İtaliyanın “Fincantieri” gəmiqayırma qrupu altı robot-dəniz gəmisinin layihələndirilməsi və tikintisi üçün sifariş alıb.
“Seanews.az” xəbər verir ki, istismatra verildikdən sonra ABŞ-ın “Ocean Infinity” şirkətinin donanmasında “Armada” seriyalı avtonom gəmilərin sayı 23-ə çatacaq.
85 metr uzunluğunda olacaq bu gəmilər Vyetnamın “Vard Vung Tau” tərsanəsində inşa ediləcək.
Gəmilərdən müxtəlif işlər üçün istifadə etmək mümkün olacaq. Uzaqdan -sahil mərkəzlərindən idarə olunacaq belə gəmilər yanacaq kimi “yaşıl” ammonyakdan istifadə edəcək.
2017-ci ilin iyulunda yaradılan “Ocean Infinity” dəniz dibinin kəşfiyyatı üzrə ixtisaslaşmışdır. “Ocean Infinity” okean dibində müxtəlif batmış texnikaların axtarışına cəlb edilib. Şirkət əsasən sualtı karbohidrogen yataqlarının axtarışı üçün dəniz dibi xəritələrini tərtib edir.
“Fincantieri” isə dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. 7000-dən çox gəmi inşa edən şirkət laynerlər, dəniz gəmiləri, bərələr, meqa-yaxtalar və xüsusi gəmilər üçün sifarişlər qəbul edir.