VAKANSİYA 1
Vega Travel Management
Daxili və Xarici turlar üzrə mütəxəssis
Son tarix 26 may 2022 – amrah.rahimli@vega.az
Namizədə tələblər:
- Aviabilet bronlaşdırma sistemləri ilə işləmə bacarığı (Galileo GDS);
- Turizm sahəsində tur menecer olaraq ən azı 1-2 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Səlis və işgüzar ünsiyyət qurma bacarığına sahib olmaq;
- Diqqətli, punktual və məsuliyyətli olmaq;
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
İş vəzifələri:
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Zamana və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi;
- Aviabiletlərin yazılması;
- Xarici və Azərbaycandaxili tur paketlərin hazırlanması;
- Sığortanın yazılması;
- Daxili və ya xarici partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
- Tərəfdaşlarla müqavilələr bağlamaq;
- B2B sistem üzərindən otellərin bronlaşdırılması;
- Viza anketlərin doldurulması;
İş şəraiti:
- İş qrafiki: həftəiçi 5 gün, şənbə yarı-iş günü (həftəlik 40 saat);
- İş yeri: distant və ya ofisdən (müsahibə zamanı qeyd olunacaq);
- Əmək haqqı: 600-700 AZN (namizədin bilik və təcrübəsinə uyğun təyin olunur)
VAKANSİYA 2
Balli Bisi
Korporativ Satış üzrə Mütəxəssis
Son tarix 26 may 2022 – hr@ballibisi.az
İşin təsviri:
- Bazarın araşdırılması etməklə korporativ müştərilərin cəlb edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
- Vaxtaşırı korporativ görüşlərin təşkil olunması
- Şirkətin korporativ yönümlü satış həcminin artırılmasına dəstək
- Aylıq satış hədəfləri doğrultusunda fəaliyyətin təmin edilməsi
- Yüksək səviyyədə müştəri məmnuniyyətinin qorunub saxlanılması
Tələblər:
- Marketinq, satış, biznesin inkişafı və ya vəzifəyə uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
- Vəzifə üzrə 1-3 il iş təcrübəsi
- Azərbaycan və Rus dillərində səlis danışıq
- Satışın psixologiyası, əsasları və strukturu ilə bağlı biliklər
- MS office proqramları üzrə biliklər ( Word,Excell)
- Yüksək səviyyədə kommunikasiya və təqdimat bacarığı
- Aktiv, məsuliyyətli, punktual
İş qrafiki:
- Ünvan: .Şamaxinka, 20 yanvar küç 15C,
- İş rejimi: 09:00 – 18:00 ( 6. gün 16 :00)
- Əmək haqqı: 800 – 1100 AZN + bonus
Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış üzrə Mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.
VAKANSİYA 3
BESHOME MMC
Mühasib
Son tarix 26 may 2022 – afraalisoy@gmail.com
İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00
Əmək haqqı: 800-1200 manat.
İş barəsində:
- Muhasibat sahəsnində azı 3 il təcrübəsi olan əməkdaş (istehsalat üzrə muhasib, mebel sahəsindən olanlara üstünlük veriləcək) axtarılır. Əməkdaşa qarşı tələblər aşağıdakı kimidir:
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq
- İstehsalat üzrə mühasibat əməliyyatlarının aparılması
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
- ƏDV ilə işləmə bacarığı
- Bəyannamələrin hazırlanması və göndərilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
- 1S (8.3 muhasibatlıq) proqramında işləmə bacarığının olması.
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Əlaqə nömrəsi: 0507495578 Fatimə xanım
VAKANSİYA 4
Buta Agro
Marketinq üzrə menecer
Son tarix 26 may 2022 – hr@butagroup.com
Vəzifə haqqında məlumat:
Şirkət maraqlarının təmin olunması məqsədilə, satış istiqamətində operativ qərarların qəbulu, istehsal olunan məhsulların rəqabətə davamlılığının təyini, yeni istehlak bazarlarının araşdırılması, mövcud bazar durumunun analizi və digər bu kimi istiqamətlərdə bazar araşdırmaları həyata keçirir.
Vəzifə öhdəliyi:
- Marketinq planının hazırlanması və həyata keçirilməsi;
- Marketinq kampaniyalarının büdcəsinin tərtibatı;
- Brendlərin təşviqinə, dövriyyənin artırılmasına, dilerlərin fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
- Şirkətin ticarət nişanlarının atributlarının, brendinq standartlarının hazırlanması;
- İnternet marketinqi üçün layihənin idarə edilməsi (veb-saytlar, şəbəkə PR, məlumat lövhələrində, axtarış portallarında və s.);
- Marketinq proqramlarının həyata keçirilməsi üçün üçüncü tərəf təşkilatları arasında müsabiqənin hazırlanmasını və keçirilməsini təmin etmək;
- Üçüncü şəxslərlə müqavilələrin hazırlanması və bağlanması;
- Təsərrüfat subyektlərinin fəaliyyətinin effektivliyini müəyyənləşdirmək üçün onların istehsal-təsərrüfat , kommersiya və satış fəaliyyətinin təşkili və idarə edilməsi üzrə tədqiqatın aparılması
- Təsərrüfat subyektlərinin fəaliyyətinin effektivliyini müəyyənləşdirmək üçün onların istehsal-satış fəaliyyəti göstəricilərinin analizi
- Tələblərin öyrənilməsi, təsərrüfat subyektlərinin biznes müvəffəqiyyətini təmin etmək üçün seqmentləşdirmə kriteriyaları (coğrafi, demoqrafik, iqtisadi və.s) vasitəsilə bazarın seqmentləşdirilməsi
- Marketinq tədqiqatlarını özündə əks etdirən periodik hesabatların hazırlanması.
