Bakı Limanı Misirin İsgəndəriyyə Limanı ilə strateji tərəfdaş oldu

359

Bakı Limanı Misirin İsgəndəriyyə Limanı ilə strateji tərəfdaş oldu

     Bu gün Bakıda, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçirilib. İclas çərçivəsində ölkəmizdə səfərdə olan Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşat ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Bakı Limanı və Misirin İsgəndəriyyə limanları arasında əməkdaşlığa dair    Anlaşma Memorandumu imzalayıblar.

     Anlaşma Memorandumu ilə müasir liman texnologiyalarından istifadə, terminal əməliyyatları, Yaşıl Liman obyektlərinin qorunması və mühafizəsi sahəsində əməkdaşlığı və kadrların peşəkar inkişafı və ekoloji davamlılığa yönəlmiş innovativ layihələrin icrası kimi bir çox sahələrdə bilik və yaxşı təcrübələrin əlaqələndirilməsi planlanır. Bu Memoranduma əsasən, limanlar texniki və bazar yönümlü əməkdaşlığı genişləndirməklə qlobal bazarda və qonşu ölkələrdə iki ölkə arasında müştərək olaraq bir-birlərini logistika və nəqliyyat mərkəzi kimi tanıtmaq üçün qarşılıqlı əməkdaşlıq edəcəklər.