Panama kanalı Rusiya gəmiləri üçün açıqdır

249

Panama kanalının administrasiyası Rusiya gəmiləri üçün keçidin bağlanmasını istisna edib.

APA-nın xəbərinə görə, administrasiya bunu 1977-ci ildə qəbul edilmiş neytrallıq bəyannaməsi ilə izah edib.

Bəyanatda göstərilir ki, Ukraynadakı vəziyyət yaxından izlənilir, lakin Panama kanalı beynəlxalq neytral su keçididir.

Qeyd edək ki, 1977-ci il bəyannaməsinə görə, istər sülh, istərsə də müharibə dövründə istənilən ölkənin gəmisi Panama kanalından keçə bilər.