Aktauda yeni mərkəzin tikintisinə dünyanın ən böyük liman operatorlarından birini cəlb etmək istəyirlər.
“Seanews.az” xəbər verir ki, layihənin həyata keçirilməsi Sinqapurun “PSA International” şirkətinə həvalə edilə bilər.
“PSA International” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət Asiya, Avropa və ABŞ-da liman layihələrində iştirak edir.
Mərkəz xüsusi iqtisadi zonanın ərazisində tikiləcək. Güman edilir ki, layihənin gerçəkləşdirilməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaları artıracaq.
Yeni mərkəzə qlobal konteyner operatorları donanmasının cəlb edilməsi planlaşdırılır. Bunlara “Maersk”, “MSC” və “Cosco Shipping” daxildir.