Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1000-1500-1800 manat – 17 VAKANSİYA

501

VAKANSİYA 1

ESA Limited MMC

Ofis meneceri

Son tarix 07 mar 2022 – office@batabat.baku.az

İşçiyə qoyulan tələblər:

  • Cinsi: Kişi
  • Yaş 21-30
  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Word; Microsoft Excel; 1C;Power Point ,Corel Drawer,
  • Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
  • Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;
  • Kiçik ölçülü sahələrin dizayn işlərinin tərtib olunması;
  • Müvafiq sahədə (inşaat malların satışı -qapılar,asma tavan,elektrik mallar,)
  • İş təcrübəsi 1-3 ilədək;

İş şərtləri:

  • Stabil iş
  • Əmək haqqı-700 AZN;
  • İş vaxtı: 6 günlük iş həftəsi; iş saatleri 10-00 – 19-00 
  • İstirahət günləri: Bazar və bayram günləri.

Maraqlananlar öz CV fomalarını müraciət et bölməsində qeyd edilən e-mail ünvanına göndərə bilər.

VAKANSİYA 2

Aztech and Tegeta Motors

Satış təmsilçisi/ agenti

 Son tarix 07 mar 2022 – e.jafarova@aztech-tegeta.az

Namizədə tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: Azı 1 il satış təcrübəsi
  • Dil biliyi: Azərbaycan, rus dili – sərbəst (ingilis dili arzuolunardır)
  • Şəxsi avtomobilinin olması mütləqdir 
  • Müştəri̇ bazasının olması üstünlükdür

İş barədə məlumat:

  • Yeni müştəriləri cəlb etməklə şirkətin müştəri bazasını artırmaq
  • Potensial müştəriləri tapmaq, onlara təkliflər vermək
  • İşgüzar görüşlərdə iştirak etmək, danışıqlar aparmaq
  • Mövcud müştəri bazasının genişləndirilməsi , müştəriləri şirkətin məhsulları ilə tanış etmək
  • Satış ilə bağlı bazar araşdırmalarının aparılması

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 1-5 gün 09:30–dan 17:30 dək; 6-cı gün 09:30 – 15:30 (nahar vaxtı 13:30 – 14:30)
  • AR qanunvericiliyinə əsasən sənədləşmə
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı: 400 AZN + bonuslar (orta aylıq gəlir 900-1200 AZN təşkil edir)
  • Korporativ nömrə və danışıq limiti
  • Avtomobilin yanacaq və amortizasiya xərcləri
  • Ünvan: Qaradağ rayonu, Səlyan şossesi 12 ci km, Şinkar holding, 

VAKANSİYA 3

AGRO – WEST DC LLC

Assistant

Son tarix 07 mar 2022 – hr@agrowestdc.az

Əmək haqqı: 400 azn          

Namizədə olan tələblər:

  • Cins: Xanım;
  • Yaş: 20-35;
  • Dil biliyi: Rus dili- mütləqdir
  • Təhsil: Ali;
  • Kompüter biliyi: Microsoft Ofis (Excel əla səviyyədə)

Vəzifə öhdəlikləri:

  • Rəhbərliyin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi;
  • Şirkət daxili sənədlərin hazırlanması,qeydiyyatı və müvafiq şöbələrə çatdırılması;
  • Qəbul edilmiş qərarların icrasına nəzarət;
  • Digər vəzifə təlimatları müsahibə zamanı namizədə izah olunacaq;

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə qabiliyyəti;
  • Detallara qarşı diqqətli olmaq;
  • Gördüyü işə qarşı məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • Vaxtın düzgün idarə olunması;

Ünvan : Bakıxanov qəsəbəsi.

