Bakı Limanı regionun ən müasir infrastruktur və texnologiyalarla təchiz olunan logistika və ticarət mərkəzidir

308

Bakı Limanı regionun ilk Yaşıl Limanı olaraq dayanıqlı eko-sistemin yaradılmasını hədəfləyir və təbiəti ən yüksək səviyyədə qorumağı liman əməliyyatlarının əsas prinsipi olaraq müəyyən edir. Bakı Limanı regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization – ESPO) “EcoPorts” sertifikatına layiq görülüb və ötən il bu resertifikasiyadan da Bakı Limanı uğurla keçib.

Qeyd olunmalıdır ki, Azərbaycan dünya üzrə ərazisində qeyd olunan sertifikatı almış 24 ölkə arasında öz yerini alıb və Bakı Limanı regionun ilk “Yaşıl Liman” statusuna layiq görülüb.

portofbaku.com