Bu şirkətlər işçi yığır: əmək haqqı 400-800-1000-1500-2000 manat – 20 VAKANSİYA

590

VAKANSIYA 1

Technology Equipments Company

Anbardar

Son tarix 07 may 2022 – [email protected]

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187, Ofis 120

İş yeri: Binəqədi qəsəbəsi

Tələblər:

  • MS Office proqrammlarında sərbəst işləməlidir
  • İş təcrübəsi 3 ildən artıq
  • Diqqətli, şaffaf, işində dəqiq olmalıdır

Əsas vəzifələr:

  • Anbarda məhsulların qəbulu/verilməsi və qeydə alınması:
  • Anbarda məhsulların dövriyyəsinin izlənilməsi;
  • Anbar üzrə hesabatların hazırlanması;
  • Çatışmazlıqlar barədə rəhbərə məlumatların verilməsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Aylıq maaş: 665 AZN
  • Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbardar” qeyd edərək öz CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.

VAKANSIYA 2

Company

Baş mühasib

Son tarix 07 may 2022 – [email protected]

Tikinti şirkətlərindən birinə Baş mühasib tələb olunur:

Vəzifə öhdəlikləri:

  • Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
  • Maliyyə hesabatlarının və rəhbərliyin tələbinə uyğun digər hesabatların təmin edilməsi;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar/kreditorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Əsas vəsaitlərin, mal-materialların və digər aktivlərin uçotu və inventarizasiyasının təşkil və nəzarət;
  • Dövlət qurumlarına hesabatların təqdim edilməsi və yazışmalar;
  • Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət
  • Qanunvericiliyə uyğun Kadr uçotunun qurulması və idarə olunması.

Vakansiya ilə bağlı tələblər:

  • Tikinti sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı qanunvericilik bilikləri;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;

İş şəraiti:

  • Həftədə 6 iş günü; 09:00-18:00
  • Əmək haqqı: 1000-1500 AZN

Xahiş edirik, mövzu hissəsində “Baş mühasib” yazaraq, öz CV-lərinizi mail ünvanına göndərəsiniz.

VAKANSIYA 3

NetTech

Sosial Media Mütəxəssisi

Son tarix 07 may 2022 – [email protected]

İş barədə məlumat:

  • Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi
  • Sosial media üçün Aylıq post planının hazırlanması
  • Sosial media üçün yaradıcı post ideyalarının düşünülməsi
  • Sosial media paylaşımları, müştəri rəylərinin və sorğuların cavablandırılması
  • Tik-tok video çəkiliş+montaj

Namizədə tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili (rus dili arzulolunandır)
  • Nəzakətli, dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli və həvəsli olmalı
  • Komandada işləmək bacarığı        

İş şəraiti:

  • İş saatı: 10:00-19:00
  • Əmək haqqı: 500 AZN
  • Əlavələr: AR əmək məcəlləsinə görə sənədləşmə
  • İş yeri: Kövkəb Səfərəliyeva küç. 14

Müraciət qaydaları:

Aşağıda qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “SMM “adını yazıb CV göndərməklə müraciət edilir.

VAKANSIYA 4

Zəhmət – Ruzi MMC

Baş mühasib

Son tarix 07 may 2022 – [email protected]

Əsas vəzifə və öhdəlikləri:

  • Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi
  • Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi
  • Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi
  • Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq
  • Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • BTP proqramı, 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s. , e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
  • Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamanması

Tələblər olunan keyfiyyətlər:

  • Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
  • Mühasibatlıq üzrə min.5 il iş təcrübəsi;
  • Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
  • İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.
  • Məsuliyyətli və işində dəqiq;
  • Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;

İş barədə məlumat:

  • AR qanunvericikliyinə uyğun sənədləşmə
  • İş yeri Xırdlan şəhəri
  • İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək, istirahət günləri şənbə, bazar
  • Şirkət hesabına nahar
  • Əmək haqqı 1700-2000 AZN (namizədin bilik və bacarığından asılı olaraq dəyişir)

Maraqlananlar CV-lərini  mövzu yerinə “ Baş mühasib” yazaraq mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSIYA 5

Badamlı

Ofis menecer

Son tarix 07 may 2022 – [email protected]

İş barədə məlumat: 

