Krit sahillərində saya oturan gəmi ikiyə bölünərək batıb

319

Anbarlarına metal yüklənmiş “Manassa Rose M” adlı gəmi Krit sahillərində saya oturduqdan sonra isə iki hissəyə bölünüb.

“Seanews.az” xəbər verir ki, Komor bayrağı altında üzən gəmidə hadisə zamanı 10 heyət üzvü olub. Sahil mühafizəsinin əməkdaşları, könüllü xilasedicilər və iki yük gəmisindəki həmkarları onları təxliyə etməyə kömək etdikdən sonra “Manassa Rose M” batıb.

İki dənizçinin xəstəxanaya aparıldığı bildirilir.

Quru yük gəmisi Türkiyədən Liviyaya gedirmiş. Son onilliklərdə bölgəni vuran ən pis qar fırtınalarından biri zamanı o, Kissamos körfəzinin girişində saya oturub.