Bu şirkətlər işçi yığır: əmək haqqı 500-1000-1500-5000 manat – 18 VAKANSİYA

589

VAKANSİYA 1

Məhkəmələrlə iş üzrə Rəhbər

Son tarix 04 dek 2021 

Öhdəliklər:

  • 10-12 nəfərlik Hüquqşünaslar komandasına rəhbərlik etmək, fəaliyyətin təkmilləşdirməsinə dair təkliflər vermək;
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının (qətnamə, əmr, qərar və s.) icrasını təmin etmək və nəzarət etmək, qərarlar ilə əlaqədar olaraq vətəndaşların qəbulunu həyata keçirmək, 
  • Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq qanunla müəyyən olunmuş müddətdə və qanunvericiliklə nəzərdə tutulmuş bütün icra hərəkətlərinin (tədbirlərinin) həyata keçirilməsini təşkil etmək və təmin etmək;
  • İcra işinin təşkili və aparılması ilə bağlı işlənilən reyestr və proqramlarda müəyyən edilmiş qaydada lazımi qeydlərin edilməsini təşkil etmək, təmin etmək və nəzarət etmək;
  • İcra məmurunun məhkəməyə verilən müxtəlif təqdimatlarının Bankın maraqlarına uyğun təmin olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təşkil etmək;
  • Təminatlı işlərlə bağlı qiymətləndirmə və hərracların vaxtında keçirilməsi işini təşkil etmək və ona nəzarət etmək;
  • Qüvvədə olan qanunvericiliyə əsasən, Məhkəmə, İcra Şöbələri və Hərrac Mərkəzlərində bankı təmsil etmək və bankın mənafelərini müdafiə etmək;
  • Məhkəmələrlə iş üzrə daxil olan məktub, müraciət, şikayət, etiraz və digər sənədləri işçilər arasında bölüşdürmək, onlara baxılmasına, cavabların hazırlanmasına və digər müvafiq tədbirlərin görülməsinə nəzarət etmək;

Namizədlərə tələblər:

  • Ali hüquqi təhsil; 
  • Müvafiq sahədə ən azı 3 il peşəkar təcrübə;
  • Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
  • MS Office proqramlarından istifadə etmə bacarığı; 
  • Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti, Rus dilini bilinlərə üstünlük veriləcəkdir;
  • Professional etika və müsbət şəxsi keyfiyyətlər;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti.

Əmək haqqı: 3000—5000 AZN

AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adını (“Litigation Manager”) qeyd etməklə göndərə ([email protected]) bilərlər.

VAKANSİYA 2

AZEA Group

Təchizat meneceri

Son tarix 04 dek 2021 

Əmək haqqı: 600 – 700 AZN (net);
İş qrafiki :Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

Tələblər:

  • Ali təhsil (maliyyə, logistika üzrə ixtisasa üstünlük verilir);
  • Azərbaycan dilini (şifahi və yazılı) əla bilmək. İngilis və rus dillərini bilmək əlavə üstünlükdür;
  • Satinalma sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi;
  • Kompüter biliyi: MS Office (Word, Excel);
  • Məsuliyyətlilik, qərar vermə və problem operativ həll etmək, təçhizatı planlaşdırmaq və təşkil etmək bacarığı;
  • Satınalma sənədlərinin hazırlanması təcrübəsi olmalı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı olmalı;
  • Təchizat zəncirinin idarə olunması, satınalma prossesləri, habelə onların ümumi prinsiplərinə dair bilikləri olmalı.

Vəzifə öhdəlikləri:

  • Açılmış sifariş formalarının təhlili;
  • Alınan malların keyfiyyətinə nəzarət;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti şöbələrə sifarişlər verilməsini təmin etmək;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Bütün satınalma işləri və təchizat üzrə sifarişlərin idarə və təmin edilməsi;
  • Sifarişlərə uyğun olaraq mal və xidmətlərin təchizatını həyata keçirmək;
  • Sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
  • Sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla, habelə onlarla müqavilələri imzalamaq üçün danışıqlar aparmaq;
  • Alış sifarişlərində, müqavilələrdə düzəlişlər etmək;
  • Müqavilələri imzalamaqdan əvvəl müvafiq şöbələrlə birgə müqavilələri hazırlayaraq razılaşdırmaq;
  • Gündəlik sənədləşmə işlərini həyata keçirilməsini təmin etmək;
  • Məhsullar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq;
  • Satın-alınan məhsulun hərəkətinin və sənədləşdirilməsini izləmək və təşkil etmək.

