Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-700-1000 manat – 14 VAKANSİYA

408

VAKANSİYA 1

AzəriMed QSC

Təlim və inkişaf üzrə mütəxəssis

 Son tarix 25 apr 2022 – [email protected]

Tələblər:

  • Təhsil: Ali təhsil; 
  • Təcrübə: Müvafiq sahədə minumum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst yazışma və ünsiyyət qurma bacarığı (İngilis dili üstünlükdür);
  • Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli;
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • Güclü təşkilati bacarıqlara malik olmalı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;

Vəzifə öhdəlikləri:

  • İllik Təlim planını tərtib etmək;
  • Şirkətin illik təlim ehtiyaclarını müəyyənləşdirmək;
  • Təlim üzrə strategiya hazırlanmaq və icra etmək;
  • İşə qəbul olunan yeni əməkdaşlar  üçün oriyentasiya planı hazırlanmaq, uyğun olaraq təlimləri təşkil etmək;
  • Təlimlərin sistemli şəkildə keçirilməsini təmin etmək;
  • Təlim materiallarını hazırlamaq və daim yeniləmək;
  • Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatlar hazırlamaq.

İş şəraiti:

  • İş qrafiki: Tam iş günü
  • Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
  • Əmək haqqı: 700 AZN (Gross)

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 2

Company

Tibbi Nümayəndə

 Son tarix 25 apr 2022 – [email protected]

Ümumi tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi;
  • Yaş həddi: 22-35;
  • MS Office (MS Excel, MS Word, MS Outlook), 1C proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Azərbaycan dili, Rus dili səlis;

Vəzifə öhdəlikləri:

  • Gündəlik tibbi müəssisələr və digər potensial müştərilərin ziyarət edilməsi, yeni müştərilərin cəlb edilməsi;
  • Bazar araşdırılmasının aparılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi;
  • Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, möhkəmləndirilməsi;
  • Təbliğat və maarifləndirmə kompaniyalarının təşkil edilməsi;
  • Şirkətin satış strategiyasına uyğun olaraq satış və müştəri bazasının formalaşdırılması və idarə edilməsi;
  • Gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı 1000 manat

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

VAKANSİYA 3

BOA Agency

Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis

 Son tarix 24 apr 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • İcraatında olan kredit portfellərinə nəzarət;
  • Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması
  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
  • Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi. 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi

Vakant vəzifə üzrə tələblər:

  • Universiteti yeni bitirmiş və yaxud müvafiq iş sahəsində 1il iş təcrübəsi olmalı
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
  • Yüksək dərəcədə ünsiyyət və münasibət  qurma bacarıqları;
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
  • Müştərini dinləmə bacarıqları və ona şifahi şəkildə istiqamət vermə bilikləri;
  • Gərgin situasiyalarda  emosiyaların idarə etmə bacarıqları;
  • Komanda ilə işləmək bacarıqları;
  • Yaş həddi 22-35
  • Yalnız xanım namizədlər

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək haqqı – 300 azn (+bonus)
  • Əmək müqaviləsi.
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 2 gün (şənbə və bazar)
  • İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D

VAKANSİYA 4

Makro 2000

Nəqliyyat koordinatoru

 Son tarix 24 apr 2022 – [email protected]

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Öhdəliklər:

  • Nəqliyyat vasitələrinin hərəkət marşrutunun GPS vastəsi ilə izlənilməsi;
  • Sifariş marşrutuna nəzarət edilməsi;
  • Nəqliyyat vasitələrinin dayanma-durma hallarına nəzarət edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Tələblər:

  • Ali təhsil (texniki sahə üzrə);
  • Ərazi bilikləri (Bakı, Sumqayıt şəhərləri və Azərbaycanın rayonları üzrə);
  • 1 illik iş təcrübəsinin olması üstünlükdür;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyət, çalışqanlıq və ünsiyyət bacarığı

Əmək haqqı 450-500.

