Bu şirkətlər işçi yığır: əmək haqqı 350 – 3000 manat – 28 VAKANSİYA

560

VAKANSİYA 1

Halal – P

Satış meneceri

Son tarix 03 dek 2021 

Tələblər:

  • Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; avadanlıqlarla işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq. 
  • Bizim menecerimiz, yəni sən satış işilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil – çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.
  • Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.
  • Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

  • soyuq zənglər vasitəsilə müştərilərin axtarışı;
  • daimi müştərilərin qorunub saxlanılması;
  • kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
  • məlumatların satınalma şöbəsinə ötürülməsi (sorğular);
  • CRM -də müştəri bazasının saxlanılması;
  • xüsusi hesabatların aparılması;
  • çətin vəziyyətlərin həlli (nadir hallarda olur).

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  1. CV – bənzər bir təcrübənin varlığına baxırıq
  2. Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
  3. Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  4. Rəhbərlə müsahibə

Şərtlər:

  • yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
  • sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
  • satış texnologiyası üçün skriptlər bu mərhələdə mövcud deyil, ancaq bunları səninlə birlikdə yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
  • menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) – 45000 AZN. Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən. 
  • iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et! 

Aylıq fiks əmək haqqı: 650 – 850 AZN

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə göndərməyi unutma ([email protected]).  

Bizimlə iş şən və perspektivlidir!

VAKANSİYA 2

Başak Group

Korporativ satış mütəxəssisi

Son tarix 03 dek 2021 

Tələblər:

  • Ali təhsil,
  • Korporativ satış üzrə minimum 2-3 il təcrübə (yalnız korporativ satış təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
  • Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
  • Yüksək rus və ingilis dili biliyi ( rus dili arzu olunandır),
  • Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
  • Danışıqlar aparma qabiliyyəti,
  • Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
  • Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
  • 23-30 yaş aralğı,

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 6 gün 09:00–dan 18:00 dək;
  • Əmək haqqı: 700 AZN + Bonus (KPİ),
  • Nahar şirkət tərəfindən qarşılanır,
  • Korporativ nömrə,

Tələblərə uyğun şəxslər CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər ([email protected]). 

Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.

VAKANSİYA 3

Massi

Problemli kreditlər üzrə mütəxəssis

Son tarix 03 dek 2021 

İcra edəcəyi iş:

  • Problemli müştərilərin ödənişlərini təmin etmək üçünn mütəmadi əlaqə saxlamaq
  • Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
  • Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək

Tələb olunan peşə – ixtisas səviyyəsi:

  • Problemli kreditlər üzrə minimum 3 il iş təcrübəsi
  • Yüksək analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına sahib olmaq
  • Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı 
  • Stressə davamlı 
  • Təşəbbüskar qərar qəbul etmə bacarığı 
  • Sürücülük vəsiqəsi mütləqdir. 

İş şəraiti:

  • Stabil iş  
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Əmək haqqı 800 AZN
  • Korporativ nömrə ilə təmin ediləcək 
  • İş rejimi: 09:30-dan 18:30-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)
  • İş yeri: Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus 

Xahiş olunur yalnız kişi cinsinin nümayəndələri CV-lərini Problemli Kreditlər üzrə Mütəxəssis başlığı ilə göndərsinlər ([email protected]).

VAKANSİYA 4

Ram Holding

Maliyyə nəzarəti üzrə baş mütəxəssis

Son tarix 03 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Holdinq-a daxil olan şirkətlərin auditi
  • Maliyyə vəsaitlərinin hərəkətinə və maddi dəyərlilərdən istifadə olunmasına nəzarət və daxili maliyyə təftişi;
  • Maliyyə nizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsi qanununun təmin edilməsi işlərini görür.
  • Maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
  • Qısa və uzun müddətli maliyyə proqnozları və planlaşdırma.
  • Maliyyə nəzarəti sahəsində fəaliyyət planlarının hazırlanması və icrasını təmin edilməsi;
  • Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
  • Maliyyə vəsaitlərinə olan tələbat və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi.

Namizədə dair tələblər:

  • Bəy namizədlər
  • Yaş – 28-35
  • Maliyyə və Mühasibat sahəsində ali təhsil;  
  • Mövcud sahədə – 3-5 il iş təcrübəsi (konsaltinq şirkətlərində çalışan namizdələrə üstünlük veriləcək)
  • Microsoft Excel proqramında peşəkar istifadəçi səviyyəsində işləmə bacarığı olmalı
  • Analitik düşünmə qabliyyəti
  • Mühasibatlıq və vergi sahələrində nəzəri və praktiki biliklər
  • Vergi, əmək  qanunvericilikləri üzrə məlumatlı; 
  • İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;
  • Sürücülük vəsiqəsi- arzu olunandır

İş şərtləri:

  • İş yeri: Xırdalan qəs., Binəqəqdi şossesi, Madan küç, 4
  • Bazar ertəsi – Cümə:  8:30  – 17:30
  • Ə/h: 1800 azn

Maraqlanan namizədlər mövzu yerində “MN” yazmaqla öz CV-ləri göndərə bilərlər ([email protected]).