Bilməlidir:
- Marketinq və reklam fəaliyyətinin təşkilinə dair qanunvericilik, əsasnamə;
- Cəmiyyətin təşkilati strukturunu, məhsulların marketinq sistemini, onun fəaliyyət qaydasını, şöbənin işinin təşkilini;
- Şirkətin marketinq dəstəyinə olan ehtiyaclarını ödəmək üçün şöbənin vəzifələri, bu problemləri həll etmək bacarığı;
- Marketinq fəaliyyətinin təhlili üsullarını;
- Cəmiyyətin digər bölmələri ilə təşkilati və informasiya qarşılıqlı fəaliyyəti qaydasını;
- Marketinq planlarının işlənib hazırlanması qaydasını;
- Marketinq fəaliyyətinin nəticələrinin operativ uçotunun təşkili;
- Şöbənin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi meyarları;
- Marketinq sahəsində qabaqcıl yerli və xarici təcrübə;
- Şöbənin sənədləşdirilməsinin tərkibini və strukturunu;
- Kompüter texnologiyası, rabitə və rabitə vasitələri (CRM, dizayn proqramlarından istifadə bilikləri, web page management, )
- Qablaşma və reklam dizaynı
Bacarıqlar:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- İşgüzarlıq;
- Müştəriyə oriyentasiya;
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint), Adobe illustrator, Adobe photoshop, Corel Draw
Tələblər:
- Marketinq sahəsi üzrə ali təhsil
- Marketinq üzrə menecer vəzifəsində ən az 1 il iş təcrübəsi
- Rus dili mükəmməl, ingilis dili arzu olunan
Təminatlar:
- Əmək haqqı: 1200-1500 AZN
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.
Vakansiyaya uyğun namizədlər CV-lərini “Marketinq üzrə menecer” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Əlaqədar şəxs: Səidə Ağayeva 050-268-45-95
VAKANSİYA 5
Mühasib (istehsalatda)
Son tarix 26 may 2022 – azbread2019@gmail.com
Vəzifə borcları:
- Uçot və nəzarət: daxil olan xammal, müəssisədəki xammalın hərəkəti, istehsal olunan məhsulların miqdarı, hazır məhsulların göndərilməsi, xammal və hazır məhsulların qalığı. Əməkdaşların iş saatının tabelinin aparılması.
Tələblər:
- Cinsi: kişi
- Yaş: 25-35 yaş arası
- Təhsil: Ali təhsil (üstünlük iqtisadi),
- Biliklər: Kompyüter biliyi (Excel, World), rus dilini bilmək.
- Anbarda və ya istehsalatda təcrübə arzu olunandır.
İş saatı: Hər gün 9:00-18:00, Şənbə günü qısa gün, istirahət günü: bazar
Əmək haqqı-700-800 azn
Əlaqə nömrəsi: +99451 255 99 91
VAKANSİYA 6
Atlaskorp LLC
Satış üzrə kiçik mütəxəssis/ asistant
Son tarix 26 may 2022 – сv@atlas.az
Tələb edilir:
- Xanım işçi
- İş təcrübəsi olması mütləq deyil
- Texniki ixtisas üzrə ali təhsilə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, (Rus dili arzuolunandır)
İşin təsviri:
- Telemarketinq və bazar araşdırması (Öncədən müəyyən edilmiş proqram üzrə)
- Müştərilərə təklif formalarının hazırlanması
- Satış sonrası prosesin izlənməsi və bununla bağlı müəyyən əməliyyatların icrası
- Ofis proqramlarında işləməyi bacarmalı
- Aktiv, ünsiyyətçil, öyrənməyə meyilli və təqdimat bacarığı olmalıdır.
İş barədə məlumat:
- İş həftədə 5 gün
- Şənbə və bazar-istirahət günləri
- İşçi ARƏM uyğun işə qəbul olunacaq
- Əmək haqqı işçinini iş təcrübəsinə əsas olaraq təyin ediləcək.
Ünvan: Bakı şəhəri , Badamdard şosesi 165
Müraciət qaydası:
Müraciət üçün CV-ni elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik müraciət zamanı mövzu hissəsində vəzifənin adını qeyd edəsiniz.
