bəri davam edən bütün müşahidə tarixində rekord həddə çatıb.

“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “S&P Global Platts” beynəlxalq analitik agentliyi məlumat yayıb.

Məlumata görə, 30 sentyabr tarixinə Asiyada qaz qiymətlərinin indikatoru olan “S&P Global Platts JKM” indeksi noyabr ayı üzrə mayeləşdirilmiş təbii qazın spot çatdırılmaları üçün min kubmetrə görə 1 231 ABŞ dollarına çatıb.