VAKANSİYA 5

Performance Center Co

Audit şöbəsinin rəhbəri

Son tarix 03 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
  • Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
  • Aktivlərin sayımında iştirak və təhlil;
  • Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi;
  • Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
  • MS Office proqramlarını bilməli; 
  • 1C proqramları ilə işləmək bacarığı;
  • Müvafiq sahədə 5-10 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli;
  • Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.

İş şərtləri: 

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 2500-3000 ₼
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Audit şöbəsinin rəhbəri” qeyd etməklə göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır ([email protected])

VAKANSİYA 6

Leobank (Unibank)

Müştəri xidməti mütəxəssisləri üzrə koordinator

Son tarix 03 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Müştəri xidməti mütəxəssislərinin işinin koordinasiyası və razılaşdırılması;
  • Çatdırılma xidmətinin statusu barədə müştərilərin məlumatlandırılması;
  • Marşrutların hazırlanmasına nəzarət;
  • Müştəri xidmətləri mütəxəssislərinin marşrutlarının dəyişdirilməsi və tənzimlənməsi;
  • Sənədlərə yenidən ilşlənməsi məsələlərində Müştəri Xidməti İşçiləri (MXİ) ilə nəzarət və qarşılıqlı əlaqə.

Növbəli iş qrafiki – 2/2.
 
Tələblər:

  • Çağrı mərkəzində çatdırılma xidmətinin operator/ Supervayzer vəzifəsində ən azı 1 il iş təcrübəsi;
  • Düzgün şifahi və yazılı nitq;
  • Məsuliyyət, çalışqanlıq, güclü təşkilatçılıq bacarığı;
  • İri həcmli məlumatla işləmək bacarığı, detallara diqqət;
  • Müştəri yönümlü, nəzakətli, stresə davamlı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini göndərə bilərlər (vəzifənin adını email-ın mövzu hissəsində (Müştəri xidməti əməkdaşı üzrə dispetçer) göstərməyiniz xahiş olunur).



Должностные обязанности:

  • Координация и согласование работы сотрудников по обслуживанию клиентов;
  • Информирование клиентов о статусе службы доставки;
  • Наблюдение за подготовкой маршрутов;
  • Изменение и урегулирование маршрутов сотрудников по обслуживанию клиентов;
  • Мониторинг и взаимодействие с сотрудниками обслуживания клиентов (СОК) по вопросам повторной документации.

Cменный график работы 2/2.
 
Требования:

  • Опыт работы не менее 1 года оператором (координатором) службы доставки call-центра;
  • Правильная устная и письменная речь;
  • Свободно владение Азер. Языком и Рус. языком
  • Ответственность, трудолюбие, сильные организаторские способности;
  • Умение работать с большим объемом информации, внимание к деталям;
  • Клиентоориентированный, вежливый, стрессоустойчивый.

Кандидаты, отвечающие вышеуказанным требования, могут отправить ([email protected]) свои резюме. ( Просьба указать название должности в теме письма (Диспетчер по сотрудникам обслуживания клиентов)).

VAKANSİYA 7

A2Z Technologies

Satınalma üzrə mütəxəssis

Son tarix 03 dek 2021 

Öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və daim genişləndirilməsi;
  • İT məhsullar üçün təchizatçıların qiymətləndirilməsi, təkliflərin analizi və sövdələşmələrin əladə edilməsi;
  • Spesifikasiyaları və qiymətləri yoxlayaraq satınalma tələbnamələrinin hazırlanması;
  • Sifarişlərin təchizatçılara yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Satınalma ilə bağlı sənədləşmənin aparılması və qeydiyyatı;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Satınalma siyasətinə uyğun olaraq satınalma fəaliyyətinin təmin edilməsi.

Tələblər:

  • Təhsil:
  • Təchizat, biznesin idarə edilməsi sahəsində bakalavr təhsili
  • CIPS sertifikatı üstünlükdür
  • Texniki səriştələr:
  • MS Excel, Power Point, Word yüksək səviyyədə
  • E-procurement və ya satınalma sahəsinə ERP biliyi
  • İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
  • İT Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər)
  • Rus və İngilis dili yüksək səviyyədə
  • Təcrübə: İT satınalma sahəsində minimum 2 il iş təcrübəsi
  • Yumşaq bacarıqlar:
  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və problem həlletmə bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq.