Peşəkar və şəxsi keyfiyyətlər:

  • Analitik və deduktiv düşünmə qabiliyyəti;
  • Bazarı təhlil etmək bacarığı;
  • Stressə davamlılıq;
  • Detallara olduqca diqqətli;
  • İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
  • Dəqiqlik, kommunikasiya və komandada işləmək bacarığı;
  • İşgüzar danışıqları aparmaq və təchizatçılar arasında düzgün seçim etmək bacarığı;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, biznes ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Qiymət metodları və strategiyaları haqqında biliklərə sahib olmalı;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti.

[email protected]

VAKANSİYA 3

LV Caspian Ltd – 800-1000 MANAT

Logistics Coordinator (Road & Multimodal)

Son tarix 01 dek 2021 

Job type : Full Time

Location: Baku, Azerbaijan

Roles and Responsibilities:

  • investigating and planning the most appropriate route for a shipment, taking into account the nature of goods, cost, transit time and security;
  • arranging appropriate packing, taking into account the climate, terrain, weight, cost and nature of goods and also the delivery and warehousing of goods at their final destination;
  • negotiating contracts, transportation and handling costs, preparing sales quotations. 
  • obtaining, checking and preparing documentation to meet customs and insurance requirements, packing specifications, and compliance with other countries’ regulations and fiscal regimes;
  • offering consolidation services by sea and road, ensuring cost-effective and secure solutions to small shippers who have insufficient cargo to require their own dedicated units;
  • arranging insurance and assisting the client in the event of a claim;
  • acting as broker in customs matters worldwide to guide the freight efficiently through complex procedures;
  • maintaining communication and control through all phases of the journey, including the production of management reports and statistical and unit-cost analysis, updating company’s ERP system;
  • maintaining current knowledge of relevant legislation, political situations and other factors that could affect the movement of freight.

Qualifications:

  • University degree in Economics, International Trade, or International Economic Affairs
  • Proficient knowledge of MS Office (Word and Excel) and ability to work with ERP systems
  • Advanced knowledge of spoken and written English, Azerbaijan, Turkish, and Russian
  • Strong ability to work in a calm manner whilst under pressure both individually and in the team
  • 2 years of experience in Freight Forwarding handling Road and Multimodal (Containerized) shipments
  • Good telephone manner, negotiation and communication skills.

Working Conditions:

  • Office environment
  • 8-hour working day (09:00 – 18:00), Monday to Friday
  • Lunch break: 12:00 – 13:00 or 13:00 – 14:00
  • Being “on call” out of office ours is important

Remuneration:

800.00 – 1,000.00 AZN net per month depending on qualifications and experience. 

How to apply:

Please add your name and surname, when you send your CV.

Also, please indicate your name and surname as file name, instead of writing CV. 

Please, indicate “Logistics Coordinator (Road & Multimodal)” in the subject line of the email.

VAKANSİYA 4

Zeytun Pharmaceuticals

Auditor

Son tarix 04 dek 2021 

Tələblər:

  • Ali iqtisadi təhsil
  • 3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Əczaçılıq sahəsində olması üstünlükdür)
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı 
  • 1C proqram üzrə bilikləri (arzuolunandı)
  • Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
  • Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra  kassa məxaric qəbzlərinin təsdiq edilməsi
  • İadə olunan malların razılaşdırılmış  əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və 1C proqramı üzrə təsdiq edilməsi
  • Apteklər üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və 1C proqramında qeydiyyatının yoxlanılması
  • 1C proqramında  qeydiyyata alınmış  məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
  • Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
  • Anbarda mövcud olan məhsulların seriya nömrələri, adları üzrə uyğunsuzluqlarının 1C proqramında müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
  • Referent siyahıya daxil edilmiş məhsul qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
  • Apteklər üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak və müvafiq olaraq hesabat hazırlanması
  • Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

İş şəraiti:

  • İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi sığorta ilə təmin olunma;
  • 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1200-1500 AZN.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz ([email protected]) vakansiyanın adını qeyd edəsiniz.

