245 gəmi mayeləşdirilmiş təbii qazla işləyir

384

Növbəti dörd il ərzində mayeləşdirilmiş təbii qaz (LNG) bazarı genişlənəcək.

“Seanews.az” xəbər verir ki, dəniz yanacağı kimi mayeləşdirilmiş təbii qaz bazarı, “TotalEnergies”-in  təchizat şirkətinin törəmə şirkəti – “TotalEnergies Marine Fuels”-in proqnozuna görə, 2025-ci ilə qədər ildə 10 milyon tona çatacaq. Bu cür məlumatlar dəniz yanacağı bazarına dair hesabatda təqdim olunur.

2030-cu ilə qədər LNG-nin ümumi təchizat bazarının 10%-ni əhatə edəcəyi təxmin edilir.

“TotalEnergies Marine Fuels”, gəmiçiliyin dekarbonizasiyasına keçidi şərtləndirən əsas amilləri və keçidin vaxtını, eləcə də lazım olan investisiyaları nəzərdən keçirir.

Hazırda dünya sularında 245 gəmi LNG ilə işləyir. Bununla yanaşı, 26 LNG təchizat gəmisi fəaliyyət göstərir və 2024-cü ilin əvvəlinə dünya donanmasında belə gəmilərin sayı  43-ə çatdırılacaq.