Baltik dənizində gəmi qəzasından sonra yanacaq sızıntısı baş verib

367

Baltik dənizində ötən gecə iki yük gəmisinin toqquşması nəticəsində çevrilən Danimarkaya məxsus gəmidən dənizə yanacaq sızıntısı baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, həmin gəmi limana gətiriləcək.

Hadisə nəticəsində dənizə düşən 2 nəfərin itkin düşdüyü bildirilir. Onların axtarışına 8 kater və 1 helikopter cəlb edilib.

10:46

Baltik dənizində, İsveç sahilləri yaxınlığında ötən gecə Böyük Britaniya və Danimarkaya məxsus iki yük gəmisi toqquşub.

“Report” İsveç KİV-nə istinadən xəbər verir ki, İsveçin İstad və Danimarkanın Bornxolm limanları arasında baş verən hadisə zamanı gəmilərdən biri batıb. Hadisə nəticəsində 2 nəfərin suya düşdüyü bildirilir.

İsveç Dənizçilik Administrasiyasından bildirilib ki, batan gəmidə neçə insanın olduğu hələlik bilinmir. Hadisə yerində axtarış xilasetmə işləri aparılır.