İrana gedən “Volqo-Balt 239” gəmisi Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının 51-ci kilometrliyində saya oturub.
Seanews.az xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə regional idarəsi məlumat yayıb.
“ Fevralın 26-ı Moskva vaxtı ilə saat 8:00-da növbətçi dəniz xilasetmə və əlaqələndirmə mərkəzindən Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının 51-ci km-də bir istiqamətli hissədə gəminin saya oturması haqqında məlumat daxil olub”- açıqlamada belə deyilir.
Gəmidə 13 nəfərin olduğu qeyd edilir. Ölən və yaralananlar olmayıb.
Gəmi Həştərxan limanından İranın Ənzəli limanına doğru gedirmiş.