Missisipi ştatının Paskaqula şəhərindəki gəmiqayırma zavodunda ABŞ Hərbi Dəniz Qüvvələrinin “Fort Lauderdale” adlı yeni desant gəmisinin təhvil verilməsi mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, bu, ABŞ Hərbi Dəniz Donanması üçün tikilmiş “San Antonio” sinifindən on ikinci dok-gəmidir.
Uzunluğu 208,5 metr, eni 32 metr olan “Fort Lauderdale” gəmisinin yükqaldırma qabiliyyəti 25300 tondur.
22 düyün sürətlə hərəkət edə biləcək gəminin heyəti 361 nəfərdən ibarət (28 zabit və 333 dənizçi) olacaq.
Bu tip gəmilər dəniz piyadalarını dəstəkləmək, onların avadanlıqlarını daşımaq və sair üçün nəzərdə tutulmuşdur.