“2014-cü ildə Dubayda təsis edilən SOCAR Logistics DMCC-nin törəmə şirkəti olan, Maltada qeydiyyatdan keçən Thrace Shipping Ltd şirkəti 2017-ci ildə Palmalıdan aldığı “Xankəndi” gəmisinin adını dəyişib, onu “FMT EFES” adlandırıb”.
Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu deyib.
ADR sədri bunu da bildirib ki, SOCAR Logistics DMCC-nin digər törəmə şirkəti olan, Maltada qeydiyyatdan keçən Phrygia Shipping Ltd da eyni yolu gedərək, 2017-ci ildə Palmalıdan aldığı “Şuşa” gəmisinin adını dəyişərək “FMT Urla” qoyub.
“Prezident də deyir ki, SOCAR milli şirkətdir”, – deyə ADR sədri əlavə edib.