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Assistant” yazaraq mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 4

SMTS

İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis

 Son tarix 07 mar 2022 – hr@smts.az

Tələb olunan iş Bacarığı:

  • Telefon və ya e-mail vasitəsi ilə sorğulara cavab verir. Kompüter sistemlərində, proqram və avadanlıq ilə bağlı daxil olan sorğu üzrə yardım və texniki dəstəyi təmin edir;
  • İşçilərin kompüter avadanlıqları, proqram təminatı və İT xidmətləri ilə təmin edilməsi, alınan yeni İT avadanlıqların quraşdırılması, sazlanması;
  • İstifadəçilərə təhvil verilən avadanlıqların istifadə qaydaları barədə istifadəçilərin təlimatlandırılması;
  • Kompüterlərə yeni proqram təminatlarını quraşdırmaq;
  • Kompüterlərin xarici avadanlıqlarının quraşdırılmasını, işə salınmasını və dəyişdirilməsini həyata keçirmək;
  • Virus əleyhinə proqramların sazlığına nəzarət edilməsi və onların yenilənməsini nəzarətdə saxlamaq;
  • Nasazlıqları vaxtında aşkara çıxarmaq məqsədi ilə Şirkətin struktur və bölmələrində şəbəkə avadanlığının və kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirməli;
  • Notebook və stolüstü kompüterlərin dövrü yoxlanılması həyata keçirməli;
  • Local (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemlərin həlli;
  • Şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görmək;
  • Şirkətin struktur və bölmələrində local şəbəkəsinin yaradılması. Kabel xətləri çəkilməsini təmin edir və kabel xətlərində yaranmış problemləri aradan qaldırır. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmirini yerinə yetirir;

Tələb olunan təhsil və biliklər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter elmləri, Tətbiqi Riyaziyyat və s. texniki sahə üzrə)
  • İnformasiya Texnologiyaları üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • Microsoft Office (MS Excel,Word) proqramlarını əla səviyyədə bilməli;
  • Kompüterlərin proqram və avadanlıqlarının quraşdırılmasını;
  • Kabel xətlərinin çəkilməsini, şəbəkənin ümumi xüsusiyyətlərini, strukturunu və işləmə prinsipini;
  • Wi-Fi və LAN şəbəkə qurmaq bacarığı;
  • Kamera sistemlərinin qurulmasını, DVR və NVR-ın qurulması;
  • Daxili Telefon – Analoq, İP telefon sisteminin quraşdırılmasını;
  • Windows 7, 10 əməliyyat sistemlərini əla səviyyədə bilməli;
  • Serverlərdə işləmək üçün ilkin biliklər;
  • MacOS ilə işləmək, çıxan problemlərin həlli (Format etmək, MacOS və Windows yazılması).
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analitik düşünmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik bacarığı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 5

BSC Consulting & Outsourcing Company

Baş mühasib

 Son tarix 07 mar 2022 – hr@bsc-group.az

İş barədə məlumat:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Proqram üzrə mühasibat yazılışlarının verilməsi
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması
  • Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
  • Mühasibat müxabirləşmələri mükəmməl bilən
  • Mühasibatlıq üzrə ən azı 5-7 il iş təcrübəsi;
  • MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti
  • İşi planlamaq bacarığı
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı

Əmək haqqı: 1500-1800 manat

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “ Baş Mühasib ” qeyd etməklə göndərmələri xahiş olunur. 

VAKANSİYA 6

Başak Group

B2B satış mütəxəssisi

 Son tarix 07 mar 2022 – hr@bashakgroup.az

Tələblər:

  • Ali təhsil,
  • Korporativ satış üzrə minimum 2-3 il təcrübə (yalnız korporativ satış təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
  • Supply sahəsində təcrübə,
  • Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
  • Yüksək rus və ingilis dili biliyi ( rus dili arzuolunandır),
  • Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
  • Danışıqlar aparma qabiliyyəti,
  • Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
  • Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
  • 23-30 yaş aralğı,

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
  • Əməkhaqqı: 1000 AZN + Bonus (KPİ),
  • Nahar şirkət tərəfindən qarşılanır,
  • Korporativ nömrə,
  • Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər

VAKANSİYA 7

VAKANSİYA 8

Ziraat Bank Azərbaycan

306

Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi Departamentinə aparıcı mütəxəssis

