Rusiya gəmilərinə Avropa limanlarına daxil olmaq qadağan ediləcək

234

Rusiya gəmilərinə Avropa limanlarına daxil olmaq qadağan ediləcək.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen açıqlama verib.

“İstisnalar yalnız kənd təsərrüfatı, ərzaq, humanitar yardım və enerji daşıyan gəmilərə şamil olunacaq”, o deyib.

Ursula fon der Layen qərarın Avropa İttifaqının Rusiyaya qarşı 5-ci sanksiya paketi çərçivəsində qəbul olunacağını və bunun Rusiya iqtisadiyyatına ciddi zərbə vuracağını əlavə edib.