Avropa son iki ildə ilk dəfə BƏƏ-dən neft alacaq

66

Fransanın “TotalEnergies” enerji şirkəti Rusiya neftini əvəzləmək üçün mayın əvvəlində 2020-ci ildən bəri ilk dəfə Birləşmiş Ərəb Əmirliklərindən Avropaya neft tədarük edəcək “Moskva Spirit” tankerini icarəyə götürüb.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.

“”TotalEnergies”-in gəmiçilik qolu “Moscow Spirit” “Suezmax” tankerini Birləşmiş Ərəb Əmirliklərinin Jebel Dhanna limanından Böyük Britaniyaya 1 mln. barel “Murban” markalı nefti göndərmək üçün icarəyə götürüb”, – məlumatda qeyd olunur.

Əlavə edilir ki, çatdırılma 1-3 may tarixlərinə planlaşdırılıb.

Qeyd olunur ki, “Das” markalı neft sonuncu dəfə Abu Dabidən Avropaya 2020-ci ilin may ayında İtaliyaya göndərilib.