Əmək şəraiti:

  • İş rejimi: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını göndərin ([email protected]).

VAKANSİYA 8

Technoil LLC

Baş mühasib

Son tarix 03 dek 2021 

Vəzifə funksiyaları:

  • Mühasibat komandası üzvlərinə iş bölgüsünün aparılması və nəzarət.
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və 1C proqramında işlənməsinin təşkili. 
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların və hesabatların göndərilməsi. 
  • Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı Bank və kassa əməliyyatlarına nəzarət və təsdiq mexanizmlərinin qurulması. 
  • Məlumatları 1C proqramına işlənməsi və sənəd dövriyyəsinin adekvat təmin edilməsi. 
  • ƏDV əməliyyatlarının, habelə ƏDV Depozit hesabının uçotunun və  əvəzləşmə hesablamalarının aparılması, gələn və gedən elektron qaimələrə nəzarət.
  • Beynəlxalq Maliyyə Hesabtları Standartlarına (İFRS) uygun olaraq Aylıq balans, mənfəət zərər, nəğd vəsaitlərin hərəkəti hesabatlarının hazırlanıb təqdim edilməsi. 

Vəzifəyə olan tələblər:

  • Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi (istehsal təcrübəsi üstünlukdür).
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək.
  • Milli mühasibat uçotu, əmək məcəlləsini və beynəlxalq standartlarını yüksək səviyyədə bilmək.
  • Mühasibatlıq proqramında işləmək bacarıqları (1C 8.3). 

Səriştələr:

  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik.
  • Yaxşı analitik bacarıqlar.
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları.

Əlavə məlumat:

  • İş qrafiki: həftə içi 5 gün (saat 09:00-dan 18:00-dək).
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • Əmək haqqı razılaşma əsasında. 
  • İş yeri : Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllə.
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir. 

Ən son yenilənmiş CV-nizi “Baş mühasib” mövzusu ilə göndərə bilərsiniz ([email protected]). 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

VAKANSİYA 9

Avrora

Daxili nəzarət üzrə mütəxəssis

Son tarix 03 dek 2021 

Vəzifələr:

  • Risk dəyərləndirilməsi üzrə analizlərin aparılması
  • Aşkar olunan neqativlərlə bağlı təqdimat,xidməti yazıların hazırlanaraq rəhbərliyə təqdim olunması 
  • Prosesdə olan boşluqlara nəzarətin təşkili, təkliflərin və tövsiyyələrin hazırlanaq rəhbərliyə təqdim olunması  
  • Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
  • Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş çatışmazlıqları, dələduzluq hallarını aktlaşdırmaq və onların aradan qaldırılması istiqamətində  vaxtında tədbirlər görmək.

Sahə üzrə bilik və bacarıqlar:

  • Risklərin idarəedilməsi (o cümlədən, müxtəlif sahələrdə (marketinq, logistika, istehsalat və s.) iş təcrübəsinə malik olan);
  • Mənimsəmə və saxtakarlığın idarəedilməsini;
  • Logo Tiger ERP üzrə biliklər

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə);
  • Ən azı 2 il  Daxili Audit, Daxili Nəzarət və ya Biznes Proseslərdə iş təcrübəsi;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
  • Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;

İş şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş vaxtı: 08:00-dan 17:00-dək;
  • İş yeri: HÖKMƏLİ qəs;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis Avtobusu mövcudluğu

Biz nə təklif edirik:

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;
  • Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor” yazaraq göndərmələri ([email protected]) xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

VAKANSİYA 10

Maffin Reklam Agentliyi

SMM menecer

Son tarix 03 dek 2021 

İş barədə məlumat:

  • Sosial media hesablarının idarə olunması;
  • Sosial şəbəkələr üçün hesabların analizi və inkişafı üzrə strategiyanın hazırlanması;
  • Komanda daxilində materialların toplanmasına nəzarət;
  • Müştərilər tərəfindən daxil olan sorğuları komandaya yönləndirmək, cavablandırılmasını və sorğular üzrə məlumatların verilməsini təmin etmək;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək
  • Sosial media kampaniyalarının izlənməsi, datalarının saxlanması və fəaliyyətlərinin təhlili.
  • Foto və Video çəkilişlərin təşkili
  • Bütün layihələr üzrə hesabatların hazırlanması, nəticələrin təhlili.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Facebook Business Suite və Google ads. ilə işləmə
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik;
  • İngilis və rus dilləri üzrə biliklər üstünlükdür;

İş qrafiki : Həftə içi 5 gün ( 9.00-18.00)

İş yeri :  Nərimanov metrosu yaxınlığında, Turan Biznes Mərkəzi 2 (Albert Aqarunov 14A)

Müraciətinizi CV formasında müvafiq başlıqla göndərməyiniz ([email protected]) xahiş olunur.

