KİV: Oman körfəzində SEPAH-la ABŞ gəmiləri arasında qarşıdurma olub

57

İran hökumətinə yaxın KİV-lər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri ilə ABŞ gəmiləri arasında Oman körfəzində qarşıdurma olduğunu bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, ABŞ hərbi gəmisi Oman körfəzində İrana məxsus neft tankerini saxlayıb və nefti başqa tankerə ötürməyə başlayıb.

SEPAH-ın xüsusi təyinatlıları bölgəyə göndərilərək ikinci gəminin göyərtəsinə vertolyotdan enib və onun ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətinə keçməsinə icazə verməyib.

İran KİV-ləri bildirir ki, ABŞ Oman dənizindən nefti oğurlaya bilməyib.

Hadisənin son günlər baş verdiyi bildirilir. İslam İnqilabı Keşikçiləri Korpusu tezliklə ABŞ əsgərlərinin Oman dənizində nefti oğurlaya bilmədiyini əks etdirən videonu nümayiş edəcəklərini açıqlayıb.