VAKANSİYA 5

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Mühasib

Son tarix 04 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Qısa Gömrük Bəyənnaməsinin ödənişinin icrası
  • YGB üzrə ödənişin icrası
  • Əməkhaqqıdan tutulmaların müəyyən olunması
  • Rəsmi əməkhaqqının hesablanması
  • Online kargüzarlıq vasitəsilə gəlmiş məktublara nəzarət olunması və cavablandırılması
  • Sənədlərin (borc, xərc, gəlir, ödəmələr və s.) 1C bazasına işlənməsi (icarə, kirayə, internet, rabitə və s. bənzər xidmətlər də daxil olmaqla)
  • Rüblük və aylıq statistika hesabatlarının təqdim olunması
  • ƏDV əvəzləşməsi ilə bağlı əməliyyatlar
  • Tender iştirak haqqının ödənilməsi
  • Kreditor borclara nəzarət olunması, ödənişlərin postuplenielər və ya müqavilələrə düzgün bağlanılmasına nəzarət olunması
  • Gələn E-Qaimələrin aylıq təkrar yoxlanılması
  • Göndərilmiş E-Qaimələrin 1C əsas bazası ilə uyğunluğunun yoxlanılması
  • ƏDV hesabatının hazırlanması
  • Vahid bəyannamənin təqdim olunması
  • ÖMV hesabatın təqdim olunması

Namizədə dair tələblər:

  • Ali Təhsil (Maliyyə və Mühasibat Uçotu)
  • Mövcud sahədə 3 il iş təcrübəsi ( konsaltinq, istehsalat şirkətlərində çalışanlara üstünlük veriləcək)
  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
  • Microsoft Office proqramlarını, 1C 8.3, əsasən də Excel proqramını əla səviyyədə bilmək
  • Azərbaycanin Əmək məcəlləsinin ,Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İş şərtləri:

  •  Rəsmi qeydiyyat
  • İş saatları (həftənin 5 günü saat 08:30-dan 17:30-dək)
  • Ünvan: Nərimanov rəy., Çinar Park BM, Ə.Rəcəbli küç.
  • Ə/h: 1000-1500 azn (müsahibə nəticəsi əsasında müəyyənləşdirilir)

Maraqlanan şəxslər öz CV-lərini mövzu yerində “Mühasib” qeyd etməklə göndərə bilərlər ([email protected]).

VAKANSİYA 6

EuroDoor

Mühasib

Son tarix 04 dek 2021 

Əsas tələblər:

  • Cins- Qadın 
  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı ( mütləqdir )
  • Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;( mütləqdir )
  • Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
  • Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
  • Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;
  • A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • İş günü- həftənin 6 günü
  • İş saatı- 09:00-18:00

Vəzifələr:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
  • Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
  • Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
  • Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;

Əmək haqqı 500-700

Xahiş olunur həftənin 6-cı günü işləməyi qəbul edən şəxslər CV göndərsinlər.

VAKANSİYA 7

Prior Leasing

İnsan Resurslarının inkişafı və təlim üzrə mütəxəssis

Son tarix 01 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Əməkdaşların təlim və tədiris ilə bağlı prosesləri idarə etmək
  • Performansın qiymətləndirilməsi prossesinin həyata keçirilməsi;
  • Əməkdaşların inkişafı proqramlarının hazırlanması və koordinasiyası;
  • Vəzifə təlimatlarının tərtibi və yenilənməsi;
  • İnsan Resursları üzrə prosedur, qayda və standartların inkişaf etdirilməsi;
  • İnsan resurslarının inkişafı üçün təkliflərin hazırlanması.
  • Şirkət daxili tətbiq olunan təcrübə proqramlarını təşkil və idarə etmək
  • Əməkdaşların karyera inkişafı üzrə prosesi idarə etmək
  • İnsan resurslarına dair digər proseslərdə iştirak etmək

Namizədə dair tələblər:

  • Ali təhsil
  • SHRM və ya CİPD sertifikatlarına malik olan namizədlərə üstünlük veriləcək
  • Mövcud sahədə – 5 il təcrübəsi
  • İnsan Resursları üzrə təlimlər və sertifikatlar
  • Azərbaycan, Rus və İngilis dillərini -əla səviyyədə bilmək

İş şərtləri:

Ünvan: Bakı, Çinar Park Biznes mərkəzi

İş vaxtı: 5/7,  09:30-17:30

Maraqlanan namizədlər mövzu yerində “İR inkişafı üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər. 