VAKANSİYA 11

IBH

Sales Manager

Son tarix 03 dek 2021 

UK based international company IBH is looking for young, ambitious and enthusiastic people to work in our representative office in Baku. 

We are looking for Sales Managers of professional excellence courses in Oil and Gas. Candidates should be fluent in English and Russian and have a good computer knowledge. 

Previous experience preferred but training will be provided.

Please send your CV to e-mail address.

Британская международная компания IBH примет на работу в новый филиал в Баку молодых, амбициозных, целеустремлённых и общительных сотрудников. 

Требуются специалисты по продажам курсов повышения квалификации в нефтегазовой отрасли. Знание английского, русского языков, а также свободное владение компьютером и понимание делового этикета – обязательно. Желательно с опытом работы в сфере активных продаж, но мы предоставляем полное обучение сотрудников. Главное – желание обучаться и профессионально развиваться!

Своё резюме, пожалуйста, присылайте по эл. почте – [email protected]

VAKANSİYA 12

Inci Group Of Companies

Direktor Assistenti

Son tarix 03 dek 2021 

Namizədə dair tələblər: 

  • Ali təhsilli, Xanım Namizədlər;
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Rus dilini səlis bilmək mütləqdir;
  • Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməli; 
  • Güclü təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Komanda daxilində işləmək istəyi və bacarığı;
  • Çox sayda tapşırıqları idarə etmək (məktublaşma bacarığı);
  • Yaş : 25-35;

İş barədə məlumat: 

  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
  • Kargüzarlıq, müqavilələrin hazırlanması və ofis daxili işlər;
  • Görüşlərin təşkili;
  • Direktorun gündəliyinin tutulması, İclasların təşkili və iclas protokolunun tərtib edilməsi;
  • Email və telefon cavablandırılması;
  • Rəhbərliyin digər göstərişlərinin cavablandırılması;
  • Nahar şirkət tərəfində təmin olunur;
  • İş qrafiki : 5 gün (09:00-18:00)
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında) 
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır ([email protected]).

VAKANSİYA 13

GIZ Baku Office

Local consultant on agrotourism PSD

Son tarix 15 noy 2021 

To all tender participants

From: GIZ Baku Office
Project number: 16.2179.6-003.00
Project name: Private Sector Development and Technical Vocational
Education and Training in the South Caucasus

Country: Azerbaijan

Subject of tender: Local consultant on agritourism for PSD TVET SC program

Dear Tender Participant,

GIZ-Baku Office would like to announce a tender for a local consultant on agritourism for PSD TVET SC program.

Should you be interested in implementing the tasks according to the task description (Annex 1), we request you to submit us your bids in the following way:

Submitting of the technical offer and financial offers: Due to the COVID 19 we kindly ask you to submit separately! the technical and financial offers via separate emails on following email address: [email protected] latest by 17th of November 2021.

The email with technical offer should include CV/ or company profile, concept and the work schedule acc. to the TOR. Please mark the subject of the email as follow: “Technical offer/ Local consultant on agrotourism PSD”.

The email with financial offer should include remuneration required acc. to the ToR. Please mark the subject of the email as follow: “Financial offer / Local consultant on agrotourism PSD”.

Please note that there should not be any financial information mentioned in the technical bid.

You can email your further questions (but no bids!!!!) latest by 15th of November to Sabina Hajiyeva – [email protected]. Please, consider that for ensuring the equal circumstances for all parties the answers to your questions will be sent to all tender participants. The bids not complying with these rules will not be considered by us. Unfortunately, any questions submitted after 15.11.2021 will not be answered.

The bids received will be evaluated by the GIZ office Baku (see the Annex 2). Only financial bids of companies/individuals fulfilling the technical requirements will be opened and evaluated by an authorized person. The evaluation rate is 70% for technical and 30% for the financial bid.

Based on the evaluation results a ranking list of candidates will be prepared. Contractual negotiations are generally commenced with the first bidder on the list. Should these negotiations not be successful, the second bidder on the list shall be invited to commence negotiations.

If you do not receive an order in writing within two weeks of expiry of the deadline for the submission of offers, your bid has not been accepted. You shall not receive separate notice to this effect.

VAKANSİYA 14

TÜRKÜN Yapı ve Tesisat Malzemeleri A.Ş.

