Avropada qaz yenidən bahalaşır

199

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 850 ABŞ dollarını ötüb.

Bu barədə “APA-Economics” birja xəbərlərinə istinadən məlumat verir.

Məlumata görə, 3 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti 852,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5% çoxdur.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.