“NYK” və “Knutsen Group” şirkətləri mayeləşdirilmiş karbon qazının daşınması və saxlanması üçün birgə müəssisə yaratmaq qərarına gəliblər. Hər biri “Knutsen NYK Carbon Carriers AS” (KNCC) adlandırılacaq birgə müəssisənin səhmlərinin 50%-nə sahib olacaq.
“Seanews.az” xəbər verir ki, tərəfdaşlar tərəfindən “Knutsen PCO2” texnologiyası ilə təchiz edilmiş və ətraf mühitin temperaturunda mayeləşdirilmiş karbon qazının daşınmasına imkan verən gəmilərin tikintisi və istismarı planlaşdırılır.
“NYK” və “Knutsen Group” yaxın gələcəkdə mayeləşdirilmiş karbon qazının daşınmasına tələbatın sürətlə artacağına ümid edirlər.