SOCAR-ın “Kompleks qazma işləri” tresti yeni satınalma müsabiqəsi elan edib

311

SOCAR-ın “Kompleks qazma işləri” tresti “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və SOCAR-nin 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılmışdır.

Yarandığı tarixdən etibarən “Kompleks qazma işləri” tresti respublikamızın dəniz və quru sahələrində müxtəlif geoloji xarakterli yataqlarda maili istiqamətləndirilmiş və horizontal neft və qaz quyularının qazılmasını həyata keçirməkdədir.

Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə “Kompleks qazma işləri” tresti SOCAR-nin strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə (“Neftqazelmitədqiqatlayihə” İnstitutu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s.) sıx əməkdaşlıq edir.

“Kompleks qazma işləri” tresti qazma plan-qrafikinə müvafiq olaraq hazırda qazılmaqda olan, eləcə də gələcəkdə qazılması nəzərdə tutulan neft və qaz quyularında bütün proseslərin müasir standartların tələblərinə uyğun, yüksək keyfiyyət və qabaqcıl texnologiyalara əsaslanaraq həyata keçirilməsi üçün lazım olan mal-material,avadanlıqların və xidmətlərin satın alınması məqsədilə mütəmadi olaraq satınalma əməliyyatları təşkil edir.

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunlarına və SOCAR-ın Satınalmaların təşkili və idarəolunması üzrə normativ sənədlərinin müəyyən etdiyi qaydalara uyğun olaraq, eyni zamanda rəqabətliliyin artırılması və səmərəli dəyərin əldə edilməsinə nail olmaq üçün əksər satınalma prosedurları “açıq müsabiqə” üsulunu tətbiq etməklə həyata keçirilir.

Bəzi satınalma əməliyyatları haqqında aşağıda daha ətraflı məlumat əldə etmək olar :

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Kompleks qazma işləri” tresti

Su əsaslı polimer qazma məhlulu üçün kimyəvi reagentlər və mühəndis xidmətinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26016-21RA) elan edir.

 Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);Müsabiqə təklifinin təminatı (forma əlavə olunur) ;Müsabiqə təklifi.Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 05.11.2021-ci il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaqdır.Tələb olunan sənədlərin elektron surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
 Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:Müsabiqə təklifi bir əsli və bir surəti olmaqla 12.11.2021-ci il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.Müsabiqə “Bağlı Zərf” prinsipi ilə yanaşı “iki zərf prinsipi” ilə həyata keçiriləcək. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməli, zərflərin üzərində müvafiq olaraq, “MALİYYƏ TƏKLİFİ” və “TEXNİKİ TƏKLİF” sözləri qeyd edilməlidir. Təkliflər Azərbaycan və ya İngilis dilində 2 nüsxədə (bir nüsxədə əsli və bir nüsxədə surəti) ikiqat zərfdə bağlanmış, möhürlənmiş olmalıdır. İlkin olaraq, texniki təkliflərin açılması və qiymətləndirilməsi aparılacaqdır. Texniki təkliflər araşdırıldığı dövrdə maliyyə təklifləri Satınalan təşkilatda saxlanılacaqdır. Satınalan təşkilatın Satınalmalar qrupu müsabiqəyə dəvət sənədlərinin (əsas şərtlər toplusunun) tələblərinə uyğun olaraq, texniki qiymətləndirməni uğurla keçmiş iddiaçılardan müsabiqə təklifinin bank təminatının təqdim edilməsini tələb edəcəkdir. Yalnız müvafiq qaydada təminat təqdim edən iddiaçının maliyyə təklifi zərfi açılaraq qiymətləndiriləcəkdir.Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş İddiaçıların təklifləri qəbul edilməyəcəkdir.Təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayəndələri tərəfindən etibarnamə təqdim edilməlidir və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
 İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər əlaqələndirici şəxsə iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət məktubunu (elektron və ya çap) təqdim etməklə əsas şərtlər toplusunu (elektron və ya çap) Azərbaycan və ya ingilis dilində əldə edə bilərlər.Qeyd olunmuş sənədlər elanın I paraqrafında göstərilmiş tarixədək iş günü ərazində saat 09:00-dan 17:30-a kimi təqdim və qəbul edilə bilər.İştirak haqqı 250 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyutadır və Satınalan təşkilatın aşağıdakı bank hesabına ödənilməlidir:AZNAzərbaycan Beynəlxalq Bankı ASC,AZ38IBAZ38010019449306332120,VÖEN: 9900003871,Müştəri xidməti Departamenti,Kod: 805250,Müxbir hesab: AZ03NABZ01350100000000002944,VÖEN: 9900001881,SWIFT BIK: İBAZAZ2ХABŞ dollarıIntermediary Bank:Deutsche Bank Trust Company Americas,New YorkS.W.I.F.T: BKTRUS33ACC # USD 04-164-504Beneficiary Bank: The International Bank of Azerbaijan Republic Customer Service DepartmentSWIFT:İBAZAZ2XBeneficiary: State Oil Company of Azerbaijan RepublicTAX İD: 9900003871Account \ IBAN AZ28IBAZ38110018409306332120 USDAVROIntermediary Bank:Commerzbank AG, Frankfurt am MainS.W.I.F.T: COBADEFFACC # 400 88 660 3001Beneficiary Bank: The International Bank of Azerbaijan Republic ” Customer Service DepartmentSWIFT: İBAZAZ2XBeneficiary: State Oil Company of Azerbaijan RepublicTAX İD: 9900003871Account No: AZ08IBAZ38110019789306332120 EURİştirak haqqı heç bir halda geri qaytarılmır.
 Müqavilənin icra müddəti:Xidmət müqaviləsinin cari il ərzində yerinə yetirilməsi tələb olunur.
 Təminatlar :İddiaçının müsabiqə təklifinin bank təminatı tələb olunur.Müsabiqə təklifinin təminatı iddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 1 (bir) %-i məbləğindən az olmamaq şərtilə tələb olunur. Bank təminatı yalnız texniki qiymətləndirməni uğurla keçmiş iddiaçılardan tələb olunacaq.Qarantiyanı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qarantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.Hazırki satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən iş və xidmətlərin yerinə yetirildikdən sonra fakt üzrə ödənişi nəzərdə tutulur.Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur.
 Satınalan təşkilatın ünvanı:AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətula küçəsi, 105.SOCAR, “Kompleks qazma işləri” trestiƏlaqələndirici şəxs:İbrahimov Rafael .Maddi-texniki təchizat və marketinq şöbəsi, qrup rəhbəriTelefon : (+99 412) 521-31-66Faks : (+99 412) [email protected]
 Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)
 Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:Zərflərin açılışı 12.11.2021-ci il tarixdə, Bakı vaxtı ilə saat 12:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.
 Müsabiqənin nəticəsi haqqında məlumat:Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu.