Britaniyada döyüş gəmisindən 326 min dollar dəyərində yanacaq oğurladılar

318

Naməlum şəxslər Böyük Britaniyada “HMS Bulwark” gəmisinin generatorları üçün nəzərdə tutulmuş dizel yanacağını oğurlayıblar. Ümumilikdə oğurlanmış yanacaq 326 min dollar (554 min manat) dəyərindədir.

Yanacaq Devon qraflığının cənub-qərbində yerləşən Plimut şəhərindəki Devonport hərbi dəniz bazasından oğurlanıb. Oğurlanmış yanacaq 325 dənizçi və 405 əsgəri daşıyan 19,5 min ton yükgötürmə qabiliyyətinə malik Britaniya hərbi desant gəmisinin generatorlarını yanacaqla doldurmaq üçün nəzərdə tutulub.

“Bulwark” Böyük Britaniyanın müdafiəsinin vacib hissəsi olan amfibiya döyüş gəmisidir. Onun bu qədər həssas və müdafiəsiz qalması sadəcə istehza doğurur.

Faktla bağlı Britaniya rəsmiləri araşdırmalara başlayıb.

Mənbə: The Sun