Beynəlxalq Dəniz Təşkilatına yeni üzv qəbul olunub

256

Botsvana Respublikası Beynəlxalq Dəniz Təşkilatına  (IMO)  üzv qəbul olunub.

“Seanews.az” xəbər verir ki, bununla da Təşkilata üzv ölkələrin sayı 175-ə çatıb.

Qeyd edək ki, IMO 1948-ci ildə Cenevrədə BMT-nin dəniz konfransında təsis edilib. 

Beynəlxalq Dəniz Təşkilatı beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyinin artırılması və gəmilərin çirklənməsinin qarşısının alınması tədbirlərinə cavabdeh olan ixtisaslaşmış  qurumudur. Təşkilat hüquqi məsələlər, o cümlədən məsuliyyət və kompensasiya məsələləri ilə məşğul olur və beynəlxalq daşımaları təşviq edir.