Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb

213

Fransa hakimiyyəti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Rusiyanın 4 yük gəmisini və bir yaxtasını saxlayıb.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Rusiyaya qarşı sanksiyalar çərçivəsində Fransada 510 fiziki və hüquqi şəxsin maliyyə aktivləri bloklana bilər.

Bundan əvvəl Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatına görə Rusiyaya qarşı dördüncü sanksiya paketini hazırlayır.