Çində idxalın və ixracın həcmi artıb

357

Noyabrda Çində idxal illik əsasda 31.7% artıb.

APA-nın xəbərinə görə, bu məlumat Çin Gömrük Xidmətinin son statistikasında yer alır.

Ekspertlər artımı daxili tələbatın yüksək olması ilə izah edirlər.

İxracın həcmi də proqnozu üstələyib. Ekspertlər cəmi 18% artım gözlədiyi halda, göstərici 22% olub. Oktyabr ayı ilə müqayisədə isə artım deyil, geriləmə baş verib. Belə ki, oktyabrda ixracda artım 27%-i keçmişdi.

İxracın artımına səbəb Qərb ölkələrində gündəlik istehlak məhsullarına və Yeni il ləvazimatlarına tələbatın artmasıdır. Artıq bu məhsulların kütləvi sifarişi dövrü başa çatdığı üçün dekabrda ixracın azalması gözlənilir.

Ümumi olaraq, pandemiya dövründə Çinin ixracının artmasının başlıca səbəbi dünyada tibbi ləvazimata və kompüterə tələbatın artmasıdır. Sərt karantin dövründə evdən iş rejimi tətbiq edilən ölkələrdə İKT məhsullarına tələbat rekord həddə artıb. İndi isə, Qərb ölkələrində əksər müəssisələr adi iş rejimini bərpa etdiyi üçün bu məhsullara tələbat azalıb.