Göstərilən tələblərə cavab verən Şəxslər Mövzu hissəsində “Nəqliyyat koordinatoru” yazaraq öz CV-lərini e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 5

Başak Group

Mağaza müdiri

 Son tarix 24 apr 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil,
  • Geyim, mebel sektorunda minimum 3-5 il təcrübə,
  • Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
  • MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
  • Komandada işləmə bacarığı.
  • Xanım namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

  • Mağaza müştəri xidmətləri bölmələrinin fəaliyyəti ilə bağlı mərkəzlə mağaza arasında koordinasiyanı təmin etmək və izləmək,
  • İşçi məmnuniyyətini və satış performansını artırmaq,
  • Mağazada müştəri portfelinin yaradılması,
  • Müştəri şikayət / təklif sisteminin idarə edilməsi,
  • Mağazanı sərfəli və nümunəvi bir müəsissəyə çevirmək,
  • Lazımi hesabatların vaxtında və dəqiq şəkildə verilməsini təmin etmək,
  • Məhsulları sayaraq stok izləməsini həyata keçirmək,
  • Mağazadakı lojistik tətbiqetmələri həyata keçirmək.

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN + bonus (KPİ)
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə,

Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105
İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Mağaza müdiri” yazaraq göndərə bilərlər

VAKANSİYA 6

AZEA Group

Təchizat üzrə koordinator

 Son tarix 24 apr 2022 – 

Vəzifə öhdəlikləri:

  • Mal və xidmətlər üzrə bazar araşdırmasını telefonla və elketron poçt vasitəsi ilə icra edir.
  • Tədarükçülərin qiymətləndirməsi meyarlarını müəyyən edir və qiymətləndirilməsini  apararaq rəhbərliyə təqdim edir.
  • Mal və xidmət alışında xərcləri optimallaşdıərmaq məqsədi ilə rəhbərliyə təkliflər verir.
  • Baş anbar və sair anbarlarda mal qalıqlarının uçotunu xüsusi proqramda ( Logix) aparırır
  • Logistika işi və malların anbarlar arası hərəkətini tənzimləyir.
  • Obyektlərdən daxil olan sifarişləri təhlil edir və satınalma menecerinə emal edilmiş alış sənədini təqdim edir.
  • Obyekt təhvil verilndə qalıq malların baş anabra təhvil verilməsini təmin edir.
  • Yararsız malların tədarükçüyə qaytarılması, balansdan silinməsi işini təşkil edir.
  • Tədarükçülərlə üzləşmə aparmalıdır.

Tələblər:

  • Xanım namizədləə üstünlük veriləcək.
  • Tikinti sektorunda təchizat sahəsi üzrə  2 ildən artıq iş təcrübəsi. Təmir, tikinti sektorundan mütləq anlayışı olmalıdır.
  • Azərbaycan, rus dilində sərbəst unsiyyət bacarığı.
  • Sərbəst  excel bilikləri
  • Sərbəst nitq qabiliyyəti.
  • Müştəriyonümlü.
  • Məqsədəyönümlü.
  • Dəqiq və dürüst
  • Əzimkar.
  • Tələb olunduqda tədarükçü  unvanına getmə imkanın olması.

Şirkət haqqında məlumat:

Şirkət dizayn, təmir və tikinti işləri ilə məsgul olan 10 ildən artıq təcrubəyə malikdir.

Ünvan Azur biznes mərkəzi.

Muraciət qaydası:

Uyğun namizədlər CV [email protected][email protected]  gondərə bilərlər.

Fərqli vəzifəyə iddialı olan namizədlərdən xahiş olunur mövzu yerində və CV ( faylın)  adı müvafiq adla qeyd edilsin.

VAKANSİYA 7

Toca Residence

Ofis meneceri

 Son tarix 24 apr 2022 – [email protected] 

Əmək haqqı: 800 AZN + Bonus
Şəhər Bakı
Yaş: 25-40 yaş
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən yuxarı 

Əlaqədar şəxs: Təyyibə Günəşova 
Kateqoriya: Administrasiya və idarəetmə

Mobil nömrə: +994502101538

Namizədə tələblər:

  • Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti;
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
  • Təzyiq altında işləmək,  problemləri həll etmə bacarıqlarına malik olmaq;
  • Xoş görünüşlü və ünsiyyətcil;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
  • Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi;
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
  • Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir);
  • Müvafiq sahədə 1 il təcrübə.