VAKANSİYA 7
PRİME Accessories Mağazalar Şəbəkəsi
Mağaza Rəhbəri
Son tarix 26 may 2022 – vakansiya@bhe.az
İş barədə məlumat:
- Özü və tabeçiliyində olan əməkdaşların daxili nizam-intizam qaydalarına əməl edilməsini təmin etmək;
- Özü və tabeçiliyində olan əməkdaşların işində davamiyyətli olmasını, işə vaxtında gəlmək, işdən vaxtında getmək və iş saatlarında yüksək məcburiyyət olmadan iş yerini tərk etməməsini təmin etmək;
- Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət etmək;
- Mağazanın fəaliyyəti ilə əlaqədar daxili hesabat formalarını, onların təqdimetmə müddətliliyini və vaxtını birbaşa rəhbəri ilə razılaşdırmaq və öz işində tətbiq etmək;
- Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək
- Şirkətin təşkil etdiyi həftəlik iclaslarda iştirak etmək və hesabat vermək
- Karyera imkanı
- Həftədə 1 gün istirahət
- Əmək haqqı: Min: 700 azn + bonus
Namizədə tələblər:
- Kommunikasiya bacarıqları
- Ali təhsil (üstünlük verilir)
- İş təcrübəsi: minimum 3 il
- Dil bilikləri (azərbaycan, rus)
- Kompüter bilikləri (MS Office)
- Yaş: 22-35 yaş
- Gülərüz
- Ünsiyyətcil
- Stressə davamlı
- Satış texnikalarını bilməli
- İnsanlarla ünsiyyət qurma bacarığı
- Fikrini sərbəst çatdırma qabiliyyəti
- Səliqəli xarici görünüş
- Punktual
- Komandada işləmək bacarığı olan
- Problem həll etmə qabiliyyəti
- Satış hədəflərinə çatdırmaq
- Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
- Fiziki sağlam
- Fərdi inkişafa meyilli.
Maraqlanan namizədlərdən CV-lərini mail adresinə göndərməkləri xahiş olunur.
VAKANSİYA 8
Emsa Food
Maliyyə şöbəsinin rəhbəri
Son tarix 26 may 2022 – eminibrahimov@emsa.az
İş yeri: Bakı şəhəri
Vəzifələr:
- Cəmiyyətin maliyyə-iqtisadi vəziyyətini təhlil edir;
- Mənfəət əldə etmək məqsədilə Cəmiyyətin maliyyə vəsaitlərini idarə edir;
- Maliyyə planının və büdcəsinin yerinə yetirilməsini təmin edir;
- Cəmiyyətin öz vəsaitlərinin kənardan cəlb etdiyi vəsaitlərin məqsədyönlü və səmərəli istifadəsini təmin edir;
- Pul vəsaitlərinin düzgün xərclənməsinə nəzarət edir;
- Pul vəsaitlərinin dövriyyəsinin (hərəkətinin) hesabatının təşkili və maliyyəşmə ilə bağlı problemlər barədə hesabat hazırlayır;
- Məliyyəşmənin operativ həyata keçirilməsini təmin edir, hesablaşma və ödəniş üzrə öhdəlikləri yerinə yetirir.
- Şirkətinin maliyyə-iqtisadi fəaliyyətinin analizini aparır, şirkətin maliyyə resurslarını, perspektivdə olan (qısamüddətli və uzunmüddətli) maliyyə ehtiyaclarını qiymətləndirir.
- Əvvəlki maliyyə dövrü üzrə maliyyə analizini həyata keçirir.
- Şirkətinin rəhbərliyi tərəfindən təsdiqlənmiş strateji inkişaf planına müvafiq olaraq şirkətin maliyyə strategiyasını inkişaf etdirir.
- Həftədə bir dəfə işlərin gedişatı haqqında rəhbərliyə hesabat verir.
- Perspektivdə həll olunması vacib olan maliyyə problemlərini müəyyən edir və bu problemlərin həlli yolları haqqında təkliflər verir, istifadəsi zəruri olan maliyyə imkanlarını müəyyən edir.
- Şirkətinin maliyyə-iqtisadi vəziyyətinin əsas göstəricilərini planlayır.
- Şirkətinin maliyyə stabilliyini proqnozlaşdırır və qiymətləndirir.
- Maliyyə planını təsdiqlənməsi üçün rəhbərliyə təqdim edir.
- Vegi hesabatlarının hazırlanmasına nəzarət etmək və yekun təsdiqini təşkil etmək.
- Şirkətin üzləşəcəyi vergi risklərini daim analiz etmək və bu barədə rəhbərliyi mütəmadi olaraq məlumatlandırmaq.
Namizədlər üçün tələblər:
- Аli iqtisаd təhsili;
- Yaş həddi – 25-40 yaş;
- Cinsi – Kişi;
- Mаliyyə sаhəsində 5 (beş) ildən аz оlmаyаrаq iş təcrübəsi;
- Maliyyə auditi və ya məsləhət xidmətləri sahəsində yerli və beynəlxalq şirkətlərdə iş təcrübəsi
- Beynəlxalq maliyyə standartlarını bilmək ACCA F3 və F7 və ya DipIFR sertifikatları arzu olunandır.
