Wood Italiana Baş Elektrik Mühəndisi axtarır

402
  • PMC elektrik sahəsi ilə bağlı mühəndis texniki işləri idarə etmək, nəzarət, əlaqələndirmə və bu işlərə görə cavabdehlik daşımaq.
  • Aidiyyatı fəaliyyətlərlə bağlı qüvvədə olan qanun və normativ aktların təhlili və həyata keçirilməsi. 
  • PMC layihəsinə təyin olunan sahə mütəxəssisi olaraq fəaliyyət göstərmək. 
  • Yüksək və aşağı gərginlikli elektrik keçiricilər, kabellər, transformatorlar, UPS sistemləri, elektrik qızdırıcıları, işıqlandırma, torpaqdan elektrik götürmə avadanlıqları, ildırımdan qoruma sistemləri, katod mühafizə avadanlıqları, eləcə də digər elektrik avadanlıq və materiallarının yoxlanması və bu barədə rəy bildirmək. 
  • Subpodrat xidməti üçün müraciətlərin hazırlanmasında nəzarət və göstərişlər vermək. Tədarükçülərin göndərdiyi qiymətləndirmə və texniki qiymətləndirmə və ya tender sənədlərinin yoxlanması və təhlili. 
  • Sistemlərin öyrənilməsi və avadanlıqların texniki şərtləri (çatışmazlıqlar, gərginlik profili, yükləmə və kabel ölçülməsi) hesablamalarının təhlili və rəy bildirmək. 
  • İş gedişinin qiymətləndirilməsi və bununla əlaqədar hesabatların hazırlanmasına dəstək. 
  • Layihə üçün EPC Podratçısı və digər mühəndis qurumların verdiyi cizgi və sənədlərin yoxlanması və təhlili. 
  • PMC işləri üçün lazım olan texniki araşdırmaların aparılması, texniki və digər mühəndis sənədləşmələrinin hazırlanması. 
  • Podratçının layihə ilə bağlı sənədləri və vendorların cizgiləri barədə rəylər vermək. 
  • Layihə sənədləri, o cümlədən prosedurlar, təlimatlar, layihı-planlaşdırma üzrə rəhbərliklər, layihə barədə texniki şərtlər, layihənin gündəliyi və fəlsəfəsi və s. Yoxlanmasını təmin etmək. 
  • PMC işlərinin EPC Podratçısı və Sifarişçi ilə əlaqələndirmək. 
  • PMC layihəsi işçi qrupu ilə Sifarişçi və EPC Podratçıları arasında inteqrasiyanı təmin etmək. 
  • Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitlə bağlı ona həvalə olunan vəzifələrin icrası. 
  • Aidiyyatı işçi qrupun həyata keçirdiyi bütün işlərin texniki keyfiyyəti, texniki tərkibi və təhvil verilmə tarixinə görə cavabdehlik daşımaq. 
  • EPC Podratçısının Müqavilədə müəyyən edilən işlərin həcmini hazırlamasını yoxlamaq və buna rəhbərlik etmək. 
  • Sifarişçilərdən EPC Podratçılarına dair rəy və fikirlərin çatdırılması və məsələlərin həlli 
  • Sifarişçi ilə EPC Podratçılarının iclaslarında iştirak etmək. 
  • Layihə rəhbərliyinə texniki dəstək.   

Əlaqə üçün mail ünvanı Farida.Jabarli@woodplc.com

Source:http://caspianbarrel.org/