Qazaxıstan malların ixracı və tranziti üçün alternativ marşrutlar hazırlayıb

326

“Rusiyaya qarşı sanksiyalar fonunda Qazaxıstan hakimiyyəti ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar hazırlayıb”.

“Report” xəbər verir ki, bunu hökumətin iclasında respublikanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev məlumat verib.

“Biz ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar və dəhlizlər işləyib hazırlamışıq. Nazirlik malların logistik tədarük zəncirlərində qırılmaların qarşısını almaq üçün operativ tədbirlər görüb” – deyə, o, əlavə edib..

Onun sözlərinə görə, ixrac yükləri Latviya limanlarına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) yönləndiriləcək.

“TBNM çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə ilə müştərək nəqliyyat və logistika şirkəti ilə analoji olaraq marşrut üzrə birgə müəssisənin yaradılması barədə razılıq əldə olunub. TBNM vasitəsilə yük daşımalarını inkişaf etdirmək üçün Aktau Dəniz Limanı azad iqtisadi zonasının bazasında konteyner qovşağının yaradılması da nəzərdə tutulub”.