Volqa-Xəzər gəmiçilik kanalında gəmi saya oturub

393

İrana gedən “Volqo-Balt 239” gəmisi Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının 51-ci kilometrliyində saya oturub.

Seanews.az  xəbər verir  ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə regional idarəsi məlumat yayıb.

“ Fevralın 26-ı Moskva vaxtı ilə saat 8:00-da növbətçi dəniz xilasetmə və əlaqələndirmə mərkəzindən Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının 51-ci km-də bir istiqamətli hissədə gəminin saya oturması haqqında məlumat daxil olub”- açıqlamada  belə deyilir.

Gəmidə 13 nəfərin olduğu qeyd edilir.  Ölən və yaralananlar olmayıb.

Gəmi Həştərxan limanından İranın Ənzəli limanına doğru gedirmiş.