İsveçdə liman işçilərinin həmkarlar ittifaqı Rusiya ilə bağlı gəmilərin giriş-çıxışına imkan verməyəcək

316

İsveç Liman İşçiləri Həmkarlar İttifaqı cümə axşamı Rusiya ilə əlaqəli gəmilərin blokadasını elan etmək qərarına gəlib. 

“Seanews.az” xəbər verir ki, bu barədə “SVT” telekanalı məlumat yayıb.

Həmkarlar ittifaqı sədrinin müavini Erik Helgeson deyib ki,  “Biz işəgötürənləri və vasitəçilərə  blokada tətbiq ediləcəyi barədə məlumat verdik”.

Liman İşçiləri Həmkarlar İttifaqı iki həftə əvvəl İnfrastruktur naziri Tomas Eneruta məktub göndərərək, Rusiya və Rusiyaya bağlı gəmilərin İsveç limanlarına daxil olmasını dayandırmağa çağırıb, əks halda təşkilatın özü ölçü götürəcək.

Blokada Rusiyaya və ya Rusiyadan üzən, Rusiya Federasiyasına mənsub olan və ya Rusiya mallarını daşıyan gəmilərə şamil edilir. Bu o deməkdir ki, İsveç limanlarında bütün yükləmə-boşaltma əməliyyatları, yedəkləmə və yanalma işlərinin qarşısı alınacaq.

Martın 28-də başlayacaq tədbirin məqsədi “Ukrayna limanlarındakı həmkarlarına və ölkənin mülki əhalisinə dəstək olmaqdır”. Helqesonun fikrincə, bu tədbirə haqq qazandıran müstəsna bir vəziyyətdir.