 Son tarix 07 mar 2022 

Vəzifəyə olan tələblər:

  • Ali hüquqi təhsili;
  • Müvafiq sahədə 6 illik iş stajı;
  • Bank sahəsi, eyni zamanda korporativ və məhkəmə işləri sahəsində bilik və təcrübənin olması;
  • Qanunvericilik, xüsusilə bank qanunvericiliyi haqqında biliklərə malik olması;
  • Türk və İngilis dilii bilikl’ərinə üstünlük verilir;.
  • MS Office, Internet Explorer proqramları ilə çalışmaq bacarığı.

Əsas vəzifələr: 

  • Müştərilərlə yaşanan hər cür hüquqi anlaşılmazlıqlarla əlaqədar struktur bölmələrlə koordinasiyalı işləmək, bununla bağlı struktur bölmələrə tövsiyələr vermək, lazımi hallarda məsələnin hüquqi müstəvidə həll edilməsinə çalışmaq;
  • Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə Bankı təmsil etmək;
  • Banka olan kredit borclarının inzibati və hüquqi yollarla ödənilməsi və ləğv olunmasıyla əlaqədar bütün müvafiq iddia və təqib proseslərini Bankın lehinə nəticələndirmə yönündə aparmaq/aparılmasını təmin etmək;
  • Bankın filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılması, habelə hər hansı fəaliyyət növü ilə bağlı lisenziyanın alınması üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
  • Bankın səhmlərinin emissiyası ilə bağlı tələb olunan sənəd və məlumatların hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək; 
  • İddia ərizələrini və pretenziyaları hazırlamaq, onları təyinatı üzrə göndərmək və məhkəmə baxışından əvvəl araşdırmalar aparmaq, habelə çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri həyata keçirmək;
  • Departament direktoru və Bankın idarəetmə orqanları tərəfindən verilmiş digər vəzifələr.

Göstərilən tələblərə cavab verən namizədlər Fevral ayının 28-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hüquq sahəsi üzrə aparıcı mütəxəssis” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 9

Pasha Inshaat

Korporativ sığorta şöbəsinə Satış Meneceri

Son tarix 07 mar 2022 – recruitment@pasha-insurance.az

Vəzi̇fə və Öhdəli̇klər:

  • Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə Korporativ sığorta üzrə Koordinatorun tapşırdığı sığorta növləri üzrə məhsulların və xidmətlərin inkişafı üzərində işlənilməsi
  • Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması
  • Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi
  • Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatların toplanaraq Anderraytinq şöbəsinə təqdim olunması
  • Ərizə formasını vaxtında Anderraytinq şöbəsinə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsi
  • Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması
  • Mütəmadi olaraq müəyyən edilmiş müddətdə sığorta haqlarının müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi,  eləcədə birbaşa tabe olduğu menecerin rəhbərliyi altında sığorta haqlarının ödənilməsi barədə zəruri məlumatların Maliyyə departamentinə təqdim edilməsi
  • Potensial  müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, sığorta şərtlərinin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi
  • Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması

Bi̇li̇klər:

  • Biznes və ya marketinq sahəsində ali təhsil
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq, yaxşı səviyyədə rus dili biliklərinin olması üstünlükdür
  • Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri

Təcrübə:

  • Satış sahəsində sığorta  istiqaməti üzrə azı 1 il iş təcrübəsinin olması

Bacarıqlar:

  • Təşəbbüskarlıq
  • Ünsiyyət qurmaq bacarığı
  • Çalışqan olmaq
  • Öhdəliklərinə məsuliyyətli olmaq
  • Dəqiqlik
  • Fikirlərini aydın izah edə bilmək
  • İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
  • Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
  • Problemli vəziyyəti həll etmək
  • Komandada işləmək
  • Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları  

Son müraciət tarixi: 07 mart 2022.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

VAKANSİYA 10

AzerSphere

Mühasib

Son tarix 07 mar 2022 – hr@azersphere.com

İşçiyə qoyulan tələblər:

