Samsun limanında matros 14 metr yüksəklikdən yıxılıb

39

Malta bayrağı altında üzən “LUDOGORETS” gəmisində faciə baş verib. 47 yaşlı matrosun 14 metr yüksəklikdən yıxıldığı bildirilir. Aldığı  xəsarətlərdən dənizçi yerindəcə dünyasını dəyişib.  

“Seanews.az”, seafarersjournal.com-a istinadən xəbər verir ki, həmkarları Bolqarıstan vətəndaşı olan matros Georgi Vasilyevi gəminin anbarında həyat əlamətləri olmayan vəziyyətdə tapıblar.

Faciə Malta bayrağı altında üzən “LUDOGORETS” gəmisi Türkiyənin Samsun limanında lövbərdə olanda baş verib. Gəmi Bolqarıstandan planlaşdırıldığından 3 gün əvvəl gəlibmiş.

Heyət hadisə barədə yerli polisə xəbər verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları dənizçinin ölümündə bütün şübhəli məqamlara aydınlıq gətirmək üçün istintaqa başlayıblar.