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
- Azərbaycan, rus və ingilis dillərində savadlı yazı və mükəmməl şifahi vərdişlərə malik olmaq;
- Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
- Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
- Kompüterdə Windows, Word, Excel, 1 C.proqramlarının mükəmməl bilməsi, Micro proqramında bilik sahibi olması arzu olunandır.
İş haqqında:
- İş qrafiki: həftənin 6 gün, saat 09:00-dan 18:00-dək.
- Şənbə günü – qısadılmış iş günü.
- Qidalanma və rabitə xərcləri şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Maliyyə şöbəsinin rəhbəri” yazaraq göndərilməsi xahiş olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 9
Trion Trade
Ekspeditor
Son tarix 26 may 2022 – hr.manager@trion.az
Tələblər:
- Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
- Sürücülük vəsiqəsi + şəxsi avtomobil (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
- Şəxsi avtomobil mütləqdır.
- Azərbaycan dilini, rus dilini səlis bilməlidir
- İş təcrübəsi: Satış sahəsində azı 2 il iş stajı (qeyri-qida sektorunda təcrübəsi: arzu olunandır)
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
- Dəqiq və işinə qarşı məsuliyyətli olan
- Ünsiyyətcil və yüksək danışıq qabiliyyəti
- İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
İş barədə məlumat:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kompaniyalar haqqdında məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək
- Məhsulun təqdim edilməsi.
- Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
- Mağazada və anbarda olan malların qiymətləri, ölçüləri, miqdarı və s. barədə məlumatları bilmək.
- Satış sonrası işin izlənməsi
- Hesabatlar
- Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi.
- Əmək haqqı:900-1000 AZN
İş qrafiki:
- Bazar ertəsi -Şənbə
- Saat:09:00-dan-17:00-dək
VAKANSİYA 10
Bizim Market
Satıcı
Son tarix 26 may 2022 –
İş haqqında məlumat:
- Vitrinlərin doldurulması, satışın həyata keçirilməsi;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək .
Namizədə olan tələblər:
- Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
- Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Əmək haqqı 320 manat;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəlişi imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
VAKANSİYA 11
Company
Project Manager
Son tarix 26 may 2022 – saraasad@mail.ru
Условия:
- Владение азербайджанским и русским языком;
- Быстрая обучаемость, трудолюбие, ответственность и порядочность;
- Опыт управления проектной командой;
- Участие в предпродажных мероприятий (встречи с заказчиком, презентации и т.д.);
- Определение состава работ и последующий Контроль качества выполнения проекта;
- Определение сроков и последующий Контроль осуществления и сдачи проекта;
- Определение участников и последующий Контроль работы команды проекта;
- Постановка задач и последующий Контроль выполнения задач по проекту;
- Обеспечение коммуникации между участниками проекта;
Заработная плата: по договоренности
Возраст: 25-45 лет
Рабочий график: 9-ти часовой рабочий график
Локация: Azure Business Center
Просьба CV посылать на вышеуказанный Mail.
Контакты: +994 77 481 45 87
VAKANSİYA 12
Grand Agro MMC
Keyfiyyətə Nəzarət üzrə Baş Mütəxəssis
Son tarix 26 may 2022
Təsvir:
- Müəssisədə qida təhlükəsizliyi və keyfiyyət sisteminin qurulmasında iştirak
- Müəssisəyə daxil olan maddi resurslara dair (xam mal, köməkçi materiallar, qida əlavələri, hazır məhsul və s) normative texniki sənədlərin izlənməsi və tətbiqi.
- Məhsulun ilk girişdən çıxışına qədər izlənmə prosesinə NTS uyğun nəzarət
- Texnoloqla bərabər hazırlanmış məhsula dair qəbul meyarlarının və istesal olunmuş məhsulun spesifikasiyaya uyğunluğuna daim nəzarət
- Qəbul olunmuş və rədd edilmiş məhsulların etiketlənməsinə nəzarət
- Məhsula dair qəbul edilən şikayətlər və onunla bağlı düzəldici fəaliyyətlərin qeydiyyatına, icrasına və nəticələrin qiymətləndirilməsinin izlənməsi və nəzarəti
- Məhsulun keyfiyyətinə dair tələb olunan laborator analizlərin aparılmasına nəzarət
- Məhsulun keyfiyyəti barədə məlumatı sifarişçi və istehlakçıya çatdırılmasını təmin etmək (sirafçinin məhsula dair müraciəti, sualı, şikayəti və təkliflərinin cavablandırılması).
- Vaxtaşırı keyfiyyətə nəzarət üçün laborator sınaq proseslərində iştirak etmək və qiymətləndirmək
- Məhsulun keyfiyyətinin artırılması məqsədi ilə texnoloqla birgə xammala və istehsala dair təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
- Bakalavr və ya Magistr – (Kimya, Kimya texnologiyaları və ya Qida mühəndisliyi sahəsində)
- İş təcrübəsi : Minimum 3-5 il
- İnglis dili və Rus dili yaxşı səviyyədə arzuolunandır
- Analitik düşüncə
- Ms. Office.
Əmək haqqı: 1000 – 1500 AZN / ay.
