“Qazprom”: “Şimal axını-2” kəməri istismara hazırdır

56

“Şimal axını-2” qaz kəməri istismara hazırdır.

“APA-Economics”in məlumatına görə, bu barədə “Qazprom” şirkətinin departament müdirinin müavini Aleksey Finikov investorlarla qapalı konfrans zamanı bildirib.

“Şimal axını 2” qaz kəmərinin tikintisi başa çatıb və artıq işə salınmağa hazırdır, o bildirib.

Qeyd edək ki, kəmərin tikintisi cari ilin sentyabrın 10-da başa çatıb. “Qazprom” kəməri bu ilin sonuna istismara verməyi planlaşdırırdı.

“Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. “Şimal axını-2” kəməri ilə cari il ərzində 5,6 mlrd. kubmetr qaz nəql oluna bilər.

Xatırladaq ki, ABŞ-ın sanksiya təhlükəsi ilə əlaqədar İsveçrənin “Allseas” şirkəti boruların döşənməsindən imtina etdiyinə görə kəmərin tikintisi 2019-cu ilin dekabrında dayandırılmışdı. 2020-ci ilin dekabrından isə tikinti işləri yenidən bərpa olunub.