ASCO nümayəndələri TBNM üzvlərinin işçi qrupunun iclasında iştirak ediblər

122

Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzvlərinin işçi qrupunun növbəti  iclası keçirilib.

İclasda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyədən olan dəmiryolu, liman, dəniz və logistika şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) isə İstismar kommersiya departamentinin rəisi Ruslan Qurbanov və departamentin əməkdaşı Niyaməddin Aslanov təmsil edib. 

Toplantıda dəhlizə yeni növ yüklərin cəlb olunması, dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, 2022-ci il üçün tarif şərtləri və digər bir sıra məsələlər müzakirə olunub.