Sosial imtiyazlar:
- Nahar təminatı
- Nəqliyyat xərcləri
- Könüllü tibbi sığorta
- Performansdan aslı olaraq bonuslar
VAKANSİYA 13
Brand Media Groups
Satış Təmsilçisi
Son tarix 26 may 2022 – HR@management.az
Tələblər:
- Təhsil – Ali
- Yaş – 20- 25
- Təcrübə – Tələb edilmir
- Dil bilikləri – Azərbaycan dili , Rus dili
- Proqram bilikləri – Ms Oficce proqramları ( Ms Word , Ms Excel, Ms Power-Point)
- Analitik düşünmə, güclü vaxt idarəetmə və planlaşdırma bacarığı
- Yüksək satış yönümlü inandırma bacarığı
- Güclü yazılı və şifahi ünsiyyət dili
İş barədə məlumat:
- Hazırlanmış satış planlarının həyata keçirilməsi üçün satış menecerləri tərəfindən hazırlanmış və bəyan edilmiş satış ssenarilərinin həyata keçirilməsi və inkişafı;
- Şirkətin ümumi siyasətlərinə uyğun olaraq satışı həyata keçirmək üçün bütün plan və proqramların həyata keçirilməsi, təhlili və hesabatlarının təqdim edilməsi;
- Şirkətin ümumi siyasətlərinə uyğun olaraq satışı həyata keçirmək üçün bütün plan və proqramların həyata keçirilməsi, təhlili və hesabatlarının təqdim edilməsi;
İş şəraiti : Həftə içi 5 gün
İş saat 09:00 başlanır, saat 18:00 bitir
Əmək haqqı – 300 azn + bonuslar
Qanunverciliyə uyğun olaraq sənədləşmə əsasında işə qəbul.
Maraqlananlar mövzu yerinə “Satış təmsilçisi – ADİU “ yazaraq , CV-lərini mail ünvanına göndərə bilər.
VAKANSİYA 14
Texnomart Mağazalar Şəbəkəsi
Kiçik kredit mütəxəssisi (Sumqayıt)
Son tarix 26 may 2022 – hr@srgroupco.com
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş stajı
- Kompüter bilikləri
- Analitik təhlil, yüksək diqqət, təqdim etmə bacarığı
Vəzifələr:
- Kredit almaq üçün müraciət edən müştərilərə kredit məhsulunun şərtləri barədə məlumat verir
- Müştərinin maliyyə təhlilini həyata keçirir
- Kreditin verilməsi ilə bağlı rəsmiləşdirmə əməliyyətını həyata keçirir
- Kreditin portfelinin keyfiyyətinə nəzarət edir
Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə, öz CV-nizi e-mail ünvanına subject/mövzu hissəsində “Kiçik kredit mütəxəssisi” yazıb göndərə bilərsiniz.
VAKANSİYA 15
Company
Merçendayzer
Son tarix 26 may 2022 – azbread2019@gmail.com
İş barədə məlumat:
- İş qrafiki: 8:30-18:00. İstirahət günü: bazar günü.
- Əmək haqqı: 500 + yol pulu.
- Telefon + 99451 255 99 66 Orxan
Tələblər:
- Yaş : 18 – 28
- Cins : qadın
Vəzifə borcları:
- Şirkətin satdığı məhsulları dükanlarda təyin olunmuş rəflərdə standartlara uyğun düzülüşü.
VAKANSİYA 16
BSC Consulting & Outsourcing Company
Baş mühasib
Son tarix 25 may 2022 – hr@bsc-group.az
İş barədə məlumat:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
- Mühasibat müxabirləşmələri mükəmməl bilən
- Mühasibatlıq üzrə ən azı 5-7 il iş təcrübəsi;
- MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti
- İşi planlamaq bacarığı
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı
Əmək haqqı: 1500-1800 manat
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “ Baş Mühasib ” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 17
Bizim Market
Sürücü (Mərkəzi Anbar)
Son tarix 26 may 2022 –
İş haqqında məlumat:
- Sifarişlərin anbardan təlimatlara uyğun şəkildə təhvil alınması;
- Məhsulların vaxtında və təhlükəsiz şəkildə çatdırılma prosesini həyata keçirmək.
Namizədə olan tələblər:
- Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
- B, C kateqoriyalı sürücülük vəsəqəsi;
- Yol hərəkəti qaydaları biliyi yüksək seviyyədə;
- Bakı şəhərində əraziləri tanımalı;
- Ünsiyyətcil, mədəni və xoş ünsiyyət qurmaq bacarığı;
- Yaş həddi (30- 45 yaş).
İş şəraiti:
- 6 günlük iş qrafiki; (6 günlük, I-V günlər, saat 09:00-18:00: VI gün 10:00 – 14:00-dək)
- Şirkət hesabına nahar;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəlişi imkanı;
- Əmək haqqı 300 AZN + bonus
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
VAKANSİYA 18
AMET Services
Ehtiyat hissələri üzrə təchizatçı
Son tarix 25 may 2022 – hr@ametsolution.com
İş yeri: Bakı şəh., Qaradağ rayonu, Şıx qəsəbəsi, Salyan şossesi 12-ci km.
