İki qlobal tanker operatoru birləşmə haqqında saziş imzalayıb

270

Qlobal tanker operatorları “Frontline” və “Euronav” mümkün birləşmə haqqında saziş imzalayıblar.

“Seanews.az” xəbər verir ki, birləşmiş şirkət “Frontline” adı altında fəaliyyətini davam etdirəcək. Yeni şirkətə hazırda “Euronav”-ın baş direktoru olan Huqo De Stup rəhbərlik edəcək.

“Euronav” və “Frontline”-in səhm mübadiləsi nisbəti müvafiq olaraq 1:1,45 təşkil edəcək. Nəticədə, “Euronav” səhmdarları birləşmiş şirkətin səhmlərinin 59%-nə, “Frontline” səhmdarları 41%-nə sahib olacaqlar.

“Sövdələşmə tənzimləyicilər, səhmdarlar və kreditorlar və digər strukturlarla razılaşdırılmalıdır. Şirkətlərin birləşməsinin tamamlana biləcəyi vaxt haqqında danışmaq tez olsa da, tərəflər arasında yekun qərarın əldə olunacağına zəmanət yoxdur, çünki əməliyyatın başa çatması bir neçə şərtdən asılıdır”, -deyə bəyanatda bildirilir.

Birləşmə baş verərsə, bazar qiyməti 4,2 milyard dollar təşkil edəcək yeni şirkət 69 iri tankerdən, 57 “Suezmax” və 20 “LR2/Aframax” tipli gəmidən ibarət donanmanı idarə edəcək.