VAKANSİYA 8

Kredit Evi QSC

Kredit işçisi

Son tarix 01 dek 2021 

(Bakı, Sumqayıt, Bərdə, Yevlax, Salyan, Ağdaş, Cəlilabad, Biləsuvar,Neftçala,İmişli,Gəncə,Şirvan,Beyləqan,Ağcabədi,Lənkəran,İsmayıllı,Kürdəmir, Ağsu,Mingəçevir,Sabirabad,Tovuz,Masallı, Astara filialları)

Vəzifə öhdəlikləri:

  • Aidiyyatı coğrafi ərazidə potensial müştəri cəlbi;
  • Kreditlərin rəsmiləşdirilməsi prosesini icra etmək;
  • Əmək funksiyalarından irəli gələn digər vəzifələrin yerinə yetirilməsi;

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait;

Əgər peşəkar “Kredit  Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli CV-lərinizi (şəkilli CV mütləqdir) göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Kredit işçisi” -İşləmək istədiyiniz rayon).

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

VAKANSİYA 9

Caspel

Tender üzrə mütəxəssis

Son tarix 01 dek 2021 

Struktur hissəsi: Satış şöbəsi
Birbaşa tabeçilik:  Satış şöbəsinin müdiri
Funksional tabeçilik: Kommersiya departamentinin direktoru

Məsuliyyət və vəzifələr:

  • Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
  • Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Caməiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi
  • Tender üzrə tələb olunan sənədlərin operativ şəkildə hazırlanması
  • Tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması
  • Tender prosesi zamanı şirkətin təmsil olunması
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Müştəri bazasının genişləndirilməsi
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
  • Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır;
  • Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır;
  • Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
  • Malların müştəriyə çatdırılmasını təmin edir;
  • Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
  • Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
  • Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
  • Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
  • Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir;
  • Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
  • Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
  • Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.

Tələblər:

  • Ali təhsili olmalı
  • Satış və tender sahəsində təcrübəli olmalı
  • Rus və ingilis dillərini bilməli
  • Tender işləri üzrə ən azı 1 ildən-3 ilədək təcrübəsi olmalı
  • Kompüter biliklərinə sahib olan
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır
  • Kollektivdə işləmə bacarığı olmalı

Fərdi keyfiyyətlər:    

  • Təşkilatçılıq bacarığı
  • Geniş dünya görüşü və ələqələndirmə bacarığı
  • Məsuliyyət hissi
  • Diqqətlilik

Məşğulluq: Tam

VAKANSİYA 10

OBA marketlər şəbəkəsi

Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis

Son tarix 01 dek 2021 

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (Marketinq, İctimaiyyətlə əlaqələr, Reklam və ya Jurnalistika üzrə arzuolunandır)
  • Azərbaycan dili qrammatikası mükəmməl səviyyədə
  • Kompüter bilikləri: MS Office (əlavə olaraq dizayn proqramlarını bilməsi arzuolunandır)
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
  • Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;

Vəzifə öhdəlikləri:

  • Şirkətin ictimai əlaqə strategiyaları, şöbənin plan və proqramlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, təklif və təşəbbüslərlə çıxış etmək;
  • PR kampaniyalarına dair təkliflər vermək, keçirilən kampaniyaların nəticələrini təhlil etmək;
  • Press-relizlər, məqalələr, reklam mətnləri yazmaq;
  • İctimaiyyətlə əlaqələr şöbəsinin faəliyyətinin sosial şəbəkələrdə işıqlandırılması üçün sosial media mütəxəssisləri ilə qarşılıqlı şəkildə çalışmaq;
  • Şirkətin KİV-də və sosial mediadakı paylaşımlarına, eləcə də korporativ sayt və nəşrlərindəki mətnlərinə nəzarət etmək, mütəmadi media monitorinqi aparıb hesabatlar hazırlamaq;
  • Media siyahılarını və əlaqə məlumatlarını sistemli şəkildə mütəmadi olaraq yeniləmək;
  • Rəqiblərin və analoji qurumların fəaliyyətini araşdırmaq və izləmək;
  • Şirkətin və şöbənin fəaliyyəti ilə bağlı müvafiq məlumatların (mediada xəbər və açıqlamalar, sosial şəbəkə paylaşımları, foto, video, audio və s.) izlənməsi və arxivləşdirilməsini təmin etmək;
  • Şirkətin rəhbər şəxsləri və nümayəndələrinin mətbuat konfransı və brifinqlərinin keçirilməsini təşkil etmək;

Əlavə təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri və ya formu (https://hr.oba.az/vakansiyalar/xarici-kommunikasiyalar-uzre-mutexessis) doldurmaları xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 11

BnB Security Alliance

Senior Sales Manager

Son tarix 01 dek 2021 

Sales Manager and a Senior Sales Manager with experience in Cyber Security Solution Sales to Public and Finance Sectors.

