“Sailors’ Society” dəniz xeyriyyə təşkilatı çıxılmaz vəziyyətlərdə olan dənizçilərə təcili maddi yardım göstərmək üçün fond təsis edib

346

“Sailors’ Society” dəniz xeyriyyə təşkilatı çətin vəziyyətdə olan dənizçilərə və onların ailələrinə təcili maddi yardım göstərmək üçün “Sea Change Fund.”-nu təsis edib.

“Seanews.az” “seafarersjournal.com”-a istinadən  xəbər verir ki, Fond müəyyən edilmiş meyarlara cavab verən yardım xahişlərini kiçik ödənişlərlə təmin edəcək.

Fondun icraçı direktoru Sarah Baadenin sözlərinə görə, koronavirus pandemiyasının ilk 18 ayında dənizçilərin yardıma ehtiyacı 850% artıb. Əvvəllər heç vaxt bu qədər yardım xahişi olmamışdı.

“Biz Fondu dənizçilərə və onların ailələrinə ilkin ehtiyaclar – qida, dərman, tibbi ödənişlər, təlim və ya kommunal xidmətlər üçün pula ehtiyac duyduqları hallarda tez kömək etmək üçün yaratdıq”, -deyə icraçı direktor əlavə edib.

Yeni fonddan maliyyə yardımı müraciət vasitəsilə həyata keçirilir.  https://www.sailors-society.org/grants vasitəsi ilə sorğu göndərmək və ya  – https://sailors-society.org/sea-change-fund vasitəsi ilə ianə etmək mümkündür.

“Son iki il dənizçilər üçün əsl sınaq oldu. İndi dəniz sənayesindəki əsas işçiləri dəstəkləmək vaxtıdır, çünki onlara böyük borcumuz var. Biz dənizçilərə güvəndiyimiz kimi, onlar da bizə güvənirlər”, – deyə təşkilatda vurğulayıblar.