  • Cinsi: Qadın (25-35 yaş)
  • MS Office və 1C (mütləq) (Управление Торговлей 11.4, Комплексная автоматизация 2.4, ERP 2 (üç proqramdan birini))
  • Elektron hökümətdə gömrük, sosial və vergi əməliyyatlarının aparılmasını bilməlidir.
  • Azərbaycan və Rus dillərini səlist bilmək, İngilis dili arzuolunandı.
  • İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Vergi və Əmək Məcəlləsi üzrə biliklərə sahib olmalıdır;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.
  • İxrac fəaliyyəti olan şirkətlərdə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək və nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Mühasibat əməliyyatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil etmək və nəzarət etmək;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
  • Maliyyə direktorunun və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

  • Stabil iş
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Əmək haqqı 600 AZN
  • İş vaxtı: 09.00 – 18.00 (I-V günlər), VI-cı gün 14:00 kimi.

Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində, “Kiçik mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 11

Spark

Marketing və PR menecer

 Son tarix 07 mar 2022 – hr@sparkbeton.com

Vəzifə öhdəlikləri:

  • Satış hesabatlarını və məlumatları toplayıb həftəlik və aylıq hesabatlar vermək;
  • Rüblük və illik satış hədəflərini izləmək və hesabat verə bilmək;
  • Ehtiyac olduğu halda müştərilərlə telefon əlaqəsi saxlamaq, zəruri olduğu halda isə görüş təşkil etmək;
  • Təklifləri tələb olunan dildə hazırlamaq və lazımi tənzimləməni etmək;
  • İllik satış büdcəsinin hazırlanmasına və izlənilməsinə köməklik göstərmək;
  • Satış qrupunun həftəlik iclaslarının planlanmasını təşkil etmək və onları izləmək;
  • Satış qrupu üçün ehtiyac olan təlimləri və planlamanı təşkil etmək;
  • Şirkətin siyasət və prosedurlarını anlamaq və onlara əməl etmək;
  • İllik müştəri məmnuniyyəti anketlərini və təqdimatları hazırlamaq;
  • Baş tutacaq tədbirlər üçün lazım olan danışıqları və təşkilatçılığı həyata keçirmək;
  • Reklam və hədiyyələrin təşkilini həyata keçirmək;
  • Sosial şəbəkələr və internet saytımız üçün kiçik video-çarxlar hazırlamaq, yeni postlar paylaşmaq, sosial şəbəkələri və internet saytı aktiv saxlamaq.
  • Saytın hazırlanmasını və sayta düzəliş etməyi bilən namizədə üstünlük veriləcəkdir.

Namizədə tələblər:

  • Ali təhsil (marketinq sahəsi üzrə olanlara üstünlük veriləcək);
  • Marketing sahəsində iş təcrübəsi min. 3 il;
  • Kompüterdə və ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis və Rus dillərində səlist danışmaq və yazışmaq bacarığı;
  • Stressə davamlı, dəqiq, məsuliyyətli;
  • Yüksək ünsiyyət və inandırma qabiliyyətinə malik;

İş yeri: Bakı şəh.. Xətai ray., Zığ şosesi 27

İş qrafiki: I-V günlər

İş saatı: 09:00-dan 18:00-a

Əmək haqqı: 1000-1500 azn (namizəddən asılı olaraq)

Tələblərə cavab verən  namizədlərdən  mövzu başlığına “Marketing və PR menecer” adını qeyd edərək CV-ni göndərməkləri xahiş olunur.

VAKANSİYA 12

NBCO KredAqro

Kredit Meneceri (Qazax / Zaqatala)

 Son tarix 07 mar 2022 – recruitment@kredaqro.az

Əsas vəzifə və öhdəliklər:

  • Filialın işçi heyətinin idarə olunması;
  • Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Filialın kredit portfelini idarə etmək və monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Qazax və Zaqatala şəhəri; 
  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı 800 manat gross + aylıq bonus.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kredit Meneceri) qeyd etməklə göndərmələri xahiş olunur. 