The successful candidate would assume the role of Account Manager who will be responsible for representing BnB Security Alliance across multiple lines of businesses and selling BnB Security Alliance’s cyber security product and services portfolio to key customers. Primary responsibilities will include: selling, prospecting, business development, proposal crafting, forecasting, negotiating, customer presentations, building reference accounts, and other sales and account management activities. A key requirement for success is the ability to work in a cross-functional environment and represent the business throughout all levels internally and in to the market.

Responsibilities:

  • Achieving sales goals,
  • Building and executing the sales strategy to develop and manage sales pipelines and revenue,
  • Providing end-to-end sales experience,
  • Developing, recommending and implementing a comprehensive sales plan for assigned accounts in agreement with sales management,
  • Providing accurate and predictable forecast and pipeline information,
  • Building strong relationships with customers and partners,
  • Organizing and leading customer engagements, qualify opportunities, manage proposals, responding to RFx and formal customer presentations.

Scope:

  • Developing, growing and maintaining accounts within Baku / Azerbaijan,
  • Selling and marketing the solutions of BnB Security Alliance including, leading Vendors Products, Cyber Security Services, Consultancies, Cyber Security Tests, SOC Services, BARIKAT’s R&D products, etc,
  • Being the face of BnB Security Alliance in front of customers, being able to orchestrate internal teams and areas of the portfolio to propose the most complete solution offer to customers,
  • Leading and participating in account planning,
  • Facilitating knowledge transfer to customers and partners,
  • Developing and maintaining a sales strategy and product sales plans to address the designated industry sector or territory,
  • Generating and following up on leads and qualifying and prioritizing opportunities.

Essential skills:

  • At least 3 years of experience for Sales Manager, 8 years of experience for Senior Sales Manager in a sales role with proven track record of success in a sales driven organisation,
  • A good understanding of the cyber security infrastructure dynamics (hardware, software, consultancies) and market trends,
  • Experience in selling cyber security technologies is a strong preference,
  • Knowledge of procurement processes and contracts is highly desired,
  • Excellent oral, written, and presentation skills in Azerbaijani and preferably English and Russian.
  • Experience in developing and driving business opportunities at the highest level,

VAKANSİYA 12

Retail Group Azerbaijan

Store Manager

Son tarix 01 dek 2021 

 (KIKO MILANO Azerbaijan)

Workplace:   Deniz Mall

Work schedule: 6-days 40 hours a week

Prefer: Women

Reports to: Brand Manager, HR Manager

Responsibilities:

Assisting department and assistant department managers to:

  • Organize daily resources and priorities of the store
  • Guarantee that the merchandise and store image meet corporate criteria
  • Monitor the department’s sales and daily staff organization
  • Assure the quality of customer service within the section and lead the team for the best customer satisfaction experience
  • Resolves customer service issues and follows up with corresponding corporate department

Requirements:

  • Minimum 5 year of experience at cosmetic section
  • Strong analysis, prioritization and organizational skills
  • Ability to work well under pressure and delegate tasks
  • Articulate with excellent communication skills
  • Energetic and enthusiastic
  • Good interpersonal skills
  • Strong initiative and self-motivation
  • Strong negotiation and conflict management skills
  • Open/flexible to work varied hours including nights, weekends and/or holidays
  • Ability to maintain professional standards of personal presentation, in order to present the image of the brand

Benefit package:

  • High salary
  • Bonus from sales
  • Annual vacation as per Azerbaijan Labour code
  • Positive work environment

If you think you are compatible with the requirements and looking for a career in one of the world’s leading retail company, come join us now!

If you trust yourself and your capability, please, send your CVs with photo by subject  “Store Manager for KIKO MILANO AZERBAIJAN “.

