Mayeləşdirilmiş karbon qazının daşınması üçün yeni konsepsiya təqdim edilib

317

“Seanews.az” xəbər verir ki, “MOL” şirkəti “Mitsubishi Heavy Industry” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış ammonyak/mayeləşdirilmiş CO2 daşıyıcısının konsepsiyasını təqdim edib.

Yeni gəmi tutulan karbon qazının anbarlara nəqlində əsas rol oynayacaq. Layihənin konseptual inkişafı ötən ilin noyabrında başa çatıb. Ammonyak və ya mayeləşdirilmiş CO2 üçün çənlərin tutumu gələcək bazarın proqnozlaşdırılan tələbi nəzərə alınmaqla hesablanır və 50 min kubmetr təşkil edəcəkdir.

Qeyd edək ki, “MOL” şirkəti artıq “Larvik Shipping” şirkətinin sərmayələri vasitəsilə mayeləşdirilmiş karbon qazının daşınması biznesinə daxil olub.