İş rejimi və vaxtı: 5 günlük 8:30-17:00
Əmək haqqı : 1000-1500 AZN
İş haqqında:
- Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
- Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət;
- Etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili və nəzarət;
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
- Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə uyğun şəkildə təşkilinin idarə edilməsi;
- Podratçı və tədarükçülərin müvafiq performansının analiz edilməsi;
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etmək;
- Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və s)
- Satınalmalar üzrə Menecerin tapşırıqlarının icrasına nəzarət və bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatı və təsdiqinin alınması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 3-5 il iş təcrübəsi
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Problemləri həll etmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Ünsiyyət qurma bacarığı.
- Ünsiyyət qura bilməli, punktual, diqqətcil və məsuliyyətli olmalı.
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
Əsas təminatlar:
- Nahar ilə təmin olunur,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Tibbi sığorta ilə təmin olunur.
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün servis avtobusları fəaliyyət göstərir.
Uyğun namizədlər mövzu bölümündə “Ehtiyat hissələri üzrə təchizatçı” yazaraq CV-lərini e-mail ünvanına göndərə bilərlər.
VAKANSİYA 19
Mars Overseas Baku
Aparıcı mütəxəssis (Hesabatlıq bölməsi)
Son tarix 26 may 2022 – career@totalbeverage.group
Vəzifə öhdəlikləri:
- Qrup daxili biznes vahidləri üçün aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və analitik təhlilin aylıq şəkildə həyata keçirilməsi
- İllik Beynəlxalq Maliyyə Standartlarına əsaslanan maliyyə hesabatlarının hazırlanmasını təmin etmək
- Hər hesabat dövrünün sonunda faktiki və büdcə maliyyə məlumatları arasındakı fərqləri müəyyənləşdirmək
- Kənar audit, eləcə də daxili audit yoxlamasının bütün mərhələlərində iştirak emək
- Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir – xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi
- Satış kanalları, biznes modellər, müştərilər üzrə gəlirliyi təhlil etmək və rəhbərlik üçün analitik hesabatlar hazırlamaq
- Satış nöqtələrindən maliyyə vəsaitinin yığılmasını analiz etmək və satış komandasında müvafiq məlumatların göndərilməsini təmin etmək
Tələb:
- Ali təhsil
- Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi
- Azərbaycan dili və İngilis dili mükəmməl səviyyədə
- MS Office proqramları – mükəmməl səviyyədə
- Beynəlxalq maliyyə hesabatları standarlarına dair biliklər
- Mükəmməl analitik və düşünmə bacarıqları
İş rejimi:
- İş yeri – Bakı şəh., Yasamal ray., Hüseyn Cavid pr.198, Mirvari Park yaşayış kompleksi
- İş günləri – həftənin 5 günü
- İş qrafiki – 09:00 – 18:00
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Aparıcı mütəxəssis (Hesabatlıq)” qeyd etməklə göndərə bilərsiniz.
VAKANSİYA 20
Bizim Market
İnventarlaşdırma üzrə mütəxəssis
Son tarix 26 may 2022
Namizədə olan tələblər:
- Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;
- Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
- Pərakəndə sektorunda təcrübəli olmalı;
- Komanda ilə işləmək qabiliyyəti;
- Səbrli və nəzakətli;
- İşgüzar və hədəfyönlü;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş haqqında məlumat:
- Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi (mağaza vitrinləri);
- Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;
- Əsas vəsaitlər siyahısının mütəmadi yenilənməsinin təşkil olunması;
- Aşkar olunan çatışmamazlıqlar barəsində hesabatların hazırlanması.
İş şəraiti:
- 5 günlük iş həftəsi (ayın müəyyən günləri gecə növbəsi);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 400 AZN+bonuslar.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
VAKANSİYA 21
Unimetal
HR Köməkçisi
Son tarix 26 may 2022 – hr@unimetal.az
Əsas vəzifə və öhdəliklər:
- AR-nın Əmək Qanunvericiliyinə, uyğun işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
- Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);
- Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır;
- Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
Namizədə tələblər:
- Ali təhsil
- 1-3 il iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;
- İnzibati sahədə iş təcrübəsi arzuolunandır;
- Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
- AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 500 Azn
- Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A
Namizədlərdən CV-lərini “HR köməkçisi” başlığı ilə göndərmələri xahiş olunur.
VAKANSİYA 22
Prior Leasing
Marketinq üzrə mütəxəssis
Son tarix 26 may 2022 – hr@prior.az
Vəzi̇fə öhdəli̇kləri̇:
- Marketinq planlarının hazırlanması;
- Marketinq tədbirlərin təşkili;
- Filiallarda brend qaydalarının düzgün tədbiqi və nəzarət;
- Outdoor və indoor reklamların yerləşdirilməsi;
- Reklamların effektivliyinin ölçülməsi;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Marketinq materiallarının təmin edilməsi (Promo və print);
- Press Release yazılması;
- Brend tanıtımının ölçülməsi və yüksəldilməsi ilə bağlı yeni təkliflərin hazırlanması.
