Pilotsuz konteyner gəmisinin sınaq səfəri uğurla başa çatıb

235

Yaponiyada pilotsuz konteyner gəmisinin sınaq səfəri uğurla başa çatıb.

“Seanews.az” xəbər verir ki,  pilotsuz konteynerdaşıyan sınaq səfərinə Tsuruqa limanından çıxıb və 270 kilometrlik eksperimental marşrutun sonunda Yaponiyanın Sakaiminato limanının körpüsünə yan alıb. Konteyner gəmisi iki liman arasında əvvəlcədən müəyyən edilmiş marşrutu gecə saatlarında keçib.

Pilotsuz gəminin sınaq səfəri investisiya və xeyriyyə fondu “Nippon Foundation” -un rəhbərliyi altında bir qrup Yaponiya şirkətinin dəstəyi ilə ilə baş tutub.

Gələcəkdə digər siniflərə aid pilotsuz gəmilərin də sınaq səfərləri təşkil olunacaq.