Botsvana Respublikası Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv qəbul olunub.
“Seanews.az” xəbər verir ki, bununla da Təşkilata üzv ölkələrin sayı 175-ə çatıb.
Qeyd edək ki, IMO 1948-ci ildə Cenevrədə BMT-nin dəniz konfransında təsis edilib.
Beynəlxalq Dəniz Təşkilatı beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyinin artırılması və gəmilərin çirklənməsinin qarşısının alınması tədbirlərinə cavabdeh olan ixtisaslaşmış qurumudur. Təşkilat hüquqi məsələlər, o cümlədən məsuliyyət və kompensasiya məsələləri ilə məşğul olur və beynəlxalq daşımaları təşviq edir.