Nami̇zədlərdən tələblər:
- Marketinq, biznes idarəçiliyi sahəsində bakalavr dərəcəsi;
- İş təcrübəsi 2 il eyni vəzifədə;
- Azərbaycan, rus, ingilis dilləri;
- Mükəmməl ünsiyyət və problem həll etmək bacarığı;
- Analitik düşüncə tərzi
- Namizəd- kişi;
- Sürücülük vəsiqəsi B kateqoriya;
Yuxarıda qeyd olunan şərtlərə uyğun olan namizədlərdən CV-lərini e-mail ünvanına “Marketinq üzrə mütəxəssis” başlığı ilə göndərməkləri xahiş edilir.
VAKANSİYA 23
Azmikroinvest BOKT
İdarə Heyətinin Sədri
Son tarix 25 may 2022 – aghja.talibova@azmikroinvest.az
Vəzifələr:
- BOKT-ın strateji baxışının, missiyasının, strateji planın və digər planların icrası
- BOKT-ın idarə olunmasının həyata keçirilməsi
- Ona verilmiş səlahiyyətlər daxilində BOKT-ın qarşılaşdığı və proqnozlaşdırdığı risklərin idarə edilməsi üçün lazımi qayda və prosedurların işlənməsi, tətbiqini təmin etmək
- Müşahidə Şurasının qərarına əsasən müəyyən edilmiş sahələrə rəhbərlik etmək və məsuliyyət daşımaq, habelə rəhbərlik etdiyi sahələr üzrə müvafiq müqavilələr imzalamaq
- Müvafiq daxili komitələrə, komissiyalara rəhbərlik etməklə onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini təmin etmək və ya həmin komitə və komissiyaların tərkibində müvafiq vəzifələrin icrasında iştirak etmək.
Tələblər:
- Təhsil: Ali
- Yaş: 23-40
- İş təcrübəsi: İnzibatçı vəzifəsində minimum 2 il
- Xarici dil biliyi: Azərbaycan, Rus və İngilis dili
- İş üçün lazım olan digər tələblər: Maliyyə təşkilatlarında işləmə təcrübəsi və işçiləri idarəetmə bacarığının olması.
VAKANSİYA 24
Avant Garde Pharma MMC
Mühasib
Son tarix 26 may 2022 – a.ibadov@avg.az
Şəhər: Bakı
Əmək haqqı: İş təcürbəsindən aslı olaraq dəyişəcək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Azı 2 il iş təcrübəsi;
- Mühasibatlıq hesabatının metodologiyasının biliyi;
- Milli və beynəlxalq maliyə hesabatlarının biliyi;
- Klient-bank ilə iş bacarıqı;
- 1C 8.3 proqramının sərbəst biliyi;
- MS Excel proqramının sərbəst biliyi;
- Müqavilə eləcə də kadr əsaslı işin, kargüzarlıq və xaricə yönləndirilmiş iqtisadi fəaliyətin əsaslarının biliyi
- Qeyri-rezidentlərlə iş təcrübəsi
- Tez və keyfiyyətli qaydada lazım informasiyanın tapılması və sistemləşdirilməsi
Öhdəliklər:
- Şirkətin mühasibatlıq və vergi hesabatlarının aparılması
- Hesabatların 1C proqramına daxil olunması üçün məsələlərin tərtib edilməsi
- Rüsumların, vergilərin və ödənişlərin düzgünlüyünün yoxlanılması
- Maliyə, vergi, statistik və digər hesabatların hazırlanması və fondlara göndərilməsi
- İlkin və mühasibatlıq sənədlərinin, haqq-hesabların, ödəmə öhdəliklərinin və qaydalarının nəzarəti
İş şərtləri: İş cədvəli: 5-günlük iş həftəsi, 09.00-dan 18.00-dək
Tərcümeyi-halları müraciət et bölməsində qeyd olunan elektron ünvana göndərin.
VAKANSİYA 25
OBA marketlər şəbəkəsi
Uçot əməliyyatları üzrə mühasib
Son tarix 26 may 2022 – cv@oba.az
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İqtisadi təhsil mütləqdir)
- ACCA üzrə sertifikatlar üstünlükdür
- Kompüter bilikləri: MS Office (excel əla səviyyədə)
- Yaş: 30 yaşa qədər;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi
- Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli
Vəzifə öhdəlikləri:
- Uçot əməliyyatları üzrə prosesin vaxtında təşkili və idarə edilməsi
- Anbarlar üzrə mal-material uçot məlumatlarının düzgünlüyünün təmin etmək
- Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatlar yoxlanılıb, müvafiq proqrama daxil olunması
- Uçot əməliyyatlarını əks etdirən sənədlərin müəyyən edilmiş tarix üzrə nəzarətinin təmini, vəzifə üzrə aylıq icranı yekunlaşdırmaq
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Uçot əməliyyatları üzrə mühasib” qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 26
AzerSphere
Baş mühasib
Son tarix 25 may 2022 – hr@azersphere.com
Tələblər:
- Əla səviyyədə Azərbaycan və Rus dili, orta səviyyədə İngilis dili biliyi;
- 1C 8.3 Mükəmməl işləmə bacarığı;
- E-gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
- MS Office və mühasibatlıq proqramlarından mükəmməl istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
Hansı işləri görəcəksiniz:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablayacaq;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin ciddi nəzarətdə saxlayacaq;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivlənməsini təmin edəcək;
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
- Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib etmək.
