Türkiyədə rus balıqçıları üçün trauler inşa edilib

51

“Georgi Meşeryakov” trauleri Türkiyənin “Tərsan” gəmiqayırma zavodunda iki ilə tikilib. “Okeanbalıqdonanma” şirkəti üçün inşa edilmiş gəmi noyabrın 14-də Yalova limanını tərk edərək qeydiyyat limanına doğru istiqamət götürüb.

Seanews.az”-ın məlumatına görə, gəmi Mərmərə, Egey, Aralıq dənizləri vasitəsilə Kamçatkaya və daha sonra Hind okeanını keçərək yeni sahillərə qədər uzun bir yolu qət edəcək.

Balıqçılar deyirlər ki, türklərin onlar üçün inşa etdikləri yeni gəmi bu vaxta kimi üzdükləri sovet gəmilərindən köklü şəkildə fərqlənir, o, tamamilə kompyuterləşib və dövrün tələblərinə tam cavab verir. Monitorlarda hərəkət haqqında bütün məlumatlar – ətrafdakı gəmilər, dərinliklər, suyun temperaturu, sürət… var.

Təsadüfi deyil ki, gəmini Kamçatkada böyük səbirsizliklə gözləyirlər, ucqar yarımadada bu sinifdən olan gəmilər o qədər də tez-tez görünmür.

İnşa limanından qeydiyyat limanına keçid zamanı gəmidə heyət 56 nəfərdə ibarət olacaq. Kamçatka heyətindən başqa Türkiyənin gəmiqayırma zavodunun mütəxəssisləri: baş mexanik və elektrik mexaniki də hazırda gəminin göyərtəsindədirlər. Onlar təyinat yerinədək mexanizmlərin rəvan işləməsinə nəzarət edəcəklər. Bu, onlar üçün də yeni layihədir və xırda qüsurlar istisna edilmir. Belə qüsurlar aşkarlansa, “Tərsan” zavodunda bu seriyadan ikinci traulerin – “Vladimir Biryukov” gəmisinin tikintisində mütləq nəzərə alınacaq.

Noyabrın 15-də axşam bir tanker yanacaq doldurmaq üçün gəmiyə yaxınlaşıb. Səhər saatlarında gəmi Egey dənizində Çanaqqala boğazından keçərək yoluna davam edib. Noyabrın 18-nə keçən gecə trauler Aralıq dənizinə daxil olub.

Gəminin maksimal sürəti 16 düyündür, lakin kapitan-direktor Aleksandr Bevzik göstərilən vaxt ərzində Süveyş kanalından keçən beynəlxalq gəmi karvanına qoşulmaq üçün optimal sürəti seçib. Başqa sözlə, “Georgi Meşeryakov” gəmisində hər şey plan üzrə gedir.