Konteynerdaşıyan gəminin göyərtəsində faciə baş verib

357

Vyetnamdan Koreyanın  Pxyontxek limanına keçidi zamanı konteynerdaşıyan gəminin göyərtəsində faciə baş verib.

“Seanews.az”,  “seafarersjournal.com”-a istinadən xəbər verir ki, 24 yaşlı vyetnamlı dənizçi kayutunda bir neçə stəkan viski qəbul etdikdən sonra kapitan körpüsünə daxil olub və kapitanı bir neçə dəfə vurub. 44 yaşlı Çin vətəndaşı  hadisə yerindəcə dünyasını dəyişib.

Gəmidə 17 vyetnamlı və 2 çinli olmaqla ümumilikdə 19 heyət üzvü  çalışıb.

Ertəsi gün səhər konteyner gəmisi Pxyontxek  limanına çatıb və təqsirli bilinən dənizçi həbs olunub.

Dənizçi  ilkin ifadəsində heyətin başçısını guya “onun həyatını dözülməz hala gətirdiyi üçün” vurduğunu bildirib.

Faciə Panama bayrağı altında üzən “PADIAN 3” konteyner gəmisinin göyərtəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.