  • Ofis xidmətlərinin təmin edilməsi və nəzarətdə saxlanılması
  • Görüşlərin və tədbirlərin təşkili, müvafiq təqvimlərin tutulması 
  • Telefon zənglərinin qəbulu və qeydiyyatının aparılması 
  • Müxtəlif kanallardan daxil olan bütün yazılı və şifahi müraciətlərin qeydiyyatının aparılması və nəticələrinin izlənməsi 
  • GPS sistemdən müvafiq hesabatların alınması və izlənməsi 
  • Sənəd dövriyyəsinin təşkili və reyestrinin aparılması 
  • Talonların hazırlanması, işçilərə təqdiminin və hesabatlılığının təmini 
  • Poçt, e-poçt və kuryerlə sənədlərin göndərilməsinin təmini    
  • Elanların və anonsların yerləşdirilməsi 
  • Qonaqların və namizədlərin qarşılanması, yönləndirilməsi və qeydiyyatının aparılması
  • Rəhbərliyə və qonaqlara çay, su, kofe verilməsi
  • Ofis üzrə aylıq dəftərxana ləvazimatları ehtiyaclarının müəyyənləşdirilməsi və tələbin müvafiq bölməyə göndərilməsi
  • Ofisin inzibati işlərinə nəzarət və problemlər haqqında məlumatın vaxtında təqdim edilməsi 
  • İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi  
  • İş qrafiki: həftənin 1-6 günləri 
  • İş saatı: 09:00 – 18:00, 6-cı gün qısa iş günü
  • Əmək haqqı: 500 AZN  

Namizədə tələblər:

  • Ali təhsil 
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Mükəmməl səviyyədə Azərbaycan dili və səlis nitq qabiliyyəti
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı 
  • Kargüzarlığın aparılması üzrə bilik və təcrübə
  • İdarəetmə, kreativlik, komandada və operativ işləmə bacarıqları 
  • İcraçılıq, məhsuliyyət, detallara diqqət və öyrənmə istəyi vacibdir

Tələblərə uyğun namizədlərdən CV-lərini “Ofis menecer” başlığı altında e-ünvanına göndərmələri  xahiş olunur. 

Xanım namizədlərə üstünlük veriləcək. 

VAKANSIYA 6

Kontakt Home

Hüquq işləri üzrə inzibatçı

 Son tarix 07 may 2022 – müraciət etmək 

Vəzifə öhdəlikləri:

  • Müxtəlif hüquqi sənədlərin hazırlanması;
  • Müvafiq məlumat bazasının yaradılması;
  • Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.

Tələblər:

  • Ali təhsil (hüquq təhsili üstünlükdür);
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
  • Tələbkarlıq, obyektivlik, məsuliyyətlilik;
  • Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı);
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
  • 600 AZN əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSIYA 7

Baku Accountants Associates MMC

Mühasib

Son tarix 07 may 2022 – [email protected]

İş barədə məlumat:

  • Elektron qaimələrin yazılması, təhvil – təslim aktları hazırlanılması;
  • E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı; 
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
  • Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq, illik hesabatlar tərtib etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günləri;
  • Əmək haqqı – 400-600 AZN;

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi; 
  • Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində  biliklərə sahib olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə: 070-611-77-51 Nicat Məhmərzayev

VAKANSIYA 8

Starcom

Office Manager

Son tarix 07 may 2022 – [email protected]

İş barədə məlumat:

  • Müştərilərin qarşılanması və qeydiyyatı
  • Telefon zənglərinə cavab verilməsi və yönləndirilməsi
  • Gələn informasiyaların toplanması və uyğun olan struktur bölmələrinə ötürülməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
  • Rəhbərliyə inzibati işlərdə dəstək
  • Xidmətlərin keyfiyyətli və ən yüksək səviyyədə göstərilməsi
  • İş günləri: 5 gün, saat 09:00-dan 18:00-dək
  • Əmək Məcəlləsi-nə uyğun sənədləşmə

Əmək Haqqı- 500 AZN

Namizədə tələblər:

  • Azərbaycan vətəndaşlığı
  • Dil bilikləri: Azərbaycan və rus dili (ingilis dili biliyi üstünlükdür)
  • Səliqəli, punktual, xoş görünüşlü
  • Təhsili: Orta ixtisas və ya Ali
  • Kompüter bacarıqları: Office proqramları – Word, Excel
  • Ünsiyyət, düzgün diksiya və məlumatın ötürülməsi bacarığı
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.

CV-siz namizədlərə baxılmır.Seçimlərə düşmək üçün cv göndərmək mütləqdir!

CV-lərinizi fotoşəkil ilə birlikdə elektron ünvanına “Office Manager” başlığı altında göndərməyiniz mütləqdir.

VAKANSIYA 9

Azmerika

Qrafik dizayner

Son tarix 07 may 2022 – [email protected]

Namizədə tələblər:

  • Photoshop, Illustrator yaxud Corel Draw biliyi
  • Google üzərindən axtarış etməyə yetəcək səviyyədə İngilis dili biliyi

İş haqqında məlumat:

  • Sosial Media postlarının hazırlanması
  • Şirkətin brendinqinə uyğun reklam posterlərinin hazırlanması
  • İş qrafiki – həftənin 6 günü  09:00 – 18:00
  • Əmək haqqı: İlk 3 ay üçün 500 AZN
  • Ünvan: Bakıxanov qəs, Bəşir Bünyadov küç

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərin mövzu yerində “Qrafik dizayner” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur.