Satış Mütəxəsisi

Son tarix 03 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Şirkət məhsullarının satışının təşkili;
  • Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
  • Müştəri bazasının yaradılması və yeni əməkdaşlıqların qurulması;
  • Satış analizinin aparılması və satış planının hazırlanması;
  • Bazar araşdırması (rəqib şirkətlərin təklif etdikləri məhsul və qiymətlər,onların çatdırılma və satış şərtləri və s.);
  • Satış hədəflərinin yerinə yetirilməsi;
  • Çağrı mərkəzindən daxil olan problemlər əsasında müştəri məmnuniyyətinin artırılması yönündə təkliflərin verilməsi;
  • Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi;
  • Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması;     
  • İşgüzar görüşlərin təşkil olunması və işgüzar danışıqların aparılması;
  • Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və qorunması;

Tələblər:

  • Müvafiq sahədə ən az 2 il iş təcrübəsi;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dilində səlis təqdimat etmək bacarığı;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Müştərilərlə münasibətdə uzunmüddətli güvən yaratmaq;
  • Komandada işləmək bacarığı;
  • Aktiv, gülərüz, ünsiyyətcil;
  • Ezamiyyətə getmək imkanı;

Müraciət etmək üçün CV-nizi “Satış mütəxəsisi” başlığı altında göndərə bilərsiniz ([email protected]). CV-nizi göndərərkən başlıq qeyd etməniz mütləqdir. Yalnız şəkilli CV-lərə baxılacaqdır.

VAKANSİYA 15

AS İnşaat MMC

İnsan resursları üzrə aparıcı mütəxəssis

 Son tarix 03 dek 2021 

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • İş stajının hesabatını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
  • İş vaxtının uçotu cədvəlini hazırlayır və davamiyyətlə bağlı gündəlik qeydləri aparır;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsini nəzarət edir;
  • Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;

Vəzifə ilə bağlı tələblər:

  • Menecment, İqtisadi sahələri vəya digər müvafiq sahələr üzrə ali təhsil;
  • AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
  • İnsan resursları sahəsi üzrə 2 il fasiləsiz iş təcrübəsi olmalıdır;
  • E-gov Elektron Hökumət Portalında işləyə bilməlidir;
  • MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
  • 1C 8.3 proqramında işləmək bacarığı;

Digər:

  • Rayonlara ezamiyyət, tikinti sahələrinə yoxlamalara gedəcəyi üçün bəy namizədlərə üstünlük veriləcək.
  • İş rejimi: 09:00-18:00 (5 günlük iş həftəsi).
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına mütənasib olaraq müəyyənləşdirilir.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini göndərə bilərlər ([email protected]).

VAKANSİYA 16

Yeni Chinar Hotel Company

Təchizat üzrə mütəxəssis

Son tarix 03 dek 2021 

Son müraciət tarixi: 31/12/2021

Vəzifə öhdəlikləri:

  • Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını, tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender komissiyasına məlumat vermək;
  • Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq.
  • Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
  • Proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək.
  • Satınalma prosesini vaxtında,prosedur və qaydalara uyğun olaraq icra etmək;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması,təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq və sistemə daxil etmək;
  • Təchizatçılar və satınalmalar barədə məlumatları hazırlamaq və sistemə daxil etmək;
  • Sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
  • Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;

Tələblər:

  • Ali təhsil.
  • Əla səviyyədə Azərbycan dili, yaxşı səviyyədə – İngilis və Rus dili
  • MS Office mütləq bilmək 
  • 1C  proqramlarında işləmə bacarığı
  • Kollektivlə işləmə bacarığı
  • 2-3 illik iş təcrübəsi – Dövlət satınalmaları üzrə iş təcrübəsinin olması üstünlükdür
  • Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
  • Yaş həddi: 25-40 yaş

Şərtlər:

  • İşə qəbul AR Əmək Məcəlləci əsasında
  • İş qrafiki: həftədə 5 gün 09:00-18:00
  • Mobil rabitə
  • Evlə təmin olunur
  • Əmək haqqı: Danışıq əsnasında
  • Müsahibə CV əsasında aparılacaq

Vakansiyaya müraciət üçün CV-nizi “Təchizat üzrə mütəxəssis” mövzusu ilə göndərməyiniz xahiş olunur ([email protected]).

VAKANSİYA 17

Inci Group Of Companies

Sürücü-Ekspeditor (Quba və Bakı şəhəri üzrə)

Son tarix 03 dek 2021 

Namizədə dair tələblər: 

  • Ali və Orta təhsil , 
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Komandada işləmə bacarığı;
  • Sürücülük vəsiqəsinin(B kategoriya) olması mütləqdir,Ford Tranzit avtomobili ilə təmin edilir;
  • Müştərini qazanmaq qabiliyyəti;
  • Ünsiyyətcillik;
  • Dəqiqlik və  məsuliyyət;
  • Yaş: 23-35;

İş barədə məlumat: 

  • Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
  • İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi;
  •  Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi;
  • Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi;
  • Müştəri borc limitlərinin nəzarətdə saxlanılması;
  • Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;
  • Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması;
  • Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
  • Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
  • Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;
  • İş saatı  : 09 :00-18:00

İş barədə məlumat: 

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə ;
  • İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı email’ göndərməyiniz (Mövzu yerinə vakansiya adı yazılmalıdır)  və ya Quba Regionu üzrə 0774415509, Bakı üzrə isə 0774415544 nömrələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur ([email protected]).