VAKANSİYA 13

NewCond LLC

Xarici iqtisadi əlaqələr üzrə menecer

 Son tarix 07 mar 2022 – marketing@newcond.az

İş barədə məlumat:

  • İllik satınalma planının hazırlanması;
  • Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf etdirilməsi və idarə edilməsi; təchizatçıların və xidmət təminatçılarının Əsas Siyahılarının hazırlanması və təchizatçı məlumat bazasını təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Gömrük rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması, ixracatın rəsmiləşdirilməsi;
  • Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  • Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  • Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
  • Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması;  
  • Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlilini (müqayisəli təhlil) aparılması; müqayisəni göstərən sənədin yaradılması.
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi; satınalma sifarişlərinin hazırlanılması və Müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi.
  • Ehtiyyat  hissələrin, avadanlıqların və s. vaxtında alınmasının plaşlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;

Vəzifə ilə bağlı tələblər:

  • Havalandırma, isitmə, soyutma sistemləri (HVAC systems) üzrə az da olsa  iş təcrübəsinin və müvafiq biliklərin olması üstünlükdür;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı;
  • MS Office (MS Word, MS Excell, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
  • Xarici ölkələrə ezamiyyələrə hazır olması;
  • Yaş həddi: 25-40.

Əlavə məlumat:

  • Əməkhaqqı: 1500 AZN
  • Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatı: 09.00-18.00     

VAKANSİYA 14

Financial Chain Corporation LLC

Baş mühasib

Son tarix 07 mar 2022 – hr@f-chain.com

Namizədə tələblər:

  • Ali  təhsil (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
  • Göstərilən sahə üzrə ən azı 5 il mühasibatlıq sahəsində iş təcrübəsi olan şəxs
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı 
  • MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı
  • Vergi Məcəlləsini bilməli
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli 
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli 
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
  • Azərbaycan dili, Rus dili,  İngilis  dili biliyi

İş barədə məlumat:

  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi. 
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
  • Aylıq və rüblük hesabatların tərtib edilməsi
  • Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması; 
  • Balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
  • Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək. 
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi; 
  • İş vaxtı: 09:00 – 18:00;
  • AR əmək qanunvericiliyinə əsasən kadr sənədləşməsi
  • Əmək haqqı: başlanğıc – 1500 AZN

Xahiş olunur  namizədlər CV-sini  “Baş mühasib” başlığı ilə e-mail ünvanına göndərsinlər. 

VAKANSİYA 15

Grand Medical LLC

Layihə meneceri

 Son tarix 07 mar 2022 – natavan.aliyeva@gmgroup.ch

Vəzifə və məsuliyyətlər:

  • Müştərilərlə əlaqələri saxlamaq və yeniləmək; yeni müştərilərlə davamlı iş ortaqlığı qurmaq
  • Təsdiqləndiyi kimi distribyutorlar, dövlət səhiyyə təşkilatları, tibb müəssisələri, aptek zəncirləri, xəstəxanalar vasitəsilə şirkət məhsullarını fəal şəkildə tanıtmaqla yerli səviyyədə satış strategiyasını təşkil etmək və planların yerinə yetirilməsini təmin etmək
  • Əsas müştərilər və Tibbi Nümayəndələr/Bölgə Meneceri arasında güclü əlaqələr yaratmaq üçün ünsiyyət qurmaq və əlaqələri stimullaşdırmaq
  • Ərazi Menecerləri ilə əməkdaşlıqda satış nəticələrini yaxşılaşdırmaq üçün strateji fəaliyyət planı hazırlamaq. Müştəri ilə müqavilələrin bağlanması və icra müddətini müəyyən etmək
  • Şirkətlə daxili büdcələri, müştəri ilə isə xarici büdcələri qurmaq və onlara nəzarət etmək
  • Yüksək satış və ya çarpaz satış yolu ilə mənfəəti artırmaq üçün satış komandası ilə əməkdaşlıq
  • Təklif olunan vaxt qrafiklərinə uyğun olaraq bütün müştəri ehtiyaclarının və tələblərinin qarşılanması
  • Müştərilərlə əlaqələrin idarə edilməsini təmin etmək üçün müştəri məlumatlarını təhlili
  • Əlaqələri genişləndirmək və yeni müştəri cəlb etmək
  • Şirkətin CRM-də satışla bağlı bütün məlumatlarının, o cümlədən potensial müştərilər, hesablar, imkanlar və satış siyasətinin idarə edilməsi 
  • Şirkətin prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında hazırlamaq.

