Yeni sifarişlər “Costamare Inc.” şirkətinin donanmasındakı gəmilərin sayını 123-ə çatdıracaq

432

“Costamare Inc.” 8 konteynerdaşıyan gəminin tikintisini sifariş edib. Sifarişlər  dörd ədəd 13 min TEU və dörd ədəd 15 min TEU tutumlu gəmilərin tikintisini nəzərdə tutur.

“Seanews.az” xəbər verir ki, gəmilərin dəqiq harada inşa ediləcəyini açıqlamayan “Costamare Inc.” yalnız iki konteyner gəmisinin tikintisi üçün Asiya gəmiqayırma zavodu ilə müqavilələrin bağlandığını qeyd edib.

Bağlanmış müqavilələrə görə, gəmilər 2023-cü ilin 3-cü rübündən başlayaraq 2024-cü ilin 1-ci rübünə qədər təhvil verilməlidir.

Konteyner gəmiləri sifarişçiyə təhvil verildikdən sonra onlar taym-çarter müqavilələri əsasında qabaqcıl konteyner daşıyıcılarına təhvil veriləcək. Konteyner gəmilərinin tikintisi borc və şirkətin öz vəsaiti hesabına maliyyələşdiriləcək.

Həmçinin “Costamare Inc.” 7 işlənmiş yük gəmisinin alındığını bildirib. Qeyd olunur ki, quru yük gəmilərinin çatdırılması iki ayda – 2021-ci ilin dekabrından 2022-ci ilin yanvarınadək həyata keçiriləcək.

2 yeni gəminin tikintisi  və 7 gəminin alınması ilə bağlı müqavilələr nəzərə alınmaqla, “Costamare Inc.”  şirkətinin donanması ümumi tutumu 586 min TEU olan 79 konteynerdaşıyan gəmidən və ümumi gücü təxminən 2,379 milyon ton olan  44 teploxoddan ibarət  olacaq.