VAKANSİYA 13

Caspel

Mühasib

Son tarix 01 dek 2021 

Struktur hissəsi: Mühasibatlıq
Birbaşa tabeçilik: Baş mühasib 
Funksional tabeçilik: Maliyyə departamentinin direktoru

Məsuliyyət və vəzifələr:

  • Mühasibat hesabının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
  •  Cəmiyyət üzrə  kreditorlarların uçotunun  aparır;
  • Cəmiyyət üzrə  debitorların  uçotunun aparır;
  • Cəmiyyətin  əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunun aparır;
  • Aylıq  əmək  haqqının hesablayır;
  • Əmək haqqı ilə bağlı ayırmaların hesablayıb, təyinat üzrə ödəyir;
  • Bank sənədlərinin tərtib edir;
  • Kassa  uçotuna  nəzarət edir;
  • Müvafiq müxabirləşmələrin  verir;
  • Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir;

Tələblər:

  • Ali təhsil
  • Mühasibat proqramlarını  (1C)  bilmək və  kompüterdə işləmək bacarığı
  • Qeyd olunan peşədə azı 2 il əmək stajı

Fərdi keyfiyyətlər: 

  • Məsuliyyətlilik
  • Diqqətlilik
  • Səliqəlilik

Məşğulluq: Tam

VAKANSİYA 14

AVICOM LLC

Vendor menecer

 Son tarix 01 dek 2021

Tələblər:

  • Ali və orta təhsil;
  • Rus və İngilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Ümumi İT (veb portallar, CRM, ERP və s.) bliklər;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəs;
  • Satınalma sənədlərini hazırlama üzrə bacarıqlar;
  • Punktualıq, öhtəlikləri vaxtlı vaxtında icra etmə.

Vəzifə öhdəlikləri:

  • Şirkətin təsdiq etdiyi istehsalçılarla uzunmüddətli əlaqələrin inkişaf etdirilməsi;
  • Vendorlar və daxili əməkdaşlarla bütün satıcı idarəetmə proseslərini əlaqələndirmək;
  • Vendorlara dair tendensiyalarını (kanpanyalar, endirimlər və digər yeniliklərin) davamlı olaraq izlənilməsi; 
  • Yeni istesalçılarla işgüzar əlaqələrin qurulması;
  • Qarşılıqlı görüşlərin, təqdimatların hazırlanması və təşkil edilməsi;
  • Sifarişlərin planlanması və qiymətlərin analizi;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Məxfilik qaydalarına riayət etmək;
  • Daimi yeniliklərə açıq, örgənməyə hazır olması mütləqdir.

İş yerinə dair üstünlüklər (benefits):

  • Korporativ (könüllü) tibbi sığorta
  • Performansa dayanıq ekstra ödənişlər
  • Şəxsi inkişaf imkanları

İş şərtləri:

  • iş rejimi – həftədə 5 günlükdür
  • iş saatları – 09:00-18:00
  • 1 saatlıq nahar fasiləsi

Namizədlər e-maıl”ın mövzu hissəsində “Vendor menecer” yazmaqla öz CV-ni göndərə bilərlər.

VAKANSİYA 15

AZINTELECOM

Satış üzrə mühəndis

Son tarix 01 dek 2021 

Departament: Kommersiya/Satış şöbəsi

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilər üçün bulud xidmətləri biznesinin inkişafında, satışdan əvvəl və sonra xidmətlərin göstərilməsində Kommersiya Departamentinin heyətinə  yardım etmək;
  • Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış mütəxəssisləri ilə sıx işləmək;
  • Bulud həllərinə başlamaq və genişləndirməkdə satış mütəxəssisləri ilə sıx işləmək;
  • Təkliflər və Məlumat Sorğularına cavab vermək;
  • Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək;
  • Satışdan öncə və satışdan sonra dəstək göstərilməsi tələb olunduğu zaman, Texniki dəstək heyəti ilə işləmək;
  • Tələb olunduğu təqdirdə, problemləri rəhbərliyin nəzərinə çatdırmaq;
  • Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s;
  • Texniki məhsula dair prezentasiya və təqdimatlar hazırlamaq;
  • Müştərinin Cloud idarəetməsinə aid kommersiya sorğuların (kvota, qeydiyyat, hesabat) həll olunması;
  • Xidmətlərə aid mütəmadi olaraq hesabatların hazırlanması