Freelancer nəzərdə tutulmur, SMM şirkətləri müraciət etməsin.

VAKANSIYA 10

Deniz Egece Neuroscience Academy

Zənglər mərkəzinin mütəxəssisi

Son tarix 07 may 2022 – [email protected]

Zəruri tələblər:

  • Azərbaycan dilini səlis bilməli (Rus dili arzu olunandır)
  • Səlis və aydın intonasiya ilə nitq bacarığı 
  • Telefonda ünsiyyət və dinləmə qabiliyyəti 
  • Fikrini aydın ifadə etmə və təqdimat bacarığı
  • Xoş səs tonuna malik olmalı
  • Komanda ilə işləmək bacarığı
  • Satış təcrübəsi arzu olunandır 

Vəzifələr:

  • Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək
  • Telemarketing (şirkət məhsullarının satışını təmin etmək)
  • Müştərilərə məhsul və xidmətlərlə bağlı məlumat vermək
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək 

İş qrafiki: Bazar ertəsi – Cümə tam iş saatı, Şənbə günü qısaldılmış iş saatı.

Əmək haqqı: 400-1000 AZN (əmək fəaliyyətinə əsasən sonra əmək haqqında artım olunacaq) və bonus

Qeyd: Yalnız xanım namizədlərin müraciətlərinə baxılacaq. 

CV göndərərkən “subject” (mövzu)  bölməsində “Zənglər mərkəzinin mütəxəssisi” sözünün yazılması mütləqdir.

VAKANSIYA 11

Miniso Co LLC

Satış Təmsilçisi

 Son tarix 07 may 2022 – [email protected]

Tələblər

  • Təhsil: Ali və ya orta;
  • Azərbaycan dilini və Rus dilini bilməsi üstünlükdür;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;
  • Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

  • Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.

Biz Siz təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;

Əmək haqqı : 400 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Satıcı ”  qeyd edərək öz CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.

VAKANSIYA 12

C.Q PARTNERS MMC

Mühafizə rəisi

Son tarix 07 may 2022 – [email protected]

Öhdəliklər:

  • İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, depo (anbar), mal-materialların mühafizəsini təmin etmək;
  • Növbə zamanı əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı, sənədlə düzgünlüyünün ciddi yoxlanmasını təmin etmək ;
  • Müəssisənin ərazisinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını tələb etmək; 
  • Müəssisənin mühafizəsini təmin etmək məqsədi ilə növbədə olduğu müddətdə əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin ciddi yoxlanmasını təmin etmək
  • Mühafizə işçilərinin növbə cədvəlini təyin etmək
  • Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini təmin etmək ;
  • Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi ;
  • Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası ;
  • Daxili təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək ;
  • Fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq, rəhbərliyə hesabatlar vermək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirmək

Namizəddən tələblər:

  • Mühafizə işinin təşkilində minimum 3-5 il iş təcrübəsi ;
  • Yaş həddi 25 – 40 ;
  • Boy 173 sm – dən yuxarı olmalı ;
  • Komandada işləmək bacarığı ;
  • İnsanlarla münasibətdə birtərəfli baxış ;
  • İşində məsuliyyətli, ciddi və dəqiq olmalı ;
  • Çevik və düzgün qərar verməyi bacaran ;
  • Hərbi xidmət keçmiş olmalı ;
  • Məhkumluğu və hər hansı alüdəçiliyi və pis vərdişləri olmamalı ;
  • Şifahi nitq və ünsiyyətdə yüksək səviyyədə bacarığı olmalı ;
  • İnsan idarəetmə bacarığının yüksək olması;
  • Dürüst olmaq;

Əmək haqqı: 800 manat.

VAKANSIYA 13

MSDIS Holding

Mal-material üzrə mühasib

Son tarix 07 may 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
  • Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
  • Sistemə yeni mal-materialın adlarını daxil edilməsi;
  • Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
  • Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
  • Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
  • Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
  • İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
  • Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
  • Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
  • Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir;
  • Məxfilik prinsiplərini pozmamaq.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
  • Tikinti və istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
  • Müvafiq sahə üzrə sertifikatları olmalı;
  • 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, , 
  • MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
  • Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: müsahibə əsasında təyin olunur
  • İş yeri: Nərimanov rayonu.
  • Əlaqə nömrəsi:051-201-21-97

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində Mal-material üzrə mühasib qeyd edərək e-ünvanına göndərə bilərlər. 

Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSIYA 14

PASHA Life

Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi

Son tarix 01 may 2022 – https://pasha-life.az/about/#career

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 30.04.2022-ci il.