Vəzifə tələbləri:

  • Biznesin idarə edilməsi/idarəetmə/digər sahə üzrə bakalavr dərəcəsi (tibb, əczaçılıq/təbiət elmləri)
  • Əczaçılıq/tibb və ya FMCG sahələrində yüksək performanslı komandalarla əməkdaşlıq üzrə minimum 3 illik uğurlu satış təcrübəsi (mütləqdir)
  • Satış zəncirinin idarə edilməsi, kompleks və strateji satış metodlarının tətbiqi, effektiv ünsiyyət üsulları daxil olmaqla, qabaqcıl ünsiyyət bacarıqları və inandırmaq bacarığı
  • Sürətlə dəyişən kommersiya mühitində prioritetləri və qərarları effektiv şəkildə idarə etmək bacarığı
  • Səyahət maneəsi olmamalı (xərclər şirkət tərəfindən ödənilməklə həftənin ən az 2-3 gününü rayonlarda keçirəcəyini nəzərə almalı)
  • Əla şifahi, analitik və təqdimat bacarıqları
  • İngilis dili biliyi mütləqdir; Rus dili üstünlükdür
  • Etibarlı sürücülük vəsiqəsi

Maraqlanan namizədlərdən mövzu hissəsində Vakansiyanı qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. 

VAKANSİYA 16

NewCond LLC

Satış Meneceri

Son tarix 07 mar 2022 – marketing@newcond.az

İş barədə məlumat:

  • Məişət, sənaye, yarımsənaye kondisioner və  havalandırma  sistemlərinin (HVAC ) mağaza daxilində satışının həyata keçirilməsi;
  • Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, məhsullar və çeşidlər barədə dolğun məlumatın verilməsi;
  • 1C proqramında işləmə təcrübəsinin və bacarığının olması, malların seçilməsi, sifarişlərin və qaimələrin tərtib edilməsi;

Namizədə dair tələblər:

  • Kondisioner və havalandırma sistemlərinin satışı (HVAC) üzrə minimum 1 il iş təcrübəsinin və texniki biliklərin olması;
  • Kompyuterdən istifadə bacarığı (İnternet, MS Excel, MS Word);
  • Azərbaycan və rus dillərində mükəmməl danışıq qabiliyyəti və ünsiyyət bacarığı;
  • Komandada işləmə  qabiliyyəti və satış həyata keçirmə bacarığı;
  • Malları təqdim etmək, müştəri məmnunluğuna nail olmaq bacarığı;
  • Təşkilati bacarıqlar;
  • Yüksək etik davranış qabiliyyəti;
  • Yaş həddi:  20-30

Digər məlumatlar:

  • Əmək haqqı: 500 Azn (Əmək haqqı müsahibənin nəticəsinə görə təyin edilərək yüksək də ola bilər ) .
  • Pərakəndə satılan hər bir mal üçün bonus hesablanır.
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş saatı: 10.00-19.00     

VAKANSİYA 17

NBCO KredAqro

Filial Müdiri (İsmayıllı)

Son tarix 07 mar 2022  – recruitment@kredaqro.az

Əsas vəzifə və öhdəliklər:

  • Filialın işçi heyətinin idarə olunması;
  • Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
  • Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
  • Yaşayış yeri: İsmayıllı;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Əmək haqqı 800 manat gross və aylıq bonus.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, İsmayıllı) qeyd etməklə göndərmələri xahiş olunur.

fed.az