Tələb olunan bilik və bacarıqlar:

  • İnformatika, Kompüter mühəndisliyi  və ya müvafiq sahə üzrə bakalavr təhsili 
  • Ümumi təyinatlı bulud platformalarının ən azından birində arxitektur həllərin işlənib hazırlanması üzrə 1-3 il təcrübə
  • İnfrastruktur arxitekturası, veb-həllər arxitekturası, data arxitekturası, inteqrasiya arxitekturası, VMware, Open Stack sahələrindən ən azı biri üzrə təcrübə
  • Microsoft Office proqramları üzrə biliklər
  • Microsoft Project kimi proqramlarda biliyi olanlara üstünlük verilir
  • Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.

VAKANSİYA 16

Alfa Audit LLC

Accounting Tax Intern

Son tarix 01 dek 2021 

As an intern you will be involved in providing technical and professional expertise in the administration of accounting services.

You will carry out the following tasks under supervision of experienced accounting professionals:

  • Shadow members of the Accounting as they perform their duties
  • Contribute to monthly, quarterly and yearly closing operations
  • Reconciliation of accounts and balancing of ledgers
  • Assist with research, filing, data entry, and recording, maintaining accurate and complete financial records
  • Work with bookkeeping software (1C)
  • Handle sensitive information with honesty and integrity

Requirements:

  • You are currently a recent graduate/will graduate in 2022 with Bachelor’s/Master’s in Accountancy
  • Aptitude for math, proficiency with computers
  • Good interpersonal communication skills
  • Strong interest in accounting
  • Motivation and strong desire to take on new challenges and learn as much as possible
  • Intermediate level of English and good knowledge of Russian
  • Sound knowledge of MS Office applications

What we offer:

  • a professional working environment where personal development and growth are encouraged
  • opportunities for learning,
  • training and career development opportunities
  • permanent position for selected candidates after internship term

Interested candidates are requested to send their updated resumes.

VAKANSİYA 17

Caspel

Satış üzrə Mütəxəssis

Son tarix 01 dek 2021 

Struktur hissəsi: Satış Şöbəsi
Birbaşa tabeçilik:  Satış Şöbəsinin Müdiri
Funksional tabeçilik: Kommersiya Departamentinin Direktoru

Məsuliyyət və vəzifələr:

  • Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
  • Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Camiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
  • Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır;
  • Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır;
  • Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
  • Malların müştəriyə çatdırılmasını təmin edir;
  • Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
  • Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
  • Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
  • Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
  • Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir;
  • Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
  • Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
  • Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.

Tələblər:

  • Ali texniki və ya iqtisadi təhsil
  • Azərbaycan, rus, ingilis dillərini tələb olunan səviyyədə bilmək
  • Kompyüterlə işləmək bacarığı
  • 1 il əmək stajı

Fərdi keyfiyyətlər:

  • Təşkilatçılıq bacarığı
  • Geniş dünya görüşü və ələqələndirmə bacarığı
  • Məsuliyyət hissi
  • Diqqətlilik

Məşğulluq: Tam

VAKANSİYA 18

AZINTELECOM

Bazar araşdırması üzrə mütəxəssis

Son tarix 01 dek 2021 

Departament: Kommersiya

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş marketinq tədqiqatı layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi;
  • Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması;
  • Tədqiqat tapıntılarını təsvir edən qrafiklər və onları izah edən yazılı mətnlə nəticələrin təhlil edilib ümumiləşdirilməsi və nəticələrlə bağlı tövsiyələr verilməsi;
  • Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi;
  • Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi;
  • Tədqiqat yolu ilə potensial yeni məhsul və ya bazarların müəyyən edilməsi;
  • Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi;
  • Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi;
  • Verilmiş digər əlaqəli vəzifələrin yerinə yetirilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Marketinq, statistika, riyaziyyat və ya müvafiq sahədə bakalavr təhsili (MBA təhsilinə üstünlük verilir)
  • Statistikada nümunələri qeyd etmək bacarığı
  • Microsoft Office proqramları üzrə biliklər
  • Microsoft Power BI/Tableau üzrə biliklər
  • SQL üzrə ilkin biliklər
  • Python və ya R proqramlaşdırma dilləri üzrə ilkin biliklər
  • Detallara  güclü diqqət və güclü analitik düşüncə
  • Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi (arzuolunan)
  • Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.

fed.az