VAKANSİYA 18

ŞEH LLC

Mühasib

Son tarix 03 dek 2021 

İş barədə məlumat:

  • Dövlət orqanlarına hesabatların təqdim olunması (hal hazırda consulting şirkəti tərəfindən göndərilsə də əməkdaşın bunu bilməsi vacibdir)
  • Vergi və mühasibat uçotunun aparılması
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
  • Əməliyyatların 1C proqramında işlənməsi
  • Vergi hesab fakturaların yazılması
  • Bank və kassa əməliyyatları
  • Daxili rəsmiləşdirmə sənədlərinin işlənməsi
  • Müştərilərlə əlaqə.
  • Üzləşmə aktlarının tərtib edilməsi.
  • Müştərilərin borclarına nəzarət və borcların vaxtında qəbul edilməsi.
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
  • e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı
  • Məsuliyyətli, dəqiq və peşakar
  • İstehsalat sahəsində təcrübənin olması arzu olunandır
  • Vergi və Əmək Məcəlləsi üzrə biliklər
  • 1C, BTP, B3, MS Office proqramlarını bilmək

[email protected]

VAKANSİYA 19

Ambiens MMC

Qrup rəhbəri meneceri

Son tarix 03 dek 2021 

Motivasiya, məsləhət, bacarıqların təkmilləşdirilməsi və məhsul biliklərinin artırılması yolu ilə komandanı inkişaf etdirərək satış və marketinq qrupu vasitəsilə qazanclı nəticələr əldə etməkdən məsuldur.

Vəzifələr:

  • Komandanı idarə etmək, iş planı hazırlamaq, razılaşdırılmış hədəflərə çatmaqdan məsuldur
  • İllik planın qurulmasında kömək göstərmək, xüsusən: hər bir məhsul və ərazi üçün real proqnozlar (tarixi məlumatlar, bazar tendensiyaları, rəqabətçi fəaliyyət, reklam strategiyası əsasında), və proqram planlaşdırılmasından məsuldur
  • Komandanın hər bir üzvü üçün məsuliyyətləri və performans standartlarını təsvir edən, ərazi satışları və komissiya hədəflərini təyin edən, komissiya planını idarə edən xüsusi bir qiymətləndirmə sistemini planlaşdırmaq və tətbiq etməkdən məsuldur
  • Tibbi nümayəndələrin konkret hədəflərə çatması üçün planlaşdırma, istiqamətləndirmə, təşkili və nəzarətindən məsuldur
  • Tibb nümayəndələrinin fəaliyyətini müntəzəm olaraq şəxsən daima izləməkdəm məsuldur

Namizədə tələblər:

  • Yaş: 27-45
  • Qeyd olunan vəzifə üzrə əczaçılıq biznesi sahəsində minimum 3 il iş təcrübəsinin olması
  • Mükəmməl mentorluq, məşqçilik və insanlara rəhbərlik bacarığının olması 
  • Detallara diqqətcil, planlaşdırma və təşkilatçılıq bacarığına malik, yüksək enerjili, məqsədyönlü olması
  • Azərbaycan və rus dillərini mükəmməl, İngilis dilini orta səviyyədə bilməsi (həm danışıq, həm də yazılı) 
  • MS Word, Excel, PowerPoint proqramlarının yaxşı səviyyədə bilməsi
  • Təhsil: Bakalavr səviyyəsinə malik olması. Satış, MBA olması üstünlükdür 
  • Ezamiyyət məhdudiyyəti olmamalıdır 

Şərtlər:

  • Maaş: 1500 – 2000 AZN , rəsmi, müqavilə əsasında
  • MBO/KPI bağlı bonus sistemi
  • Korporativ avtomobil
  • Korporativ mobil telefon
  • İş qrafiki həftə içi 5 gün (saat 9:00-dan 18:00-dək) 

Maraqlanan namizədlər CV-lərini göndərməlidir ([email protected]).