Vəzifə Öhdəlikləri:

  • İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
  • Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • Aktiv və öhdəliklərin valyuta, durasiya, konveksiti, faiz və s. bu kimi meyarlar əsasında uzlaşdırılması və immunizasiyası;
  • İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
  • Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
  • IFRS 9 standartlarına uyğun olaraq makrokalibrasiyanın aparılması
  • Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası) sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
  • Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla
  • Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSIYA 15

PASHA Insurance

Satış üzrə assistent (Xaçmaz nümayəndəliyi)

Son tarix 07 may 2022 – [email protected]

Vəzifə və öhdəliklər:

  • Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
  • Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
  • Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
  • Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
  • Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
  • Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
  • Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi

Biliklər:

  • Ali təhsil –  Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək

Təcrübə:

  • Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir

Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı
  • Dəqiqlik
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı

Son müraciət tarixi: 07 may 2022.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. 

VAKANSIYA 16

Ram Holding

İşə Qəbul üzrə Mütəxəssis

Son tarix 07 may 2022 – [email protected]

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (Upper-İntermediate), Rus dili (arzuolunandır);
  • Kompüter bilikləri: MS Excel bilikləri (Pivot Table, VlookUp, SumİFS funksiyalarından istifadə edə bilən);
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;

Vəzifə öhdəlikləri:

  • Daxil olan işçi tələb formalarını təhlil edilməsi;
  • Mövcud vakansiyalar üzrə iş elanlarını hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibələrin təşkili və keçirilməsi;
  • Zərurətə əsasən işə qəbul testlərinin həyata keçirilməsi;
  • Yeni əməkdaşların adaptasiya proseslərinə nəzarət edilməsi;

İş şərtlərimiz:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Çalışacağınız ünvan: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
  • Şirkət tərəfindən nömrə ilə təmin olunma;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə Qəbul üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSIYA 17

Irshad Electronics

Satış təmsilçisi (Gəncə, Şəmkir və Tovuz)

Son tarix 07 may 2022 – [email protected]

Vəzifə və öhdəliklər:

  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Mükəmməl kommunikasiya qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; 
  • Ali təhsilə üstünlük verilir;
  • Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;

Tələblər:

  • Yaş: 23-29 arası;
  • Cinsi: kişi;
  • Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
  • Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır.

VAKANSIYA 18

Kontakt Home

Merçendayzer

Son tarix 07 may 2022 – müraciət etmək

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
  • Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
  • Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
  • Merçendayzinqin əsaslarını üzrə biliklər;
  • Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
  • İş ilə bağlı səyahət etmək imkanı.

İş şəraiti:

  • İş günləri: I-VI günlər;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSIYA 19

Kəngərli

Satınalma meneceri

Son tarix 07 may 2022 – [email protected]

İş barədə məlumat:

  • Tikinti, mühəndisi-geologiya sahəsi bazarında layihələrin axtarışı
  • 5 günlük iş həftəsi

Namizədə tələblər:

  • Əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq müsahibə zamanı müəyyən edilir
  • Müvafiq sahədə axtarış təcrübəsi
  • Tikinti sahəsində iş təcrübəsi 3-5 il
  • Tikinti sahəsində şirkətlər haqqında məlumatın olması
  • Yaxşı analitik və ünsiyyət qurma, danışıqların aparılması bacarıqları
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli

Əlaqə nömrəsi: 050 314 40 14

VAKANSIYA 20

Ferrum Capital

Marketinq bölməsində Copywriter

 Son tarix 07 may 2022 – [email protected]

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil;
  • 21-29 yaş aralığında gənclər;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı düşüncə;
  • Maraqlı portfolioya sahib olmaq;
  • Azərbaycan dilində mükəmməl yazma qabiliyyəti (əlavə xarici dil üstünlükdür);
  • Müvafiq sahədə 1-2 il iş təcrübəsi (Reklam agentliyində təcrübəsi olanlara üstünlük veriləcək)

Copywriter nə iş görür?

  • Şirkətin məhsul və xidmətləri ilə bağlı yaradıcı kampaniya təkliflərini təqdim etmək;
  • Sosial Media üçün kontent yaratmaq, kreativ post ideyaları hazırlamaq, mətnlərin yazılması və redaktə edilməsi;
  • Kampaniyalar üçün sloqanlar düşünmək;
  • Müştərilərin diqqətini cəlb edəcək mətnlər hazırlamaq və yaradılan kontentlərin nəticələrini analiz etmək;
  • Video kontentlər üçün ssenarilər hazırlamaq;
  • Ehtiyac olduğu halda bütün növ reklam, PR mətn və ideyalarının hazırlanması.       

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:30 – 18:30
  • Əmək haqqı: 500-800 AZN

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Copywriter” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

fed.az