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edilməsi
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
- Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00; Şəndə 10:00-14:00;
- İstirahət günü: bazar
- Korporativ nömrə;
- İş yeri: Nərimanov r-nu, Əhməd Rəcəbli küç. 27A.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq 25.05.2022- ci il tarixinədək elektron ünvanına göndərilməsi xahiş olunur.
VAKANSİYA 27
Элитный ювелирный магазин
Продавец консультант
Son tarix 25 may 2022 – hoffice@inbox.ru
- Мужчина в возрасте 25-42 лет
- Хорошее владение азербайджанским и русским языком
- Опыт работ приветствуется
- Приятная внешность, представительный вид
Условия работы:
- График работы: 9.30-19.30
- Один выходной (среди недели)
- Оформление по трудовому кодексу АР.
- Зарплата: От 600АЗН
Отправлять CV с фотографией.
VAKANSİYA 28
INEO Group
Администратор магазина
Son tarix 25 may 2022 – cv@ineo.az
График работы: 2 или 3 дня рабочее время. Один день выходной
Основные обязанности:
- Обеспечение исполнения плана продаж магазина
- Координация работы персонала магазина, обеспечение высокого уровня клиентского сервиса
- Адаптация, обучение и мотивация консультантов
- Обеспечение бесперебойной работы магазина по всем направлениям деятельности (мерчандайзинг, прием партий товара, проведение инвентаризационных проверок, координация проведения рекламных акций)
- Участие в формировании заказа продукции
- Ведение необходимой отчетности
Требования:
- Девушки, возраст 25 – 35 лет
- Опыт работы в розничной торговле и на данной позиции не менее 3-х лет
- Свободное владение азербайджанским и русским языками (английский приветствуется)
- Знание правил и методов обслуживания покупателей, психологии и принципов продаж
- Уверенный пользователь 1С, Excel
- Высокий уровень ответственности, инициативность и исполнительность
- Четкая, грамотная речь
- Презентабельный внешний вид
Условия и компенсации:
- Заработная плата – по результатам собеседования (от 600 – 800 azn)
- Гибкая бонусная система
- Oформление по трудовому законодательству АР, социальное страхование
Заинтересовавшихся просьба отправлять CV с указанием названия позиции в теме письма
VAKANSİYA 29
Abşeron Taxıl MMC
Risklərin İdarəedilməsi Meneceri
Son tarix 26 may 2022 – hr@delta-group.az
İş məkanı: Bakı, Çinar Plaza
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
- İş təcrübəsi: Müvafiq sahədə 3 il
- Ezamiyyət
- Dil bilikləri: Azərbaycan (əla), ingilis (yaxşı), rus (yaxşı)
- Kompyuter bilikləri: MS Office programları üzrə biliklər (xüsusən Excel bilikləri yüksək səviyyədə)
- Digər: R, Python, or Tableau Data analitikası alətləri üzrə səriştələrə üstünlük verilir
- FRM, PRM və ya CFA sertifikat sahiblərinə üstünlük verilir
Vəzifədən gözləntilər:
- Müxtəlif növ risklərin (maliyyə, istehsalata, satış və s) təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozlar hazırlamaq;
- Müxtəlif növ risklərin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurlar, qaydalar hazırlamaq;
- Baş verə biləcək bütün risk növlərinin müəyyən etmək, qiymətləndirmək, ölçülmək və azaltmaq;
- Müxtəlif növ risklərin üzrə stress testlərin aparılması, riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablamaq;
- Risk Matrisinin qurulması, risklərin azaldılması üzrə Fəaliyyət Planının hazırlamaq
- Nəticələrini nəzərə alaraq hər bir riskin ağırlığını qiymətləndirmək;
- Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
- Risklərin idarə edilməsinə nəzarət və fövqəladə hallar planlarının hazırlanması ;
- Əsas göstəricilərin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
- Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
- Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət etmək;
- Mümkün risklərin müzakirəsi və fövqəladə tədbirlər haqqında Rəhbərliyə hesabatların verilməsi.
Vəzifə üzrə səriştələr:
- Risk idarəedilməsi üzrə səriştələr
- Proseslərin yoxlanması və hesabat hazırlanması üzrə səriştələr
- Analitik düşünmə bacarığı
- Problem həll etmə bacarığı
- Təhlil etmə bacarığı
- Qiymətləndirmə bacarığı
İş Şərtləri:
- Əmək haqqı: Razılaşmaya uyğun olaraq
- İş rejimi: 5 gün (həftəiçi)
Maraqlananlar emaildə “Risklərin idarəedilməsi üzrə Menecer” yazaraq CV-lərini göndərməyiniz xahiş olunur.
FED.AZ