VAKANSİYA 20

Massi

Baş mühasib

Son tarix 03 dek 2021 

İcra edəcəyi iş:

  • Maliyyə təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır
  • Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir 
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir. 
  •  Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu təşkil edir
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
  • Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Daxili hesabatların hazırlanması və təqdim olunması 
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
  • ƏDV ilə yüksək səviyyədə işləmə bacarığı
  • Bəyannamələrin hazırlanması və göndərilməsi
  • Maliyyə hesabatlarının tərtib edilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • E-portal proqramı ilə işləmək bacarığının olması
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

Tələb olunan peşə – ixtisas səviyyəsi:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
  • Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi
  • Excel ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
  • Vergi məcəlləsini bilməli  
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı 
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır

İş şəraiti:

  • İş rejimi: həftə içi 6 gün, 9:30-18:30 –dək 
  • AR ƏM əsasən rəsmiləşdirmə -1000 azn
  • İş yeri: : Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus

Xahiş olunur namizədlər CV-sini “Baş mühasib” başlığı ilə göndərsinlər ([email protected]). 

VAKANSİYA 21

Inci Group Of Companies

Xarici satınalmalar üzrə təchizatçı

Son tarix 03 dek 2021 

Namizədə dair tələblər:

  • Ali təhsil / Bakalavr;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsinin olması; 
  • Kompüter biliyi: MS Office (Word, Excel);
  • Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
  • Satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış; 
  • Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi;
  • Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti; 
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırma və təşkil etmə, komandada işləmə bacarıqları;  
  • Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması) ;
  • Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması; 
  • Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi; 
  • Stressə davamlılıq;
  • 25-35 yaş aralığı;

Üstünlük verilir:

  • SAP ERP sahəsində təcrübə;
  • İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
  • Bizness etik prinsiplərinə riayət;

İş barədə məlumat:

  • İş saatı: 09 :00-18:00;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Şənbə və Bazar istirahət günü;
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında) ;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət etmək istəyənlər  CV formanızı göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır ([email protected]). 

VAKANSİYA 22

A2Z Technologies

Tender üzrə mütəxəssis

Son tarix 03 dek 2021 

Öhdəliklər:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tenderin əsas şərtlər toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və şirkətin tenderdə iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət edilməsi;
  • Müqavilələr üzrə danışıqların aparılması və müvafiq şöbələrlə birgə müqavilələrin hazırlanması;
  • Tender üzrə tələb olunan sənədlərin, protokolların hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
  • Tender prosesi ilə bağlı beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların, danışıqların aparılması;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Müştəri bazasının genişləndirilməsi.

Tələblər:

  • Təhsil: Marketinq və ya idarəetmə sahədə bakalavr
  • Texniki səriştələr:
  • MS Excel, Power Point, Word yüksək səviyyədə
  • Tenderə dair sənədləşmənin yüksək səviyyədə aparılması
  • Rus və İngilis dili yüksək səviyyədə
  • Təcrübə: Minimum 2 il müvafiq sahədə iş təcrübəsi
  • Yumşaq bacarıqlar:
  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və təqdimat bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq.

Əmək şəraiti:

  • İş rejimi: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını göndərin ([email protected]).

VAKANSİYA 23

VAKANSİYA 24

Fostanpak MMC

Xarici satınalma üzrə mütəxəssis

Son tarix 03 dek 2021 

Tələb və öhdəliklər:

  • Yalnız bəy namizədlər;
  • Ali təhsilli;
  • 1-3 ilə qədər iş təcrübəli;
  • Yaş 21-30;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • İnkişafa meyilli;
  • Dil bilikləri: Azərbaycan və Rus (mükəmməl), İngilis (əla);
  • Satınalma üzrə tapşırıqların yerinə yetirilməsi;
  • Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
  • Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi;
  • Mövcud bazarın və rəqiblərin analizi;
  • Aylıq hesabatın verilməsi;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır;
  • İş qrafiki 5 gün 9:00-18:00, şənbə günü 9:00-15:00, bazar günü istirahət;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində vakansiyanın adını mütləq qeyd edin.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini göndərmələri və e-mailin mövzu hissəsində mütləq vakansiyanın adını yazmaları tələb olunur. Uyğun namizədlər ilə əlaqə saxlanılacaq ([email protected]).