İş barədə məlumat:

  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi,icrasına nəzarət;
  • E-mail və telefonların cavablandırılması;
  • Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması;.
  • Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
  • Alqı-satqı müqavilələrinin, müxtəlif günlük, həftəlik, aylıq hesabatların hazırlanması;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Rəhbərliyn qərarlarının icrasına nəzarət etmək.
  • İş qrafiki: B.e.-Şənbə 10:00-dan 19:00-dək

Qeyd: Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!

VAKANSİYA 8

Sirab ASC

Mühasib köməkçisi

 Son tarix 24 apr 2022 – [email protected]

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə);
  • Komputer bilikləri: MS Office – Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Yaş həddi: 23 – 30;
  • Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə);
  • Riyazi biliklər və analitik düşünmə bacarığı;
  • Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
  • Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
  • Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Ünsiyyətlilik;
  • Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Rus və ya ingilis dili biliyi;
  • Mikro ERP və Günəş proqramlarında işləmək bacarığı.

İş barədə: 

  • Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi; 
  • İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;
  • Hesabat sənədlərinin qeydiyyatını aparılması;
  • Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi;
  • Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
  • Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • 500 AZN;
  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 9

Ofis Plus

Korporativ Satış Meneceri

 Son tarix 24 apr 2022 – [email protected]

İş barədə məlumat:

  • Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Yeni müştərilərə “soyuq” zənglərin edilməsini icra edir.
  • Görüş və təqdimatların təşkil edilməsini təmin edir
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; 
  • Korporativ satış planının yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (Satış və marketinq sahəsində)
  • İş təcrübəsi: Korporativ satış sahəsində 1-3 il
  • Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır,
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli;
  • Müştəriyönümlü satış  etmək bacarığının olmalı;
  • Liderlik keyfiyyətlərinə malik olmalı;
  • Korporativ idarəetmənin prinsiplərini bilməlidir.

Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00.

Ünvan:Ağ şəhər Xaqani Rüstəmov küç 6

Əmək haqqı: 400-500 AZN

Subject: Korporativ satış Meneceri

VAKANSİYA 10

166 Yükdaşıma və Logistika

İcra orqanları ilə iş şöbəsinin hüquqşünası

 Son tarix 24 apr 2022 – [email protected]

Öhdəliklər:

  • Müxtəlif icra orqanlarında olan şirkətə borclu fiziki və hüquqi şəxslərdən borcların tələb edilməsini həyata keçirmək (kollektor kimi);
  • İcra orqanları ilə əlaqədar olaraq borclunun iş yerinin müəyyən edilməsini təmin etmək (kollektor kimi); 
  • Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra məmurları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanlarına sorğuların verilməsini təmin etmək;
  • Müvafiq və fiziki şəxslərin əmlak və hesablarının üzərinə müvafiq məhdudiyyətlərin qoyulmasını təmin etmək;
  • Borcların daim təqib edilməsini həyata keçirmək;
  • Tələbin borcluların əmlaklarına yönəldilməsində iştirak etmək;
  • İcraçılarla görüşlərdə iştirak etmək.

Tələblər:

  • Ali hüquqi təhsil;
  • İcraçılarla iş üzrə 3 il təcrübə;
  • Azərbaycan dili yazılı və şifahi ünsiyyət səlis bacarıqları, Rus dili (arzuolunandır) ;
  • Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilmək;
  • Ərizə, müraciət, məktub, şikayət və s. tipli sənədlərin tərtib edilməsini bacarmaq;
  • Kompüter bilikləri: Word, Excel, Powerpoint işləmə bacarığı.

İş şəraiti:

  • İş rejimi: 5 günlük saat 09:00 – 18:00;
  • Əmək haqqı: 600 – 800 Azn + mükafat sistemi;
  • Karyerada inkişaf imkanları

Müraciət etmək istəyən namizədlər CV formalarını mail ünvanına mövzu hissəsinə “İcra orqanları ilə iş şöbəsinin hüquqşünası” qeyd edərək göndərə bilərlər.