VAKANSİYA 25

Maffin Reklam Agentliyi

Marketinq meneceri

Son tarix 03 dek 2021 

İş barədə məlumat:

  • Agentliyin və müştərilərin rəqəmsal marketinq planlaşdırması, strategiyaların hazırlanması
  • Rəqəmsal marketinqin bütün aspektlərinə nəzarət edilməsi
  • Sosial media platformalarının inkişaf strategiyasınn qurulması və inkişafının təmin edilməsi
  • Görülən işlərin ümumi performansı haqqında dəqiq hesabatların hazırlanması
  • Ümumi yaradıcı komanda ilə birgə işlərin keyfiyyətli və operativ həyata keçirilməsini təşkil etmək
  • Rəqəmsal marketinq sahəsində son tendensiyaları və texnologiyaları müəyyənləşdirmək və tətbiq etmək
  • Bazar araşdırması və rəqibləri araşdıraraq, zəif və güclü tərəflərini müəyyənləşdirmək;
  • Brendlərin tanıdılması üçün layihələrin yönləndirilməsi;
  • Təqdimat materiallarından səmərəli istifadəyə nəzarət etmək və izləmək;
  • Strategiya tətbiqinin izlənilməsi və nəticələrin qiymətləndirilməsi;

Namizədə dair tələblər: 

  • Ali təhsil
  • Müvafiq sahədə ən az 2 il təcrübə
  • Müxtəlif sosial media platformaları ilə işləmə bacarığı
  • Mükəmməl ünsiyyət və kommunikasiya bacarıqları
  • Rəqəmsal marketinqdəki son tendensiyalar və texnologiyalar haqqında ən son məlumatlara sahib olmaq
  • İngilis və rus dilləri üzrə biliklər üstünlükdür;
  • Agentlik təcrübəsi üstünlükdür

İş qrafiki : Həftə içi 5 gün ( 9.00-18.00)

İş yeri :  Nərimanov metrosu yaxınlığında, Turan Biznes Mərkəzi 2  (Albert Aqarunov 14A)

Müraciətinizi  CV formasında müvafiq başlıqla email ünvanına göndərməyiniz xahiş olunur ([email protected]).

VAKANSİYA 26

Emsa Baku

Satış təmsilçisi

Son tarix 03 dek 2021 

Tələblər:

  • Komandada işləmə bacarığı;
  • Satış sahəsində minimum 6 aylıq təcrübə;
  • Ünsiyyətcil, dəqiq və məsuliyyətli;
  • Yaş: 20-35.
  • Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür.

Öhdəliklər:

  • Öhdəliyində olan məhsullara görə məsuliyyət daşımaq;
  • Müəssisənin geyim, davranış, etik qaydalar və prinsiplərinə uyğun davranmaq;
  • Müştəriləri məmnun etmək və növbəti alışa həvəsləndirmək.

Təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Böyük komandanın üzvü olmaq;
  • Vəzifə yüksəlişi.

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

“Tələblər” bölməsində bütün tələblərə cavab verdiyiniz halda e-mailin mövzu hissəsində “satış təmsilçisi” yazmaqla şəkilli tərcümeyi-halı,(CV) göndərməyiniz xahiş olunur ([email protected]).

VAKANSİYA 27

By Telecom

Satış Məsləhətçisi

Son tarix 02 dek 2021 

Təsvir:

  • Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
  • Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş rejimi: 6 gün işləyir 1 gün istirahət
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
  • Karyera yüksəlişi imkanı
  • Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar

Tələblər:

  • Satış təcrübəsi arzu olunandır
  • Əmək haqqı 350 + (BONUS)
  • Azərbaycan və Rus dilini səlis bilməli
  • Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
  • Satış qabiliyyəti olmalı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adı “ Satış Məsləhətçisi” qeyd olunmaqla göndərə bilərlər ([email protected]).

VAKANSİYA 28

Expert SM

Lawyer

Son tarix 02 dek 2021 

İş qrafiki : 5/7 gün ,09:30 – 18:30
Nahar vaxtı: 13:00 – 14:00
Ünvanı: 28 may m/s 2ci çıxışı
Əmək haqqı müsahibə asasındə və həcminə uyğun müəyyən edilir

Tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi : minimum 3 il
  • Cinsi: qadın
  • Yaş məhdudiyyəti: 25-60
  • Məsuliyyətli ,diqqətli,məqsədyönlü,cəld və nizam-intizamlı olmalı
  • MS ofis proqramlarının istifadəsinin bilməli
  • Azərbaycan və rus (ingilis dili arzu olunandır) dillərini həm yazılı , həm şifahi olaraq səlis bilməli
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
  • AR mülki, əmək, inzibati, vergi, mülki-hüquqi aktlarının tərtib edilməsi, onların bağlanmalı və rəsmiləşdirilməsi.
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanmalı və rəsmiləşdirilməsi qaydasını bilməsi;
  • Müəssisənin iştirak etdiyi tenderlər üçün hüquqi nöqteyi nəzərdən tələb olunan sənədlərin hazırlanması;
  • Müəssisənin adından bütün növ məktubların hazırlanması, əmrlərin, etibarnamələrin, hazırlanması, korporativ sənədləşmənin aparılması;
  • Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması
  • Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəylərin verilməsi ([email protected]).

fed.az