VAKANSİYA 11

Sirab ASC

Trade marketinq mütəxəssisi

 Son tarix 24 apr 2022 – [email protected]

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
  • Komputer bilikləri: MS Office – əla;
  • Dil bilikləri: Azərbaycan dili- əla;
  • Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il iş təcrübəsi;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;
  • Keyfiyyət yönümlülük;
  • Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həll etmə bacarığı.

İş barədə:

  • Bazar tələblərinin araşdırılması;
  • Müştərilərin yaxından tanınması, onların vərdişlərinin və seçimlərinin öyrənilməsi;
  • Satış nöqtələrində satış yönlü tədbirlərin, təqdimatların keçirilməsi;
  • Satış nöqtələrində istifadə edilən marketinq alətlərinin satış rəqəmlərinə müsbət və ya mənfi təsirinin, hədəf kütləsində yaratmaq istədiyimiz davranış dəyişikliyinin təmin edilib edilmədiyinin ölçülməsi;
  • Satış sonrası proselərin izlənilməsi;
  • Rəfdə məhsulların çeşidlərinin mövcudluğuna nəzarət edilməsi;
  • İstehlakçılar və onların alış-veriş alışqanlıqları haqqında data toplanması;
  • Toplanan datalar yönündə strategiyaların inkişaf etdirilməsi, məlumatların doğru dəyərləndirilərək müəyyən proqnozların verilməsi;
  • Rəhbərliyə günlük hesabatların təqdim olunması.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
  • Yemək pulu və benzin pulu şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi
  • Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır.

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Trade marketinq mütəxəssisi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 12

Ofis Plus

Ofis Meneceri

Son tarix 24 apr 2022 – [email protected]

İş barədə məlumat:

  • E-mail və yazışmaların həyata keçirilməsi
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması
  • Müştərilərə şirkət və məhsullar haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi
  • Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirməsi
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmə
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi
  • Gündəlik işlərin planlaşdırılması və analizi;

Namizədə tələblər:

  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər
  • Rus dili biliyi üstünlükdür
  • Komandada işləmək bacarığı
  • MS Office proqramları üzrə biliklər

Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00.

Ünvan:Ağ şəhər Xaqani Rüstəmov küç 6

Əmək haqqı: 400-500 AZN

Subject: “ Ofis Meneceri”

VAKANSİYA 13

Başak Group

Satış təmsilçisi

 Son tarix 24 apr 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil,
  • Mövcud sahə üzrə minimum 2 il təcrübə,
  • Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
  • Danışıqlar aparma qabiliyyəti,
  • Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
  • 23-30 yaş aralğı,

Öhdəliklər:

  • Şirkət Məhsularının satışının təşkil edilməsi,
  • Mağazaya daxil olan müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi,
  • Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi,
  • Mağazalarda məhsulun düzülüşünə, səliqəli şəkildə görünməsinin təşkil edilməsi,
  • Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi,
  • Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi,

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
  • Əməkhaqqı: 400 AZN + Bonus (KPİ),
  • Nahar şirkət tərəfindən qarşılanır,
  • Korporativ nömrə,
  • Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Satış təmsilçisi-mağaza” yazaraq göndərə bilərlə

VAKANSİYA 14

Baku Electronics

Mağaza əməliyyat mütəxəssisi

 Son tarix 25 apr 2022

Bakı, Şəmkir, Gəncə, Lənkəran və İsmayıllı.

Xüsusi tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus dilini bilmək arzuolunandır);
  • Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı;
  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Ümumi satış hədəflərinin yerinə yetirilməsi üçün mağazada əməliyyatlarla bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə bağlı gündəlik əməliyyatlar haqqında hesabatlar hazırlamaq;
  • Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
  • Mağazalarda əməliyyatlarla bağlı xidmət səviyyəsinin artırılması istiqamətində işlər görmək;
  • Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
  • Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək.

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində “Mağaza əməliyyat mütəxəssisi” və uyğun olan bölgəni (Bakı, Şəmkir, Gəncə, Lənkəran, İsmayıllı) qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

fed.az